Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi

17/10/2018 [00:15] - Gündəm (429)



Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazinin yuxarı hissəsində yerləşən 11 villanın sahibinə köçmək üçün vaxt verilib, bu günlərdə elektrik enerjisinin, suyun, qazın verilişi tamamilə dayandırılacaq. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən villaların qarşısında quyular qazılıb, hazırda su nasoslarla çəkilir.

Virtualaz.org-un əməkdaşları xəbər verirlər ki, sakinlər köçürülmə tələbi ilə razılaşmırlar, buna görə də, ərazi polis nəzarətindədir. Onlar köçürülmə zamanı baş verə biləcək mübahisələrin qarşısını alacaqlar.

 

Nazirlik: “Çatlar getdikcə dərinləşir”

Yaponiyadan dəvət edilmiş mütəxəssislər dünəndən ərazidə tədqiqatlara başlayıblar, nəticələr yaxın 1-2 günə bəlli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sürüşmə sahəsi üzərində süxur qalıqlarının yola doğru hərəkəti müşahidə olunub, 11 evin divarlarında yeni çatlar qeydə alınıb.

Sakinlər isə villalarda çatların yaranması ilə bağlı nazirliyin açıqlamasını təkzib edirlər. Onların sözlərinə, nəinki evlərdə, hətta hasarlarda da çatlar yoxdur. “Bu cür açıqlamalarla diqqəti sürüşməni yaradan səbəblərdən uzaqlaşdırmağa çalışırlar. Əvvəlcə dedilər ki, evlər qanunsuz tikilib, sənədi yoxdur. Halbuki, hamıya bəllidir ki, bu ərazidə torpağın sotu 50 min manatdan yuxarıdır, heç kim icazəsiz daşı daş üstünə qoya bilməz. Bizim evlərin sənədləri qaydasındadır”, - sakinlərdən biri deyir və əlavə edir ki, özünü təqdim etməyə ehtiyac görmür. Çünki bütün sakinlər eyni fikirdədilər, sadəcə ekspertizanın nəticəsindən əvvəl açıqlama vermək istəmirlər. Digəri isə təxminən 7-8 metr hündürlükdə olan hasarı göstərərək tikintisinin ona 100 min manata başa gəldiyini, istinad divarından da möhkəm olduğunu söyləyir.

 

Milyon manatlıq villalar yavaş-yavaş söküləcək

Sürüşmənin baş verdiyi 3-cü yaşayış massivində dəyəri milyonlarla manat olan yüzlərlə villa tikilib. Sakinlər deyirlər ki, son 15-20 ildə salınan məhəllələrin heç birində kanalizasiya sistemi yoxdur. Buna görə də, hər sürüşmə baş verəndə evləri sökməklə problemi həll edə bilməyəcəklər. “Bu dəfə 11 ev sökürlər, bəs gələn dəfə sürüşmə baş verdiyində neçə villa söküləcək?”, - sakinlərdən biri Fövqəladə Hallar Nazirliyinin əməkdaşına sual verir.

Sakinlər evlərdə çat yaranmadığını desələr də, jurnalistlərin mənzilə baxmaq təklifi ilə razılaşmırlar. Aralarından biri deyir ki, villası xüsusi təlim görmüş itlərlə mühafizə olunduğundan evinə yad adam buraxmaq istəmir.

 

“Onsuz da köçməyəcəyik”

Villalardan birinin sahibi Fərid Axundov isə deyir ki, təxminən 5 il əvvəl sürüşmə indikindən daha aktiv olub, o zaman 7 quyu qazılıb. Şambolardakı sular ildə ən azı 200 dəfə maşınlarla daşınıb. Nasoslar işləmədiyindən qurunt sular toplanıb.

Digər sakinlər də Fəridin dediklərini təsdiqləyirlər. Nisbətən yaşlı sakin söyləyir ki, boş-boş açıqlama verməkdənsə, məhəllədə kanalizasiya xəttinin çəkilməsi məsələsini qaldırmalıdırlar: “Onsuz da heç bir qüvvə bizi evimizdən çıxara bilməz. Heç evlərin söküləcəyinə də inanmırıq”.

Sakinlərdən biri hektarlarla ərazidə tikilmiş villanı göstərir, deyir ki, villanın hasarı da sürüşmə ərazisinə düşür. Amma o villanın hasarını sökmək hünər istəyir. “Yəqin ki, hələlik o villanın hasarına toxunulmayacaq”, - quyu qazan fəhlələrdən biri də söhbətə müdaxilə edir.

Addımbaşı evlərin hasarlarına yapışdırılan kanalizasiya sularının daşınması üçün maşın elanları diqqətimizi çəkir. Villaların hər birinin həyətində artezian quyusu var, amma çirkab su maşınlarla daşınır.

Sürüşmə sahəsinə yaxın evlərin əksəriyyəti satışa çıxarılıb, arasında tikintisi yarımçıq qalanlar da var.

Sakinlərdən biri əlavə edir ki, üstəlik kompensasiyanın ödənilməyəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq ediblər. Bununla da, danışıqların nəticə verməyəcəyini göstəriblər. Amma sakinlər ekspertizanın nəticəsindən əvvəl qərar verməyə tələsmirlər.

Qeyd edək ki, baş nazirin müavini Hacıbala Abutalıbov evlərin söküləcəyini, sakinlərə kompensasiya ödənilməyəcəyini açıqlamışdı. Ekologiya və Təbii Sərvətlər, eləcə də Fövqəladə Hallar nazirliklərinin nümayəndələri isə ərazidədirlər, tədqiqatlarla bağlı qərargaha məlumatlar ötürülür.

Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
Azərbaycan nefti bahalaşdı
Xəbər lenti
21/04/2019 [13:56]:
"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub
21/04/2019 [12:07]:
Trampın reytinqi rekord həddə qədər aşağı düşüb
21/04/2019 [10:14]:
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
21/04/2019 [00:11]:
Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır
20/04/2019 [22:24]:
Naxçıvanda axtarışda olanların hamısı tutulub
20/04/2019 [20:58]:
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
20/04/2019 [19:20]:
Aprelin 21-ə hava proqnozu
20/04/2019 [17:44]:
Türkiyə Ordusu İraqla sərhəddə itki verdi
20/04/2019 [16:23]:
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
20/04/2019 [14:51]:
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
20/04/2019 [13:26]:
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20/04/2019 [11:48]:
Azərbaycan nefti bahalaşdı
20/04/2019 [10:17]:
Artıq hakimiyyətdən doymuşam… – Lukaşenko
19/04/2019 [23:33]:
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19/04/2019 [23:26]:
Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib
19/04/2019 [22:41]:
Ermənistanla sərhəddə Türkiyə vətəndaşı saxlanıldı
19/04/2019 [21:33]:
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
19/04/2019 [20:54]:
Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazırlanır
19/04/2019 [19:13]:
Putin Paşinyanla görüşəcək
19/04/2019 [18:29]:
Aprelin 20-ə hava proqnozu
19/04/2019 [17:47]:
Kolleclərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb
19/04/2019 [17:18]:
Xorvatiyalı nazir Azərbaycana gəlir
19/04/2019 [16:31]:
Ərdoğan seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb
19/04/2019 [15:37]:
Keçmiş nazirə məxsus şirkət borcunu ödəyə bilmir
19/04/2019 [14:34]:
Ermənilər 34 azərbaycanlı uşağı öldürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka həbs cəzası verilib - yenilənib
Nəsiminin yeni əlyazma nüsxələri tapıldı - təfsilat
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən açıqlama
DTX-ya yeni səlahiyyət verildi - fərman
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı - yenilənib
Milli Şuranın mitinqinə razılıq verilməyib
Nazirlər Kabinetində yeni təyinat
Avroliqada yarımfinalçılar müəyyənləşdi
İlham Əliyev 4 sərəncam, 11 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin