Azercell Ekskluziv indi Ağcabədidə

10/10/2018 [21:11] - İqtisadiyyat (177)



 

Şirkət müştəriləri üçün hədiyyə kampaniyasını təqdim edir

 

Müştəri məmnuniyyətinin daim yüksək səviyyədə olmasına önəm verən, Bakı ilə yanaşı bölgələrdə də abunəçilərə yüksək standartlara uyğun xidmət göstərməyi hədəfləyən “Azercell Telekom” MMC Ağcabədidə yeni ekskluziv mağazasının açılışını edib. Ü. Hacıbəyli prospekti 68 ünvanında abunəçilərə xidmət göstərəcək mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni konsepsiyaya uyğun təşkil olunub. 10 oktyabr - yeni mağazanın açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq smartfon kampaniyasını da təqdim edir. Belə ki, açılış günündən etibarən 7 gün müddətində Ağcabədi Azercell Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell ilin sonunadək bütün ölkə boyu yeni konsepsiyalı Ekslüziv mağazalarının sayını artırmağı planlaşdırır. Yeni mağazaların xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Bir sözlə mağazalara müraciət edən abunəçilərin rahatlığı və onlara operativ xidmət göstərilməsi üçün şirkət tərəfindən hər cür imkanlar yaradılıb.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 3042, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8), Gəncədə (Heydər Əliyev prospekti, 149) və Beyləqanda (Sərdar İmrəliyev küç. 265) abunəçilərin ixtiyarına verilib.

 

Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
Ramil Usubov polis rəisini işdən çıxartdı
Təyyarəyə gecikən nazir istefa verməli oldu
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
Mayın 27-ə hava proqnozu
Xəbər lenti
27/05/2019 [01:31]:
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
27/05/2019 [01:01]:
Ramil Usubov polis rəisini işdən çıxartdı
27/05/2019 [00:47]:
Təyyarəyə gecikən nazir istefa verməli oldu
26/05/2019 [23:34]:
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
26/05/2019 [22:13]:
Fuad Abbasovla bağlı deportasiya qərarından şikayəti verilib
26/05/2019 [20:41]:
Vaqif Səmədoğluya həsr edilən sərgi və konsert keçirilib
26/05/2019 [18:59]:
Mayın 27-ə hava proqnozu
26/05/2019 [17:16]:
Azərbaycanın faciəsi ondadır ki, bizdə böyük şəxsiyyətlər çox olub - nazir
26/05/2019 [15:42]:
Goranboya dolu düşüb
26/05/2019 [15:06]:
Deputatın bacısı oğlu vəzifədən azad edildi
26/05/2019 [14:32]:
“Qalatasaray” Fatih Terimlə yeni müqaviləni imzalayıb
26/05/2019 [13:17]:
Sevilyada son 700 ildə ilk dəfə məscid tikiləcək
26/05/2019 [11:44]:
PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirildi
26/05/2019 [10:26]:
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib
26/05/2019 [01:33]:
Dənizkənarı Bulvarda Azarkeş Festivalı başladı
26/05/2019 [00:37]:
Gürcüstan XİN: David Qareci yaxınlığında mühəndislik işləri Azərbaycanın sərhədləri daxilində aparılır
26/05/2019 [00:06]:
Güclü külək Quba və Qusarda ciddi fəsadlar törətdi
25/05/2019 [23:08]:
Bayıl sürüşmə zonasında yaşayanlar köçürülür – baş nazir sərəncam imzaladı
25/05/2019 [21:19]:
Ermənistan Boks Federasiyası: Azərbaycan və UEFA-nı tənqid etmək ağlasığmazdır
25/05/2019 [19:56]:
AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub
25/05/2019 [18:32]:
Azərbaycan üzüm şərablarının ixracını azaldıb
25/05/2019 [17:07]:
Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb
25/05/2019 [15:51]:
Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər
25/05/2019 [14:32]:
"Bu məğlubiyyət mənim üçün ağır zərbə idi" - Messi
25/05/2019 [14:07]:
21 nəfərə fəxri ad verildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı - yenilənib
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Deputatın bacısı oğlu vəzifədən azad edildi
"ATA Bank" 1-ci qrup əlilin əmlakını satıb- pulunu mənimsəyib...
Qəfildən gördük ki, prezident içəri daxil oldu – İlham Əliyevlə söhbət edən satıcı
46 milyon da belə havaya sovruldu - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin