Qəbul və buraxılış imtahanlarının yeni modeli açıqlandı

09/10/2018 [13:59] - Mədəniyyət (157)



Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin detalları açıqlanıb.

DİM-dən verilən məlumata görə, yeni model aşağıdakı kimi olacaq:

Buraxılış imtahanı (9 illik təhsil bazasında)

I mərhələ (imtahan müddəti – 3 saat)

Fənnin adı Maksimal bal                                  Tapşırıqların sayı
1. Tədris dili
(Azərbaycan dili, rus dili) 30 2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq
2. Riyaziyyat 30 10 açıq tapşırıq (həllin yazılması tələb olunan)
Cəmi:10 tapşırıq
3. Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri) 30 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq );
2.Oxuyub-anlama mətninə dair 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ).
Cəmi:15 tapşırıq
II mərhələ (imtahan müddəti – 2 saat 15 dəqiqə)

Fənnin adı Maksimal bal Tapşırıqların sayı
1. Tədris dili (Azərbaycan dili, rus dili) 70 30 qapalı
2. Riyaziyyat 70 30 qapalı
3. Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) 70 30 qapalı
Buraxılış imtahanı (11 illik təhsil bazasında) İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti – 3 saat)

Fənnin adı Maksimal 
bal Tapşırıqların sayı
1. Tədris dili (Azərbaycan dili, rus dili) 100 Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq.
Cəmi: 30 tapşırıq
2. Riyaziyyat 100 7 həllin yazılması tələb olunan açıq tapşırıq+5 açıq tapşırıq+13 qapalı tapşırıq.
Cəmi: 25 tapşırıq
3. Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) 100 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);
2.Oxuyub-anlama mətninə dair 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ;
3.Dil qaydalarına dair 16 qapalı tapşırıq.
Cəmi:30 tapşırıq
Maksimal bal: 300 

Qəbul imtahanı (imtahan müddəti 3 saat)

I qrup II qrup III qrup IV qrup
Riyaziyyat – 30 tapşırıq
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya).
Nisbi əmsal: 1,5 Riyaziyyat – 30 tapşırıq
(22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya).
Nisbi əmsal: 1,5 Azərbaycan (rus) dili – 30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn).
Nisbi əmsal: 1,5 Biologiya – 30 tapşırıq
(22 qapalı +5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya).
Nisbi əmsal: 1,5
Fizika 30 tapşırıq
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1,5 Coğrafiya – 30 tapşırıq
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1,5 Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mənbə)
Nisbi əmsal: 1,5 Kimya – 30 tapşırıq
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1,5
Kimya-30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1 Tarix – 30 tapşırıq
(22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı mənbə).
Nisbi əmsal: 1 Ədəbiyyat-30 tapşırıq
(22 qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn)
Nisbi əmsal: 1 Fizika -30 tapşırıq
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1
Maksimal bal: 400

Bildirilib ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

Bundan başqa, tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir.

Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
Vasif Talıbovdan yeni təyinat
Xəbər lenti
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
16/02/2019 [00:02]:
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
15/02/2019 [23:29]:
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
15/02/2019 [22:37]:
Lukaşenkonun Almaniya səfərindən imtinasının səbəbi açıqlandı
15/02/2019 [21:42]:
Avropa İttifaqının nümayəndə heyəti Bakıya gələcək
15/02/2019 [20:31]:
İlham Əliyev 4 sərəncam imzaladı
15/02/2019 [19:27]:
UEFA-nın yeni reytinqi
15/02/2019 [18:25]:
Makron yenə Ermənistana gələcək
15/02/2019 [17:48]:
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
15/02/2019 [16:19]:
200 manatlıq yeni təqaüd təsis olunub
15/02/2019 [15:53]:
Kənd Təsərrüfatı texnikasının güzəştli şərtlərlə satılacağı ünvanlar
15/02/2019 [14:19]:
Vasif Talıbovdan yeni təyinat
15/02/2019 [12:47]:
Muğam Mərkəzində gənc istedadlar aşkar edilir
15/02/2019 [12:40]:
Evlənmək istədiyi qızı öldürdü, anasını yaraladı...
15/02/2019 [12:36]:
İkinci qrup əlil: “Özümü prokurorluğun qarşısında yandıracağam...”
15/02/2019 [11:21]:
Türkiyədə daha bir PKK terrorunun qarşısı alındı
15/02/2019 [09:59]:
Azərbaycan nefti bahalaşdı
15/02/2019 [02:01]:
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir - təhlil
14/02/2019 [23:32]:
Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək
14/02/2019 [22:48]:
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
14/02/2019 [21:57]:
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
14/02/2019 [21:03]:
Çempionlar Liqasında həftənin rəmzi komandası
14/02/2019 [20:16]:
Hava yenə dəyişəcək
14/02/2019 [19:26]:
Azərbaycanda Vergi Ombudsmanı İnstitutu yaradılacaq
14/02/2019 [19:18]:
Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ziya Məmmədovun məşhur oteli söküldü
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
İlham Əliyev 5 sərəncam imzaladı - yenilənib
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
Ramiz Mehdiyev sərəncam verdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyasını dəyişdi
“10 dollarlıq sensora görə gömrükdə 125 dollar ödəniş etmişik” – Sahibkar
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin