Bakıda retro-sərgi: Keçmişdən səslər

10/10/2018 [20:39] - Mədəniyyət (140)



Dövlət Film Fondunda açılan “Keçmişdən səslər” retro kinotexnika sərgisində ötən əsrin 60-70-ci illərinin kino çəkilişi meydançasının atmosferini canlandıran 100-dən artıq avadanlıq nümayiş olunub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgi həmin illərin kino atmosferini yaradan “Motor!” komandası ilə başlayıb və əbədiyyətə qovuşmuş kino ustalarının səsləri pərdə-pərdə ətrafa yayılıb.

Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi Cəmil Quliyev ilk dəfə keçirilən kino sərgisini “Kinematoqraf, zaman və məhəbbət” adlandırmasının səbəbini belə izah edib: “Üstündən zamanın yelləri əsmiş bu kameralara, avadanlıqlara baxanda, ayrı-ayrı filmlərdə çəkilmiş və əksəriyyəti indi aramızda olmayan görkəmli simalar yada düşür. Buraya toplaşanları kino sənəti birləşdirir. Bu gün biz zamanla – keçmişlə üz-üzəyik. Hesab edərəm ki, kinoya, kinematoqrafiyaya məhəbbət varsa, kino yaşayır və yaşayacaq”.

“Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov sərgini kino bayramı kimi səciyyələndirib: “Burada nümayiş olunan kameralar, kinoların istehsalında istifadə olunan avadanlıqlar XX əsrdə Azərbaycan kino mədəniyyətinin inkişafında əvəzsiz rol oynayıb. Ötən əsrin ikinci yarısında Azərbaycanın görkəmli kino xadimləri bu avadanlıqlardan istifadə ediblər. Bu avadanlıqların hər birində onların izləri yaşayır. Ona görə də bizim mənəvi borcumuzdur ki, keçmişdən soraq verən bu avadanlıqları qoruyub saxlayaq”.

M.Hətəmov məlumat verib ki, növbəti retro sərgi “Azərbaycanfilm” kinostudiyasında qorunub saxlanılan geyimlərdən, Dövlət Film Fondundakı tarixi əşyalardan ibarət olacaq.
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
Xəbər lenti
17/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
17/02/2019 [09:46]:
Müxalifət yeni mitinqin elanını verdi
17/02/2019 [00:08]:
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
16/02/2019 [23:31]:
Gürcüstan Prezidenti Administrasiyasında işçilərin 50 faizi ixtisar edilir
16/02/2019 [22:24]:
Lavrov və Mnatsakanyan Münxendə Qarabağı müzakirə etdilər
16/02/2019 [21:12]:
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
16/02/2019 [20:08]:
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
16/02/2019 [19:57]:
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
16/02/2019 [18:51]:
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
16/02/2019 [17:42]:
"Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb
16/02/2019 [16:34]:
İlham Əliyev Siyavuş Novruzovu ordenlə təltif edib
16/02/2019 [15:29]:
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı
16/02/2019 [15:17]:
İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir”
16/02/2019 [14:43]:
Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü - Video
16/02/2019 [14:02]:
Azərbaycanlılar və çeçenlər bir masa arxasına toplaşdılar
16/02/2019 [13:13]:
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub
16/02/2019 [12:44]:
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
16/02/2019 [12:27]:
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
16/02/2019 [11:28]:
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:27]:
İnnovativ ideyalarınızı biznesə çevirmək üçün əla imkan
16/02/2019 [09:57]:
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
16/02/2019 [00:02]:
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Ramiz Mehdiyev sərəncam verdi
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
“Yoxlamalara ehtiyac qalmayacaq” – Nazir müavini
Baş nazirdən yeni təyinat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin