Göyçayda icra başçısının qohumu məktəb direktorunu təhqir edib - şikayət

25/10/2018 [09:57] - Cəmiyyət (891)



Nar bayramına hazırlaşan Göyçay bu gün çox acınacaqlı  vəziyyətdədir. Bu haqda redaksiyamıza Göyçaydan daxil olan məktubda məlumat verilir.

Məktub müəllifləri yazır ki, işğal olunmuş rayonlardan Göyçayın fərqi  budur ki, rayonu ermənilər deyil, bir ailə işğal edib: İcra Hakimiyyətinin başcısı Mehdi Səlimzadə və qardaşının ailəsi. Keçən il  rayona başcı təyin olunandan sonra  rayonun qara günləri başaldı. İlk olaraq özünü demokrat və ədalətli göstərən bu şəxs xoruzun quyruğunu sonra  göstərməyə  başlatdı. İlk  olaraq qardaşı oğlu Bakıda  tufeyli həyat sürən və buna görədə 5 bıçaq zərbəsi alan, ölümün pəncəsindən son anda qurtaran Səməd Cəbrayılovu Gənclər Mərkəzinə müdür qoydu. 1 neçə aydan sonra Səmədi İcra Hakimiyyətinin Kadrlar Şöbəsinə vəzifəyyə gətirdi. Yerinə isə Gənclər Mərkəzinə Səmədin yeznəsini, yəni qardaşının bazarda kulok satan  Famil adlı kürəkənini təyin etdi. Bununla  kifayətlənməyən başcı qardaşının yoldaşını Potu kənd  məktəbinə direktor müavini təyin etdi. Sonra Bakıda yaşayan baldızı oğlunu Şəhər Nümayəndəliyinə yüksək vəzifəyə təyin etdi. Bundan bir ay sonra ruhi cəhətdən xəstə olan rayonda “pinqivin” adı ilə tanınan Əli adlı qardaşı oğlunu Bələdiyyənin reklam şöbəsində işlə təmin etdi. Sonra rayonda qəssablıqla məşğul olan qardaşı  Surxayı Rayon Mərkəzi parkına müdür təyin elədi. Bununla kifayətlənməyən M.Səlim-zadə Səmədin qaynatasını Yaşıllaşdırma İdarəsinə müdür qoydu. Daha sonra isə qardaşının Telli adlı qızını şəhər 5 saylı orta tam məktəbinə direktor müavini  təyin elətdirdi. Elə əsil həngamədə bundan sonra başladı".

Məktubda bildirilir: "Fəaliyyətini dayandırmış Təfəkkür Universitetini bitirən Telli xanımı direktor təyin edə bilməyən bu hakim ailə məktəbin direktoru, adlı-sanlı  Nüşabə adlı müəlliməni bir neçə  gündür ki, rahat buraxmırlar. Bir neçə gün qabaq Tellinin anası  Nüşabə müəlliməyə zəng edərək öz ərizəsi ilə  direktorluqdan çıxmağını tələb edərək ağır küçə söyüşləri ilə təhqir etmişdir. Bu söyüşlərlə kifayətlənməyən başcının qardaşı oğlu Səməd Nüşabə müəlliməni anası  kimi təhqir etmiş və əgər öz ərizəsi ilə işdən çıxmasa başına min bir oyun açacağı ilə hədələmişdir. Səmədin adı Göyçayda məhşurdur.Rayonda ancaq  boş yerləri  satmaqla  ad çıxarıb. Bir neçə ay qabaq  Göyçayda  uçan körpünü fəsadlarını  aradan qaldırmaq  üçün  komisiya  təşkil  olunmuşdur. Həmin komisiyanında sədri Rayon İcra Hakimiyyətinin müavini   həqiqətəndə rayonun ağsaqqallarından sayılan  İkarm Vəliyevə  tapşırılmışdır. İkram Vəliyev uçan körpünün yanında duran vaxtı Səməd  bura təşrif  buyurmuşdur. Lakin İ.Vəliyev  Səmədə  körpünün üstünə çıxmamağı  bildirdikdə Səməd  bu iradı özünə sığışdıra bilməmiş və Vəliyevin üstünə  hücum çəkərək onu  küçə söyüşləri ilə təhqir etmiş və vurmaq istəmişdir. Həmin vaxt burada olan rayon Polis Şöbəsinin Sənan adlı rəisi  və Rövşən  adlı  rəis müavini  araya girərək  i.Vəliyevi vurulmaqdan xilas  edərkən Səməd ağsaqqaldır fikir vermə  deyərək Səmədi sakitləşdirmişlər.Yəqin adı bir adam bu hərəkəti etsəydi bəlkədə bu gün həbsdə idi .Bütün bu hadisəni eşidən  Başcı İ.Vəliyevi yanına çağıtdıraraq   qardaşı oğlundan üzr istətmişdir. Bəli bu gün polisi və  rəhbər şəxsləri saya salmayan və onları  təhqir edən Səməd  yəqin məktəbin direktoru Nüşabə müəlliməni bəlkə də  yoxa çıxardar. Bütün bunları bilən Nüşabə müəllimə bu hədə qorxuya görə  Ölkə Prezidentinə. Mehriban  xanıma ,Təhsil Nazirinə məktub ünvanladıqdan sonra  İcra Hakimiyyətinin məsul işçiləri  məktəbə  təşrif buyurmuş  və Nüşabə  müəllimədən şikayəti  geri  götürməsini  tələb etmişlər. Əks  təqdirdə  başının  ağrıyacağını  bildirmişlər. Biz   şikayət edən müəllimələr  Nüşabə  müəllimənin harayına  səs verib ona dəsdək olaraq   Prezidentdən  və 1-ci Vitse  Prezidentdən və  hüquq mühafizə orqanlarından xahiş edirik ki,  bizi  bu azğınlaşmış ailənin zülümndən və  gələcəkdə  baş verə biləcək hər hansı  bir xoşagəlməz  hadisədən xilas  etsinlər". 
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
Mehman Hüseynov prezidentə müraciət etdi
Xəbər lenti
21/01/2019 [23:47]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
21/01/2019 [22:27]:
Akademiyanın institutları birləşir - siyahı
21/01/2019 [21:36]:
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
21/01/2019 [20:49]:
Sarkisyanın partiyası Paşinyanı “hoqqabaz” adlandırdı
21/01/2019 [19:34]:
İran prezidenti: “İnternetə mane olmaqla səhv etmişik”
21/01/2019 [18:45]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
21/01/2019 [17:26]:
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
21/01/2019 [16:39]:
Mehman Hüseynov prezidentə müraciət etdi
21/01/2019 [16:23]:
Daha bir azərbaycanlı iş adamı itkin düşüb
21/01/2019 [15:34]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [14:26]:
Babək prospektində asfalt çökdü
21/01/2019 [13:58]:
Bu gün Cahangir Hacıyevin məhkəməsi başlayır – 4,7 milyardlıq cinayət işi
21/01/2019 [13:04]:
Bu gün Strasburqda AŞPA-nın qış sessiyası işə başlayır
21/01/2019 [12:24]:
“ASB”-nin aktivləri və mənfəəti niyə azalıb?
21/01/2019 [11:39]:
Əfqanıstan prezidenti yenidən namizədliyini irəli sürüb
21/01/2019 [10:45]:
Teymur Rəcəbov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə uduzub
21/01/2019 [09:54]:
Ötən il Azərbaycanın İrana neft ixracı azalıb
21/01/2019 [00:18]:
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
20/01/2019 [23:39]:
20 yanvar Qətərdə anıldı
20/01/2019 [22:12]:
Nəyə görə Rusiya dollar erasını bitirə bilməz?
20/01/2019 [20:48]:
Yanvarın 21-ə hava proqnozu
20/01/2019 [19:06]:
Macarıstanda etiraz aksiyalarının yeni dalğası başlayıb
20/01/2019 [17:43]:
Hakimlərin Mingəçevir toplanışı başa çatıb
20/01/2019 [16:09]:
ABŞ-da təyyarə qəzası baş verib
20/01/2019 [14:51]:
Ağsuda zəlzələ baş verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
İlham Əliyev 2 nəfəri işdən çıxartdı - sərəncam-yenilənib
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Bakıda pis hava ilə bağlı daha bir xəbərdarlıq -uşaq bağçaları bağlanır
Eldar Mahmudovun “qulağı” Beytulla Hüseynov azadlığa çıxır
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
İlham Əliyev 4 dövlət xidməti yaratdı - fərman
Ramil Usubovdan yeni təyinatlar - 2 generalın yeri dəyişdi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin