Unutmayaq və unutdurmayaq! - layihə

08/10/2018 [16:36] - Mədəniyyət (147)



Sədri olduğum “Ziyalı Ocağı” İctimai Birliyi bu il bir çox müzakirəsini tələb edən, unudulması mümkün olmayan proyektlərə imza atdı. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ile birliyimizin təklif etdiyi proyektlər müvəffəqiyyətlə yekunlaşdı.  

Dörd mərhələdənibarət olan layihələrin əsas mövzusu 1918-ci ildə Azərbaycanlılara qarşı aparılan soyqırımlar idi.   

Məqsədimiz 1918-ci ildə Azərbaycanda erməni terrorçu təşkilatlarının və onların havadarları olan bolşeviklərin etdikləri  məzalimləri, qətliamları bütün dünyaya duyurmaqdır. Onların iç üzünü bütün dünyaya açıb göstəməkdir. 

Qardaş Türkiyədən, Özbəkistandan, İrandan, Norveçdən təşrif buyuran çoksaylı qonaqlarımızın iştirakı ilə gerçəkləşdirdiyimiz layihədə ilk öncə ulu Öndər Heydər Əliyevin uyuduğu Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, 1918-ci ildə canını Azərbaycan topraqlarının və onun vətəndaşlarının qorunması yolunda fəda etmiş Şəhidlərin-Türk qardaşlarımızın məzarlarını ziyarət etdik.  

“Unutsaq unutularıq!” adlı birinci konfransda bütünlüklə Azərbaycan tarixinə daxil olan soyqırımların başlandığı illlərin analizi ilə davam etdik.

Konfrans bildirildi ki, tarixden bildiyimiz kimi XIX yüzilin sonlarından etibarən Türkiyədən Azərbayacana kütləvi şəkildə köç edən ermənilərə Çar Rusiyası havadarlıq etdi. 1894-1896 ilindən etibarən tarixi özbəöz topraqlarımızda, ərazilərimizdə ermənilərə hüquq tanıdılar, yerli azərbaycanlıları ermənilərin xoşlandıqları ərazilerdən sürgün etdilər, onları al qanlarına boyadılar. Ağbabada, Vedidə, Dərələyəzdə, Göyçədə, İrəvanda və başka tarixi yurd yerlərimizdə xalqımıza qarşı amansız şəkildə davranaraq, topraqları əllərindən alındı. Uşaq-ixtiyar, qadın bilmədi bu zalimlər. İsti aşımıza soyuq su, sakit yuxumuza haram katdılar, dincliyimizi, rahatlığımızı əllərimizdən aldılar, hüquqlarımızı ayaqlar altına sərdilər. Dirənərək qalanlar isə öz torpaqlarında müsafir durumuna düşürüldülər. Xalqımıza qarşı geniş miqyaslı hücumlar ara vermədi. İxtilaf ocaqları bilərəkdən hey alovlandırıldı. Hər dəfə də ixtilaf ocaqları atəşləndiyində erməni xainleri daha çox əraziləri alır, Azərbaycanlıları qırır, onların yurdlarına sahibləndilər. Qadınların, qocaların, körpələrin yerə-göyə sığmayan fəryadları bu zalımları daha da qudurtdu. 

Əslındə xalqımıza qarşı edilən soyqırımların ilk başlanğıcı 1905-1906-cı illərdə oldu. Bu qətliamlarda on minlərlə azərbaycanlı öldürülmüşdü, yüzlərlə yaşayış məskəni darmadağın edilmişdi. 

Erməni müəllifi A-do yazır ki, 1905-1906-cı illərdəki qırğınlar  zamanı İrəvan vilayətindəki 1301 kənddən 959-da, Zəngəzur vilayətindəki 406 kənddən isə 314-də türklər (azərbaycanlılar) yaşıyırdılar. Etnik təmizlemə sayəsində bu gün malisəf ki, bu ərazilərdə bir dənə də olsun, azərbaycanlılara məxsus kənd, qəsəbə qalmamışdır.  

İkinci soyqırım birincidən daha amansız oldu. 1918-ci ilin 30 mart tarixindən etibarən başlayaraq 3 aprel tarixlərinə qədər Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər ərazilərdə davam edən qətliamlar ən amansız şəkildə aparılmışdı. 
Təkcə Bakıda 1918-ci iln mart ayının 31-dən  aprel ayının 2-dək daşnak-bolşevik qüvvətləri tərəfindən 12 min azərbaycanlının həyatına faciəvi şəkilde son verilmişdi.

Biz ikinci –“Tariximizi unutmayaq və unutdurmayaq!” adlı konfransımızda bir qrup ziyalı ilə Quba adlanan bölgəmizə səfər etdik. Çünki bu vilayət də katliamlardan, soyqırımlardan yan keçməmişdi. Hərəkət etdiyimiz bölgədə 1918-ci ildə erməni terrorçu təşkilatları və bolşevik ruslar tərəfindən qırılan və basdırılaraq, xalqdan gizlədilən toplu məzarları ziyarət etdtik. Bu qəddar və kibirli vəhşilər dinc insanlara aman verməyərək qəddarcasına qətlə yetirərərk dərin dərələrdəki quyularda gizlətdilər. Təsadüf nəticəsində açılan bu quyunun araşdırılması zamanı məlum oldu ki, onlar 1918-ci il Şəhidləridir. Bunu da söyləmək lazımdır ki, buradakı qətliamlara rəhbərlik edən terrorçu Amazasp deyirdi ki, “bu lənətə gəlmişlərə atılan silaha, qurşuna belə yazıqdır. Onların hamısını (-azərbaycanlıları-İ.Ə.) toplayıb dərin quyulara gömmək gərəkdir ki, səsləri yer üzündən kəsilsin”. O, dediyini burada tətbiq etmişdi. 

Qubada  erməni daşnakları 16 mindən çox türk-müsəlmanı qətlə yetirmişdilər.Bütünlükdə Quba vilayətində 162 kənd dağıdılmış, onlardan 31-i yer üzündən silinmişdir. Məscidlər, mədrəsələr və bu din ocaqlarında saxlanılan 1300-dək müqəddəs kitab atəşə verilərək yandırılmışdır.

Nə yazıq ki, sovet dönəmində buranı futbol sahəsi edərək üstündə uşaqlarımıza top oynatmışlar, milli-mənəvi dəyərlərimizə tokunaraq, insanlarımızın ruhlarını təhqir etmişlər.    

Biz oraya Bakıda havanın çox isti olduğu bir gündə getmişdik- hardasa havada 45 dərəcə isti vardı. Amma oraya vardığımızda sanki soyqırım qurbanları bizi göz yaşları ilə- yağmurla karşıladı. Narın, incə, sürəklə yağan yağışda hər kəs təpəden dırnağadək islandı. Konfrans iştirakçılarının axıtdıkları göz yaşları yağmura qarışraq bu nakam taleli insanların uyuduqları mezara doğru enirdi.    

İsmayıllı rayonunda gerçəkləşdirdiyimiz “Tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı həyata keçirilən silsiləli soyqırımlar haqqında yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusundakı konfransımıza rayon ziyalıları da qatıldılar. Xalqımıza qarşı həyata keçirilən fitnə-fəsadlar,  qətliamlar tədbirin əsas mövzusu oldu. 

Bakı Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyimiz “Erməni vandalizminin Azərbaycanda törətdiyi vəhşiliklər” mövzusunda ictimai müzakirə də öz aktuallığı ilə iştirakçıların maraq nöqtəsində oldu. Diqqət çəkildi ki, insanlığın unudulduğu Xocalı faciəsi erməni vandalizminin son nöqtəsı oldu.  Artıq bu o zaman idi ki, qan içən ermənilər tarixi Azərbaycan torpaqlarından sürgün etmeye çalışdıqları soydaşlarımızın son nəslini də yox edəcəkdilər. Azərbaycanlılarsız Ermənistan yaratmakq bu xain ermənilərin baş planı idi. Təəssüflər olsun ki, bu qəddar xilqətlələr özlərinin çirkin amaclarına ulaşdılar. Tarixi Azərbaycan torpaqlarında özlərinə qondarma Ermənistan dövləti qurdular.

Çar Rusiyası tərəfindən hazırlanan ve XIX yüz ilə aid olan  bu xəritəyə göz gəzdirmək yetər ki, bu ərazilərin tarixi türk torpaqları-Azərbaycan torpaqları olduğuna bir daha əmin olasın. Bildiyimiz kimi, hər bir xalq yaşadığı əraziyə öz dilində ad  qoyar, oronimləri, oykonimləri, hidronimləri (yer, məskən, ərazi, çay-dağ və başqa coğrafi isimlər) öz ana dilində səsləndirər. Həmin bu xəritədə bütün yer-göy adları türk dilində çiçek açmış kimidir. Təəssüf ki, bu xain iki üzlülər o isimləri zamanla dəyişdirmiş-erməniləşdirmişlər. 

Zatən bizim buranın aran bölgələrinin əhalisinin soy-kökünü araşdırdığın zaman onların indiki Ermənistan ərazisindən göçürüldüyünü görürsən. 1735-ci ilindən bu yana rus çarı Birinci Pyotrun Azərbaycanlıların tarixi ərazilərindən köçürülməsi ilə bağlı verdiyi fərmandan sonra xalqımız o gözəl, möhtəşəm yerlərdən zaman-zaman sürgün edildilər, məqsədli şəkildə ermənilər Qafqaza yerləşdirildilər

“Ziyalı Ocağı” İctimai Birliyi olaraq düşünürük ki, bədxah qonşularımızın xalqımızın başına gətirdikləri bu oyunlar daima həm yerli, həm də beynəlxalq mətbuat vasitələrində aktual mözvzu olmalıdır ki, bütün dünyanın sülhsevər, ədalətli dövlətləri bu haqlı davamızda bizim yanımızda yer alsınlar”. 

İlahə Əliyeva, 
“Ziyalı Ocağı” 
İctimai Birliyinin sədri,
Tarixçi-araşdırmaçı

 
  Rəsim 1- Quba Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış memorial kompleksin ziyarəti zamanı

Polis rəisi Rəqsanənin evini əlindən alır - təfsilat
Prokurorluq Azərbaycanın Ukraynadakı səfirliyində araşdırma aparır
Azərbaycan və Rusiya Baş Qərargah rəislərinin görüşü olub
Strasburqda etiraz aksiyalarına qadağa qoyuldu
Oqtay Əsədov Gürcüstanın yeni prezidentinin inauqurasiyasına gedəcək
Xəbər lenti
13/12/2018 [00:37]:
Polis rəisi Rəqsanənin evini əlindən alır - təfsilat
12/12/2018 [23:53]:
Prokurorluq Azərbaycanın Ukraynadakı səfirliyində araşdırma aparır
12/12/2018 [23:04]:
Azərbaycan və Rusiya Baş Qərargah rəislərinin görüşü olub
12/12/2018 [22:17]:
Azərbaycan Mərkəzi Bankından 500 avro açıqlaması
12/12/2018 [21:29]:
Strasburqda etiraz aksiyalarına qadağa qoyuldu
12/12/2018 [20:38]:
Oqtay Əsədov Gürcüstanın yeni prezidentinin inauqurasiyasına gedəcək
12/12/2018 [19:45]:
OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
12/12/2018 [18:56]:
Fransa polisi Strasburqda xüsusi əməliyyat keçirir
12/12/2018 [18:12]:
Azərbaycanda daha 18 şirkət bağlandı - siyahı
12/12/2018 [18:07]:
Çavuşoğlu Azərbaycana səfər edəcək
12/12/2018 [17:19]:
Dekabrın 13-ə hava proqnozu
12/12/2018 [16:28]:
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
12/12/2018 [15:39]:
Tramp: “Bir ay ərzində Suriyanı İŞİD-dən tamamilə təmizləyəcəyik”
12/12/2018 [15:11]:
Xəzər Universitəsində “Elm və Sənət Məclisi”
12/12/2018 [14:43]:
Ağcabədidə zəlzələ baş verib
12/12/2018 [13:59]:
YAP Seçki Məcəlləsinin dəyişdirilməsini təklif edir
12/12/2018 [13:04]:
Çaylarda suyun səviyyəsi yenidən dəyişdi
12/12/2018 [12:17]:
“Britaniya üçün geriyə yol yoxdur” – Avropa İttifaqı
12/12/2018 [12:03]:
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - yenilənib
12/12/2018 [11:48]:
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri
12/12/2018 [11:24]:
AFFA "Səbail"in şikayətini rədd etdi
12/12/2018 [10:46]:
Xalq artisti Gülxar Həsənovanın 100 illiyi qeyd edilib
12/12/2018 [09:58]:
Azərbaycan nefti ucuzlaşıb
12/12/2018 [00:02]:
İlham Əliyev yeni sərəncam imzaladı
11/12/2018 [23:47]:
Camal Xaşogi “İlin adamı” seçildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov palkovnikləri işdən çıxartdı - siyahı
Xalq artistinin bəyanatı nazir üçün çox gözlənilməz olub – rəsmi izahat
Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistanadır - ABŞ kəşfiyyatı
Bakının məşhur bazarı sökülür
Novruz Məmmədov qəbiristanlıqlarla bağlı qərar verdi
Tanınmış vəkilin "stəkanda fırtına" əməliyyatı - araşdırma
İlham Əliyev 9 sərəncam, 17 fərman imzaladı - yenilənib
Paşinyan: “İlham Əliyevlə razılığa gəlmədik”
Umayra Tağıyeva yeni vəzifəyə təyin olundu
Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb aradan çıxdı - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin