İlham Əliyev: Məmur sahibkara qanunsuz dəstək verəcəksə, cəzalanacaq...

10/10/2018 [10:29] - Siyasət (408)



Xəbər verildiyi kimi prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş iclasını keçirib. Prezident bu müşavirədəki yekun nitqində ölkə iqtisadiyyatı, həyata keçirilən sosial-iqtisadi siyasət və problemlər barədə çox mühüm məqamlara toxunub. Prezidentin nitqinin stenoqramını “AzərTac” yayıb. 

İlham Əliyev vergi və gömrük sistemində aparılan islahatlardan tutmuş Bakı şəhərində son vaxtlara qədər hökm sürən tikinti xaosunun qarşısının alınmasına, şəhər nəqliyyatında baş verənlərə qədər bir çox məsələlər brədə fikirlərini bildirib. Prezidentin kifayət qədər əhatəli nitqindən seçmələri gün ərzində oxuculara təqdim edəcəyik.

Prezidentin yekun nitqində toxunduğu mühüm məqamlardan biri gömrük və vergi orqanlarında şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatı ilə mübarizə və vergi islahatları barədə olub. İlham Əliyev deyib ki, gömrük orqanları bu il 800 milyon manatdan çox əlavə vəsait toplayıblar və bu  müsbət qiymətləndirilir.

“Əminəm ki, ilin sonuna qədər bu məbləğ daha da artacaq. Bu, onu göstərir ki, ilk növbədə, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, idxal artır və idxalın artımı da sənayenin inkişafı ilə bağlıdır. Nəzərə alsaq ki, ixrac idxalı böyük dərəcədə üstələyir, biz idxalın artımına müsbət hal kimi yanaşmalıyıq. Bizim xarici ticarətimizin müsbət saldosu 9 ayda 6,5 milyard dollar təşkil edir. Bilirəm, bəziləri hesab edirlər ki, idxalın artımı müəyyən problemlər yarada bilər. Təbii ki, bu, belədir. Amma o təqdirdə ki, ixracımız artmasın. İxracımız idxaldan daha yüksək templərlə artır. Əgər altı ay ərzində 6,5 milyard dollar müsbət saldomuz varsa, deməli, ilin sonuna qədər bu, daha da artacaq. İdxalın artımı sənayenin inkişafı ilə bilavasitə bağlı olan məsələdir, insanların rifah halının yaxşılaşması ilə bağlıdır. Gömrük rüsumlarının artırılmasının səbəblərindən biri də məhz idxalın artımıdır. Ancaq, eyni zamanda, deməliyəm ki, digər amillər də müsbət rol oynayır. O cümlədən struktur islahatları, şəffaflıq, korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə gömrük orqanlarında 800 milyon manatdan çox əlavə vəsaitin toplanmasına səbəb olub”-prezident deyib.

İlham Əliyev qeyd edib ki, vergi orqanlarında da ciddi struktur islahatları aparılır. Prezident  əsas vəzifənin kölgə iqtisadiyyatının aradan qaldırılması olduğunu bildirib. Dövlət başçısı əlavə edib ki, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır.

Sitat: “Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”.

İlham Əliyev deyib ki, uçot sisteminin yaradılması prioritet məsələlərdən biridir. “Mən əvvəlki illərdə də bu məsələni dəfələrlə qoymuşdum. Ancaq əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır”-prezident deyib.

İlham Əliyevin sözlərinə görə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün də praktiki addımlar atılır. “Hesab edirəm ki, biz doqquz ayda vergilərin bu səviyyədə toplanmasına, - nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə çox böyük pozuntular olub, - vergi orqanlarının çox fəal və məqsədyönlü fəaliyyəti nəticəsində nail ola bilmişik”-prezidet bildirib.

Dövlət başçısı vurğulayıb ki, şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir, struktur islahatları davam etdirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır.

“Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir»-prezident qeyd edib.
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
Ramil Usubov polis rəisini işdən çıxartdı
Təyyarəyə gecikən nazir istefa verməli oldu
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
Mayın 27-ə hava proqnozu
Xəbər lenti
27/05/2019 [01:31]:
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
27/05/2019 [01:01]:
Ramil Usubov polis rəisini işdən çıxartdı
27/05/2019 [00:47]:
Təyyarəyə gecikən nazir istefa verməli oldu
26/05/2019 [23:34]:
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
26/05/2019 [22:13]:
Fuad Abbasovla bağlı deportasiya qərarından şikayəti verilib
26/05/2019 [20:41]:
Vaqif Səmədoğluya həsr edilən sərgi və konsert keçirilib
26/05/2019 [18:59]:
Mayın 27-ə hava proqnozu
26/05/2019 [17:16]:
Azərbaycanın faciəsi ondadır ki, bizdə böyük şəxsiyyətlər çox olub - nazir
26/05/2019 [15:42]:
Goranboya dolu düşüb
26/05/2019 [15:06]:
Deputatın bacısı oğlu vəzifədən azad edildi
26/05/2019 [14:32]:
“Qalatasaray” Fatih Terimlə yeni müqaviləni imzalayıb
26/05/2019 [13:17]:
Sevilyada son 700 ildə ilk dəfə məscid tikiləcək
26/05/2019 [11:44]:
PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirildi
26/05/2019 [10:26]:
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib
26/05/2019 [01:33]:
Dənizkənarı Bulvarda Azarkeş Festivalı başladı
26/05/2019 [00:37]:
Gürcüstan XİN: David Qareci yaxınlığında mühəndislik işləri Azərbaycanın sərhədləri daxilində aparılır
26/05/2019 [00:06]:
Güclü külək Quba və Qusarda ciddi fəsadlar törətdi
25/05/2019 [23:08]:
Bayıl sürüşmə zonasında yaşayanlar köçürülür – baş nazir sərəncam imzaladı
25/05/2019 [21:19]:
Ermənistan Boks Federasiyası: Azərbaycan və UEFA-nı tənqid etmək ağlasığmazdır
25/05/2019 [19:56]:
AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub
25/05/2019 [18:32]:
Azərbaycan üzüm şərablarının ixracını azaldıb
25/05/2019 [17:07]:
Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb
25/05/2019 [15:51]:
Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər
25/05/2019 [14:32]:
"Bu məğlubiyyət mənim üçün ağır zərbə idi" - Messi
25/05/2019 [14:07]:
21 nəfərə fəxri ad verildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı - yenilənib
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Deputatın bacısı oğlu vəzifədən azad edildi
"ATA Bank" 1-ci qrup əlilin əmlakını satıb- pulunu mənimsəyib...
Qəfildən gördük ki, prezident içəri daxil oldu – İlham Əliyevlə söhbət edən satıcı
46 milyon da belə havaya sovruldu - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin