Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı

10/10/2018 [14:56] - Cəmiyyət (112)



“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları həm də Bakı Nəqliyyat Agentliyi müəyyən ediləcək.

Həmçinin “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nda da dəyişikliklər edilib.

Avtomobil yollarının tikintisinə və yenidən qurulmasına dair birtipli və ya fərdi layihələr bu sahədə mövcud qanunvericiliyə və normativ texniki sənədlərin tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi orqandan ekspertizadan keçirilməli və onlarla razılaşdırılmalıdır.

Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə Daxili İşlər Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən Daxili İşlər Nazirliyinin “Yol hərəkəti haqqında” Qanunun 23-cü maddəsinin II hissəsinə əsasən müəyyən edilən hesabına köçürülən vəsaitin 25 faizi DİN-in yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur.

Dəyişikliyə əsasən, yol polisi avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tərtib etdiyi protokollar tərtib edəcək. Vəsaitdən yol patrul xidmətini həyata keçirən hər bir əməkdaşın aylıq vəzifə maaşına xidmət zamanı bilavasitə aşkarladığı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara, habelə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tərtib etdiyi protokollardan daxil olan cərimələrin məbləğinin 25 faizi miqdarında əlavə edilir.
“Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir” – David Şahnazaryan
Azərbaycanda yeni duz yataqları açılacaq
Çaylarda suyun səviyyəsi dəyişdi
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı
Dekabrın 10-a hava proqnozu
Xəbər lenti
09/12/2018 [23:34]:
Hesablama Palatasının sədri: Rusiya SSRİ kimi dağıla bilər
09/12/2018 [22:55]:
“Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir” – David Şahnazaryan
09/12/2018 [21:43]:
Azərbaycanda yeni duz yataqları açılacaq
09/12/2018 [19:59]:
Çaylarda suyun səviyyəsi dəyişdi
09/12/2018 [18:27]:
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı
09/12/2018 [16:48]:
Dekabrın 10-a hava proqnozu
09/12/2018 [16:36]:
“ABŞ bölgəni barıt çəlləyinə çevirmək istəyir” – İran XİN
09/12/2018 [15:28]:
Məşhur aparıcıların efirdəki səhvləri - siyahı
09/12/2018 [13:38]:
“Dünya gözəli-2018” yarışmasının qalibi məlum olub
09/12/2018 [11:41]:
Robert Koçaryan Yerevandakı “Kentron” həbsxanasında saxlanılır
09/12/2018 [09:54]:
Hüquq müdafiəçilərini Əli İnsanovla görüşə buraxmadılar
09/12/2018 [00:19]:
Paris od içində – Futbol çempionatı 6 ay müddətinə təxirə salındı
08/12/2018 [23:41]:
Həbsdə olan iş adamının Vergilər Nazirliyinə 1 milyon borcu var
08/12/2018 [21:38]:
Azərbaycanda dollar kreditləri ilə bağlı yeni qayda
08/12/2018 [19:32]:
Oliqarxların "qara siyahısı" baş nazirə təqdim olundu
08/12/2018 [17:06]:
Tanınmış vəkilin "stəkanda fırtına" əməliyyatı - araşdırma
08/12/2018 [16:25]:
Ələt azad iqtisadi zonası ilə əlaqədar 4 qanun dəyişdirilir
08/12/2018 [15:03]:
Qurban Qurbanov millinin baş məşqçisi postundan istefa verib
08/12/2018 [14:14]:
Şəhid övladları və kimsəsiz uşaqlar üçün pulsuz kurslar- Şəhid xanımından nəcib addım...
08/12/2018 [13:37]:
Azərbaycan öhdəlik götürdü – Hasilat 20 min barel azaldılır
08/12/2018 [11:43]:
Milli Məclis Azərbaycan parlamentinin banilərinin xatirəsini anmaqdan imtina etdi
08/12/2018 [09:53]:
Robert Köçəryan həbs olundu
08/12/2018 [02:10]:
Putin yunanlara söz verdi
08/12/2018 [02:04]:
Fransada yaşayan azərbaycanlılara xəbərdarlıq – "evdən çıxmayın”
08/12/2018 [00:53]:
İstirahət günlərinin hava proqnozu açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nicat Babayev nazir müavini təyin olundu - sərəncam
Ramil Usubovdan yeni rəis təyinatı
Ramil Usubov palkovnikləri işdən çıxartdı - siyahı
Sabiq nazir xəstəxanaya yerləşdirildi
Xalq artistinin bəyanatı nazir üçün çox gözlənilməz olub – rəsmi izahat
“Məni Azər Xudiyevdən və erməni nazirdən qoruyun” - Tələt Əliyevdən prezidentə sensasion müraciət
Nəhəng ABŞ şirkətləri Azərbaycanı tərk edir
Ukraynada vəzifədən çıxarılan erməninin yerinə azərbaycanlı seçildi
Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistanadır - ABŞ kəşfiyyatı
Novruz Məmmədov qəbiristanlıqlarla bağlı qərar verdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin