Daha 26 dini icmaya şəhadətnamələr verildi

10/10/2018 [10:46] - Cəmiyyət (165)



Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 26 dini icmaya şəhadətnamələr təqdim edilib.

DQİDK-dan virtualaz.org-a bildiriblər ki, bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edib. Vurğulayıb ki, Azərbaycanda dövlət tərəfindən din sahəsinə diqqət və qayğı hər zaman özünü büruzə verir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamı kimi Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, yüksək tolerantlıq mühitinin və dini dözümlülüyün gücləndirilməsinə xüsusi diqqət ayırır. Eyni zamanda, ölkəmizdə dini ibadətgahların inşasına və yenidən qurulmasına önəm verilir, mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır.

Milli-mənəvi dəyərlərimizin düzgün şəkildə gənclərə çatdırılmasının önəminə toxunan S.Salahlı bu məqsədlə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətində ölkədə mövcud dini konfessiyaların dəstəklənməsinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Dini icma sədrlərinə müvafiq tövsiyələrini verən Komitə sədrinin birinci müavini icmaları xalqımızın gen yaddaşından gələn tolerant və multikultural ənənələrin yaşadılmasında, gələcək nəsillərə ötürülməsində, eləcə də dini radikalizmə qarşı mübarizədə və dini maarifləndirmə prosesində fəal olmağa çağırıb.

Daha sonra çıxış edən Şamaxı rayonu Dəmirçi kənd məscidi dini icmasının sədri Nəbi İsgəndərov vətəndaşların vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluğunu ifadə edib.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
Ramil Usubov polis rəisini işdən çıxartdı
Təyyarəyə gecikən nazir istefa verməli oldu
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
Mayın 27-ə hava proqnozu
Xəbər lenti
27/05/2019 [01:31]:
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
27/05/2019 [01:01]:
Ramil Usubov polis rəisini işdən çıxartdı
27/05/2019 [00:47]:
Təyyarəyə gecikən nazir istefa verməli oldu
26/05/2019 [23:34]:
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
26/05/2019 [22:13]:
Fuad Abbasovla bağlı deportasiya qərarından şikayəti verilib
26/05/2019 [20:41]:
Vaqif Səmədoğluya həsr edilən sərgi və konsert keçirilib
26/05/2019 [18:59]:
Mayın 27-ə hava proqnozu
26/05/2019 [17:16]:
Azərbaycanın faciəsi ondadır ki, bizdə böyük şəxsiyyətlər çox olub - nazir
26/05/2019 [15:42]:
Goranboya dolu düşüb
26/05/2019 [15:06]:
Deputatın bacısı oğlu vəzifədən azad edildi
26/05/2019 [14:32]:
“Qalatasaray” Fatih Terimlə yeni müqaviləni imzalayıb
26/05/2019 [13:17]:
Sevilyada son 700 ildə ilk dəfə məscid tikiləcək
26/05/2019 [11:44]:
PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirildi
26/05/2019 [10:26]:
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib
26/05/2019 [01:33]:
Dənizkənarı Bulvarda Azarkeş Festivalı başladı
26/05/2019 [00:37]:
Gürcüstan XİN: David Qareci yaxınlığında mühəndislik işləri Azərbaycanın sərhədləri daxilində aparılır
26/05/2019 [00:06]:
Güclü külək Quba və Qusarda ciddi fəsadlar törətdi
25/05/2019 [23:08]:
Bayıl sürüşmə zonasında yaşayanlar köçürülür – baş nazir sərəncam imzaladı
25/05/2019 [21:19]:
Ermənistan Boks Federasiyası: Azərbaycan və UEFA-nı tənqid etmək ağlasığmazdır
25/05/2019 [19:56]:
AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub
25/05/2019 [18:32]:
Azərbaycan üzüm şərablarının ixracını azaldıb
25/05/2019 [17:07]:
Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb
25/05/2019 [15:51]:
Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər
25/05/2019 [14:32]:
"Bu məğlubiyyət mənim üçün ağır zərbə idi" - Messi
25/05/2019 [14:07]:
21 nəfərə fəxri ad verildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı - yenilənib
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Deputatın bacısı oğlu vəzifədən azad edildi
"ATA Bank" 1-ci qrup əlilin əmlakını satıb- pulunu mənimsəyib...
Qəfildən gördük ki, prezident içəri daxil oldu – İlham Əliyevlə söhbət edən satıcı
46 milyon da belə havaya sovruldu - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin