Rusiyalı jurnalist: Kim deyə bilər ki, bu rayonlar Ermənistanındır?

28/10/2018 [23:26] - Siyasət (453)



2016-cı ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni situasiyanın yarandığı heç kim üçün sirr deyildi. Eyni zamanda, bu əməliyyatın dayandırılmasında Rusiyanın xüsusi rol oynadığı və ərazilərin qaytarılması ilə bağlı müəyyən razılıqların əldə edildiyi barədə də mətbuatda məlumatlar yayılmışdı.

Sonrakı hadisələr həmin məlumatların həqiqət yükünün az olmadığını göstərirdi. Lakin proses bu ilin aprelində Ermənistanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində dalana dirəndi və nə zaman yerindən tərpənəcəyi də bəlli deyil. Əvəzində, yeni baş nazir Nikol Paşinyan sərsəm bəyanatlar verməyə, münaqişənin dinc yolla həllini mümkünsüz edən çıxışlar etməyə başladı. Hazırda isə Ermənistanda siyasi böhran hələ də öz həllini tapmamış qalır və yeni parlament seçkilərinin keçirilməsi qaçılmaz görünür. Bir sözlə, bu ölkədə baş verənlər Qarabağ münaqişəsinin həlli prosesinin bir az da ləngidilməsinə xidmət etməkdədir.

Bir müddət əvvəl isə Füzuli rayonuna səfər etmiş məşhur rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko öz verilişində səfərin detallarını açıqlayaraq, Paşinyanın hakimiyyətə gəlişinin Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərdiyini və qarşıdurmanın dərinləşməsinə xidmət etdiyini bildirib. O, YouTube kanalında yayımlanan həmin verilişində doğrudan da Serj Sarkisyanın ərazilərin qaytarılması ilə bağlı müəyyən razılığa gəldiyini iddia edib.

“AzPolitika.info”nun məlumatına görə, Azərbaycan mediasının diqqətindən yayınan bu verilişdə M.Şevçenko əvvəlcə öz erməni izləyicilərinə üz tutaraq, onları vicdanlı olmağa çağırır: “Məni bir çox erməni dinləyicilər ittiham edirlər ki, siz satılmısınız, siz Bakıdan pul almısınız. Birincisi, söz verirəm ki, mən pul almamışam. Mənə pul təklif etsəydilər, qətiyyən oraya getməzdim. Biz Azərbaycanın işğal olunan rayonlarına getmişdik. Tutaq ki, Dağlıq Qarabağın ərazisi mübahisəlidir. Ancaq beynəlxalq hüququn bütün normalarına görə, Fizuli, Laçın, Cəbrayıl, Ağdam və digər rayonlar Azərbaycan Respublikasının ərazisidir və qanunsuz şəkildə erməni silahlı birləşmələri tərəfindən 90-cı illərin əvvəllərində Rusiyanın Yeltsin rejiminin dəstəyilə işğal olunub. Hansı erməni deyə bilər ki, bu belə deyil? Kim deyə bilər ki, bu rayonlar Ermənistanın ərazisidir?”


Daha sonra ermənilərin həyasızlığına işarə vuran M.Şevçenko erməni qoşunlarının Dağlıq Qarabağın ətraf rayonlarından qeyd-şərtsiz çıxarılmalı olduğunu bildirir: “Mən hərdən belə fikirlər oxuyuram ki, bura bizim (Ermənilərin-red.) qədim torpaqlarıdır, biz həmişə orada yaşamışıq. Bilirsiniz, bu söhbətləri yığışdıraq. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi birləşmələri çıxarılmalıdır. Bundan sonra 1 milyonadək azərbaycanlı qaçqın vətəninə qayıtmalıdır. Həmçinin, mən hesab edirəm ki, ermənilər də Azərbaycan ərazisinə, azərbaycanlılar isə Ermənistana qayıtmalıdırlar. Ermənistandan 400 mindən artıq azərbaycanlı qovulub. Bu, bütün insanların faciəsi olub. Və mən oraya onu deməyə getmişdim ki, müharibə bütün bu məsələlərin həm Azərbaycan, həm də Ermənistan xalqı üçün pis həllidir”.

Rusiyalı jurnalistin öz verilişində toxunduğu ən maraqlı məqamlardan biri isə İlham Əliyevlə Serj Sarkisyan arasında işğal olunmuş ərazilərin qaytarılmasına dair razılığın əldə olunmasıdır: “Bu rayonlar heç bir bazarlıq edilmədən azad olunmalıdır. Mən deyə bilərəm ki, Serj Sarkisyan, İlham Əliyevlə 5 rayonun qaytarılması ilə bağlı razılaşmışdı. Bu, gərginliyin aradan qaldırılmasına gətirə bilərdi. Bu, həm də Ermənistanın Cənubi Qafqazın iqtisadi sisteminə qayıdışını təmin edərdi…”

Paşinyanın hakimiyyətə gəlişinə toxunan M.Şevçenko bunun yalnız münaqişənin yenidən qızışmasına xidmət etdiyini söyləyir. Və sözsüz ki, jurnalistin dedikləri bu gün öz təsdiqini tapmaqdadır. O, həmin çıxışında bildirir ki, sülh prosesi məhz Ermənistanda baş verən çevriliş səbəbindən yarımçıq qalıb: “Sarkisyanı çıxardılar, Paşinyan gəldi. Mən Paşinyanın siyasətinin əleyhinəyəm. Mən hesab edirəm ki, Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması siyasəti və sülh prosesi davam etdirilməlidir. Mən əminəm ki, millətçilik miflərilə korlaşmayan bütün ağıllı ermənilər məni dəstəkləyirlər. Mən tərəfləri real sülh dialoquna çağırıram. Yox, əgər bu dialoq çevriliş səbəbindən İlham Əliyevlə Sarkisyan arasındakı dialoq kimi kəsilərsə, o zaman orada (Azərbaycanda-red.) hamı müharibəyə hazırdır. Buna Azərbaycana aid pozisiyalarda əmin oldum. Onlar öz vətənləri uğrunda savaşmağa hazırdırlar…”

Daha sonra azərbaycanlılara aid qəbristanlıqların dağıdılmasına toxunan jurnalist Cənubi Qafqazın sülhə ehtiyacının olduğunu bildirir və onu təhqir edən ermənilərə üz tutaraq, “Qoy Tanrı sizi mühakimə etsin” deyir.
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Bu gün İlaxır çərşənbədir
Bayram günlərində "ASAN xidmət" necə işləyəcək?
İlham Əliyevdən Novruz təbriki
Xəbər lenti
19/03/2019 [09:58]:
Azərbaycan nefti ucuzlaşdı
19/03/2019 [00:22]:
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
19/03/2019 [00:11]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
19/03/2019 [00:00]:
Bu gün İlaxır çərşənbədir
18/03/2019 [23:34]:
Bayram günlərində "ASAN xidmət" necə işləyəcək?
18/03/2019 [23:29]:
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
18/03/2019 [22:19]:
OPEK+ ölkələrinin növbəti görüşü təxirə salına bilər
18/03/2019 [21:28]:
Azərbaycan ət idxalını 56% artırıb
18/03/2019 [20:31]:
Martın 21-dən havanın temperaturu yüksələcək
18/03/2019 [20:08]:
İlham Əliyevdən Novruz təbriki
18/03/2019 [19:27]:
Saakaşvili gürcü partiyasının lideri postundan gedir
18/03/2019 [18:42]:
Azərbaycanda 4000 nəfərə “pul atan” mütəşəkkil dəstə ələ keçdi
18/03/2019 [17:21]:
Sabiq prokuror Abbasov da azadlığa buraxıldı
18/03/2019 [16:37]:
İlham Əliyev sərəncam imzaladı
18/03/2019 [15:51]:
“Aparıcının efirdə böyük-böyük danışması yolverilməzdir” – MTRŞ
18/03/2019 [14:21]:
“Azərsun Holdinq”dən qiymət açıqlaması
18/03/2019 [13:16]:
Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamını alqışlayır
18/03/2019 [12:42]:
Azərbaycan millisi itki ilə üzləşib
18/03/2019 [11:29]:
Avropada radikal sağçılar silahlanırlar
18/03/2019 [09:58]:
Əfv sərəncamının icrası başa çatdı
17/03/2019 [23:29]:
Bakıda avtobus qəzası böyük tıxac yaratdı
17/03/2019 [21:31]:
Martın 18-ə hava proqnozu
17/03/2019 [19:22]:
Telegram öz işini bərpa edib
17/03/2019 [17:48]:
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
17/03/2019 [16:16]:
“Sarı jiletlilər” Fransanı məhv etmək istəyir” – Makron
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Yeni Zellandiyada dəhşətli terror - Video
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - siyahı
Hansı məmurlara xidməti maşın veriləcək? - Samir Şərifovdan açıqlama
Erməni lobbisinin təqibi ilə üzləşən Mətin Yaşaroğlu danışdı: Ermənilərin təsir imkanları yetərincədir...
Azərbaycanlı deputat mandatından imtina etdi -Səbəb
Şəkər xəstəsi spirtli içki içərsə... - Xəbərdarlıq
Problemli kreditlərlə bağlı kimlərə güzəşt olunacaq? - Palatadan bütün suallara cavab
Bu gün Ərəb Əmirliyində “Uşaq Günü”dür
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
Sosial müavinətlər nə vaxtdan artımla veriləcək?
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin