Hacıbala Abutalıbov və Eldar Əzizov təhlükə zonasında

13/10/2018 [14:27] - Gündəm (273)



Azərbaycan Baş nazirinin müavini Hacıbala Abutalıbov və Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov Badamdarda sürüşmə zonasına gəliblər.

Trend-in məlumatına görə, H.Abutalıbov həmin ərazidə yol hərəkətinin dayandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinə göstəriş verilib ki, sərnişin avtobuslarının hərəkətini tamamilə başqa istiqamətə yönəltsinlər: “Böyük yarğanlar əmələ gəlib, yarğanların dərinliyi 4 və 6 metrdir, su ilə doludur. Su ilə gil sürüşmənin əsas şərtidir. Biz əlimizdən gələni edirik və xüsusi nəzarətdə saxlayırıq ki, hər hansı bir fəlakət olmasın”.

Eldar Əziziv hazırda ekspertlərin Badamdar yolunda sürüşmənin səbəbini araşdırdığını deyir. Onun sözlərinə görə, bu ərazidə kanalizasiya sisteminin olmaması sürüşmənin səbəblərindən biridir.

E. Əzizov qeyd edib ki, hətta burada yaşayış olmayan zaman, XVIII əsrdə də sürüşmələr qeydə alınıb: “İnsanların fəaliyyəti sürüşmə prosesin sürətlənməsinə təkan verib. Bu sürüşməni yalnız kanalizasiya sisteminin olmaması ilə bağlamaq olmaz. Ekspertlər araşdırıb rəy bildirəcəklər. Hər halda bugünkü vəziyyət təhlükəlidir, ekspertlərin rəyi olduqdan sonra dəqiq nəsə deyə bilərik”.

E.Əzizov vurğulayıb ki, bütün təhlükəsizlik tədbirləri görülür: “Gördüyünüz kimi, rayon və şəhər icra hakimiyyətlərinin, Nazirlər Kabinetinin və digər müvafiq qurumların nümayəndələri buradadır, postlar qurulub, proses müşahidə edilir”.

Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini deyib ki, hazırda sürüşmə prosesi aktivdir. O həmin ərazidə olan tikililərə də münasibət bildirib: "Bu tikililər yeni deyil. Hər halda o vaxt tikintiyə icazə verən şəxslər də məsuliyyət daşımalıdırlar. Onlar gərək götür-qoy edərdilər ki, burada tikinti işləri aparmaq olar, ya yox. Çünki burada həmişə sürüşmə olub, buranın landşaftı belədir”.

Qeyd edək ki, hazırda Səbail rayonu, Badamdar şosesində (Badamdar - 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır. Sürüşmənin dinamikasında aktivlik davam edir.

Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
Zahir Əzəmət: "DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
Xəbər lenti
20/01/2020 [23:59]:
Çexiya Senatının sədri vəfat edib
20/01/2020 [22:26]:
Ərdoğan: "Hazırda Liviyaya yalnız hərbi məsləhətçiləri göndərmişik"
20/01/2020 [21:36]:
"Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib
20/01/2020 [20:50]:
Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
20/01/2020 [19:55]:
Biləsuvarda avtomobildən külli miqdarda narkotik aşkarlanıb
20/01/2020 [18:48]:
“Faciənin fotosu” sənədli filminin təqdimatı keçirilib
20/01/2020 [17:35]:
Kirayə mənzillərlə bağlı elektron müraciətlərin tarixi açıqlanıb
20/01/2020 [16:57]:
Fransa səfiri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
20/01/2020 [16:51]:
"Liviya hərbi komitəsinin yaxın günlərdə Cenevrədə iclası keçiriləcək"
20/01/2020 [15:23]:
Suriyada gedən döyüşlərdə təxminən 100 nəfər öldürülüb
20/01/2020 [14:48]:
Boris Conson: "Rusiyanın təhdidlərinin davam etdiyi müddətdə ikitərəfli münasibətlər normallaşa bilməz"
20/01/2020 [14:30]:
ABŞ səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb
20/01/2020 [14:17]:
Quba sakinindən qanunsuz silah götürülüb
20/01/2020 [13:45]:
Hoteldə su borusu partlayıb - Ölənlər var
20/01/2020 [13:20]:
Beyləqanda yanğın olub
20/01/2020 [13:16]:
ABŞ konqresmenləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
20/01/2020 [12:40]:
Qvardiola: "İstefaya göndərilməyincə heç yerə getməyəcəyəm"
20/01/2020 [12:17]:
Aeroport fəaliyyətini dayandırdı
20/01/2020 [12:01]:
İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü olub
20/01/2020 [11:50]:
Neftçi Bordinin köməkçisini də yola saldı
20/01/2020 [11:21]:
Almaniya XİN rəhbəri ABŞ-ın İran siyasətini tənqid edib
20/01/2020 [10:48]:
Beyrutda aksiya zamanı 220 nəfər xəsarət alıb
20/01/2020 [10:00]:
Suriyaya İordaniya və Livandan minə yaxın qaçqın qayıdıb
20/01/2020 [09:56]:
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
20/01/2020 [09:22]:
Mehriban Əliyeva "Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub
“Səbail” klubu futbolçusu İgor Korotetski ilə yollarını ayırıb
Təbii fəlakət 57 nəfərin həyatına son qoyub
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin