İlham Əliyev 4 sərəncam imzaladı - yenilənib

12/10/2018 [00:17] - Siyasət (336)



Prezident İlham Əliyev Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Quba rayonunda sosialyönümlü bir sıra mühüm layihələr həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, “ASAN Həyat” Kompleksi, Quba Soyqırımı Memorial Kompleksi, Bayraq və Tarix-Diyarşünaslıq muzeyləri, Yaşıl Teatr, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 118 mənzilli 4 yaşayış binası inşa edilmiş, ən müasir tələblərə cavab verən turizm obyektləri, 64 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bununla yanaşı, Quba şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, ümumi gücü 105 MVt olan “Şahdağ” Elektrik Stansiyası istismara verilmiş, xalçaçılıq müəssisəsi, “ABAD Factory” kompleksi, “Qubaekoaqrar” MMC-nin meyvə emalı müəssisəsi yaradılmış, 18 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Quba şəhərində istismar müddəti başa çatmış 5 birmərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

***

Prezident İlham Əliyev Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Quba rayonunun Alekseyevka kəndində 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev oktyabrın 11-də “Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Məlumata görə, təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb.

Sərəncama əsasən, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq, Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi (o cümlədən geologiyası, layihə-axtarış işləri) məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 7,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
Xəbər lenti
17/02/2019 [12:27]:
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
17/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
17/02/2019 [09:46]:
Müxalifət yeni mitinqin elanını verdi
17/02/2019 [00:08]:
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
16/02/2019 [23:31]:
Gürcüstan Prezidenti Administrasiyasında işçilərin 50 faizi ixtisar edilir
16/02/2019 [22:24]:
Lavrov və Mnatsakanyan Münxendə Qarabağı müzakirə etdilər
16/02/2019 [21:12]:
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
16/02/2019 [20:08]:
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
16/02/2019 [19:57]:
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
16/02/2019 [18:51]:
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
16/02/2019 [17:42]:
"Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb
16/02/2019 [16:34]:
İlham Əliyev Siyavuş Novruzovu ordenlə təltif edib
16/02/2019 [15:29]:
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı
16/02/2019 [15:17]:
İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir”
16/02/2019 [14:43]:
Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü - Video
16/02/2019 [14:02]:
Azərbaycanlılar və çeçenlər bir masa arxasına toplaşdılar
16/02/2019 [13:13]:
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub
16/02/2019 [12:44]:
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
16/02/2019 [12:27]:
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
16/02/2019 [11:28]:
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:27]:
İnnovativ ideyalarınızı biznesə çevirmək üçün əla imkan
16/02/2019 [09:57]:
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Ramiz Mehdiyev sərəncam verdi
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
“Yoxlamalara ehtiyac qalmayacaq” – Nazir müavini
Baş nazirdən yeni təyinat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin