Ukraynadakı səfirimizin diplomatik nömrəli maşınını idarə edən kimdir? – Foto - Video

24/10/2018 [09:55] - Gündəm (2604)



Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bağlı xoşagəlməz söz-sohbətlərin ardı-arası kəsilmir. Ukraynaya təyinatından və səfir kimi fəaliyyətindən qısa müddət keçməsinə baxmayaraq daha çox diaspor fəallarının təqibi və məişət məsələləri ilə gündəmə gələn Azər Xudiyevlə bağlı bu dəfəki xəbər də təxminən əvvəlkilərin davamı, daha doğrusu təsdiqidir. 

İstiqlal.az-a daxil olan bir videoda səfir Azər Xudiyevin adına olan DP 041006 - diplomatik nömrə nişanlı qırmızı rəngli avtomobilin bir xanım tərəfindən idarə olunmasıdır. Aşağıda təqdim etdiyimiz videodan və fotolardan göründüyü kimi Azərbaycan səfirliyinə məxsus avtomobilin sükanı arxasında əyləşən bir əcnəbi xanımdır. Yaxşı, bəs, bu xanım kimdir? 
Əlbəttə, ilk baxışdan burda qəribə heç nə yoxdur, “xanım səfirlik əməkdaşı və yaxud da səfirin köməkçisi də ola bilər” ehtimalı ilə kiçik bir araşdırma apardıq. Bəlli oldu ki, səfirin adına olan və diplomatik nömrə ilə idarə olunan bu avtomobilin sükanı arxasında oturan xanım nə səfirin köməkçisi, nə də səfirliyin əməkdaşıdır. Səfirin diplomatik nömrə ilə təchiz olunmuş qırmızı rəngli avtomobilini Azər Xudiyevə çox yaxınlığı ilə bilinən Olqa adlı Ukrayna vətəndaşı idarə edir. Bu barədə hələ bir neçə ay əvvəl Azərbaycan mətbuatında informasiya da getmişdi. http://demokrat.az/news/746 

İnformasiyada qeyd olunurdu ki, Olqa xanım Azər Xudiyevin konsul olduğu dönəmlərdə onunla Sloveniyadan tanışdırlar. A.Xudiyev Ukraynaya səfir təyin olunandan sonra Olqa da onunla birgə Azərbaycan səfirliyində görünməyə başlayıb. Amma Olqanın Azərbaycan səfirliyində hansısa vəzifə tutması ilə bağlı heç bir təsdiq olunmuş informasiya yoxdur. Lakin Olqanın Azərbaycan səfirliyinə məxsus iqamətgahda yaşadığı, ərindən çoxdandır ki, boşanmasına (keçmiş ərindən iki uşağı var) baxmayaraq 3-cü - David adlı oğlunu da məhz burada (2017-ci ildə) dünyaya gətirdiyi bildirilir?!!. Maraqlıdır, Azərbaycan qanunları ölkənin xaricdəki səfirliklərinə məxsus avtomobillərin (diplomatik nömrə nişanlı) yalnız səfirlik əməkdaşlarının idarə etməsinə icazə verdiyi halda niyə xarici ölkə vətəndaşı bu səlahiyyətdən istifadə etsin ki? Və yaxud da Azərbaycan səfirliyinə məxsus iqamətgahda yalnız səfir və Azərbaycandan gedən diplomatik heyətin yaşamaq hüququ olduğu halda, niyə Ukrayna vətəndaşı olan bir ərsiz xanım, 3 uşağı ilə yaşasın ki? Əlbəttə, suallar çoxdur…   
Məsələ ilə bağlı hələ o zaman səfir Azər Xudiyev də açıqlama vermişdi. Səfir sözügedən avtomobilin ona məxsus olduğunu təsdiqləsə də Olqa adlı xanımı tanımadığını bildirmişdir. http://demokrat.az/news/746

İki gün sonrakı müsahibəsində isə belə bir ifadə işlətmişdir: “Mən boş və mənasız suallara cavab vermirəm...”. http://olke.az/news/detail/hikmet-cavadova-gore-bir-nece-defe-ukrayna-xarici-isler-nazirliyine-cagirilmisam-sefirle-musahibe-127362

Lakin çox keçmədi ki, Azərbaycan mətbuatında səfir Azər Xudiyevlə Olqa xanımın birgə fotoları yayıldı. Çiskinli bir Kiyev havasında cənab səfir Olqa və rəfiqəsini yağışdan qoruyurdu... http://bakunews.az/37936-sefirin-yalani-ayaq-tutdu-yeridi-shekiller-danshdi.html

Bu informasiya vasitəsilə cənab Azər Xudiyevdən soruşuruq: Cənab səfir, sizə məxsus diplomatik nömrəli avtomobili idarə edən, eynu zamanda qanunla qadağan olunduğu halda Azərbaycanın səfirliyinə məxsus iqamətgahda yaşayan bu xanım kimdir?

İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
Mehman Hüseynov prezidentə müraciət etdi
Xəbər lenti
21/01/2019 [23:47]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
21/01/2019 [22:27]:
Akademiyanın institutları birləşir - siyahı
21/01/2019 [21:36]:
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
21/01/2019 [20:49]:
Sarkisyanın partiyası Paşinyanı “hoqqabaz” adlandırdı
21/01/2019 [19:34]:
İran prezidenti: “İnternetə mane olmaqla səhv etmişik”
21/01/2019 [18:45]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
21/01/2019 [17:26]:
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
21/01/2019 [16:39]:
Mehman Hüseynov prezidentə müraciət etdi
21/01/2019 [16:23]:
Daha bir azərbaycanlı iş adamı itkin düşüb
21/01/2019 [15:34]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [14:26]:
Babək prospektində asfalt çökdü
21/01/2019 [13:58]:
Bu gün Cahangir Hacıyevin məhkəməsi başlayır – 4,7 milyardlıq cinayət işi
21/01/2019 [13:04]:
Bu gün Strasburqda AŞPA-nın qış sessiyası işə başlayır
21/01/2019 [12:24]:
“ASB”-nin aktivləri və mənfəəti niyə azalıb?
21/01/2019 [11:39]:
Əfqanıstan prezidenti yenidən namizədliyini irəli sürüb
21/01/2019 [10:45]:
Teymur Rəcəbov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə uduzub
21/01/2019 [09:54]:
Ötən il Azərbaycanın İrana neft ixracı azalıb
21/01/2019 [00:18]:
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
20/01/2019 [23:39]:
20 yanvar Qətərdə anıldı
20/01/2019 [22:12]:
Nəyə görə Rusiya dollar erasını bitirə bilməz?
20/01/2019 [20:48]:
Yanvarın 21-ə hava proqnozu
20/01/2019 [19:06]:
Macarıstanda etiraz aksiyalarının yeni dalğası başlayıb
20/01/2019 [17:43]:
Hakimlərin Mingəçevir toplanışı başa çatıb
20/01/2019 [16:09]:
ABŞ-da təyyarə qəzası baş verib
20/01/2019 [14:51]:
Ağsuda zəlzələ baş verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
İlham Əliyev 2 nəfəri işdən çıxartdı - sərəncam-yenilənib
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Bakıda pis hava ilə bağlı daha bir xəbərdarlıq -uşaq bağçaları bağlanır
Eldar Mahmudovun “qulağı” Beytulla Hüseynov azadlığa çıxır
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
İlham Əliyev 4 dövlət xidməti yaratdı - fərman
Ramil Usubovdan yeni təyinatlar - 2 generalın yeri dəyişdi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin