Londonda çirkli pullara qarşı mübarizəni Cahangir Hacıyevdən başladılar

08/10/2018 [12:03] - Gündəm (521)



Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş daşınmaz əmlakın müsadirə edilməsinə əsas yaradan qanunu ilk dəfə azərbaycanlı keçmiş bankir, hazırda dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevə qarşı tətbiq ediblər. 

Virtualaz.org xəbər verir ki, bir neçə ay əvvəl keçmiş sovet respublikalarından olan və iqtisadi cinayətlərə görə həbs edilən keçmiş iri bankirin arvadının Londondakı mülklərinin və digər aktivlərinin çirkli pulların yuyulmasına qarşı mübarizə qanun əsasında müsadirə ediləcəyi haqda Britaniya mətbuatı yazmışdı.

Lakin həmin vaxt həmin bankirin və arvadının adı açıqlanmırdı, bununla belə virtualaz.org bank çevrələrindən dəqiqləşdirmişdi ki, söhbət məhz bizim “Canikdən” və arvadı Zamirə Hacıyevadan gedir. Zamirə Hacıyeva ərinin həbsindən az əvvəl Azərbaycanı tərk edib və hazırda beynəlxalq axtarışdadır. Azərbaycan Beynəlxalq Bankından oğurlanan pulların bir qisminin Böyük Britaniyada Z.Hacıyeva tərəfindən müxtəlif aktivlərə yatırıldığı və banklarda saxlanıldığı məlum idi.

İndi “Banksta” adlı Telegram-kanal məlumat verir ki, çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində əmlakı məhkəmə tərəfindən müsadirə edilən bankir arvadı məhz Zamirə Hacıyevadır. Məhkəmə onun Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini müsadirə etmək barədə qərar çıxarıb. Çünki məhkəmə prosesində Zamirənin vəkilləri həmin daşınmaz əmlakın qanuni şəkildə əldə edilmiş gəlirlər hesabına alındığını sübut edə bilməyiblər. Bu, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərardır.

Britaniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə Ofisi artıq bəyan edib ki, Zamirə Hacıyeva ərinin Azərbaycan Beynəlxalq Bankından çıxardığı pullar hesabına özünə Londonda iki daşınmaz əmlak obyekti alıb. Bundan əvvəlki məhkəmə dinləmələrində bildirilirdi ki, Zamirə Londonda kraliçalarsayağı həyat tərzi keçirib. O, özəl təyyarədən istifadə edib, bir dəfə isə Londondakı “Harrods” univermağından 16 milyon funt sterlinq məbləğində alış-veriş həyata keçirib. Dinləmələrdə başqa fakt da açıqlanıb: Zamirə 150 min funt sterlinqə brilyant alıb. Bildirilir ki, Hacıyeva əmlakın müsadirəsinə dair çıxarılmış hökmdən verdiyi apelyasiyanı ötən həftə London Yüksək Məhkəməsində uduzub.

Məlumata görə Hacıyevanın nümunəsində həmin qanunun necə işlədiyini sınaqdan keçirməyi qərara alıblar. Növbəti qurbanlar isə daha məşhur adamlar-hazırda vəzifədə olan yüksək vəzifəlilər və məşhur oliqarxlar ola bilər. Həmin qanundan ehtiyat edərək bəzi rusiyalı oliqarxlar artıq Britaniyadakı aktivlərini satır.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından az qala 15 milyard manata yaxın pullar kreditlər adı altında müxtəlif layihələrə , kağız üzərində offşor şirkətlərin hesablarına yönəldilib və geri qayıtmayıb. Bankın müflis olmaması üçün Azərbaycanın dövlət büdcəsindən milyardlarla manat xərclənib.

F.Məmmədov

Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Xəbər lenti
19/11/2019 [16:33]:
Millimiz Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
19/11/2019 [16:00]:
"Bavariya"nın yeni prezidenti Qvardiolanı geri qaytarmağı istisna etməyib
19/11/2019 [15:46]:
Serj Sarqsyan Aprel döyüşləri ilə bağlı dindiriləcək
19/11/2019 [15:32]:
Rusiya Ukrayna gəmilərini qaytarıb
19/11/2019 [14:59]:
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin edilib
19/11/2019 [14:50]:
"Azərbaycan müdafiədə yaxşı oynayır"
19/11/2019 [14:32]:
Deputat: “Bu gün ən ciddi məsələ məhkəmə hüquq sistemindəki pozuntularla bağlıdır"
19/11/2019 [14:25]:
Baş hərbi müfəttiş və müavinləri işdən çıxarıldı
19/11/2019 [14:21]:
"Bu istiqamətdə ciddi islahatlara ehtiyac var"
19/11/2019 [13:52]:
UNESKO yanında Qoşulmama Hərəkatı qrupuna sədrlik Azərbaycana keçib
19/11/2019 [13:33]:
Donald Tramp Dövlət Departamentinin əməkdaşını kəskin tənqid edib
19/11/2019 [13:31]:
Deputat: “Bu, özəl məhkəmə ekspertizası institutunun yaradılmasına rəvac verəcək”
19/11/2019 [12:49]:
Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb
19/11/2019 [12:17]:
Milli Məclisin növbəti plenar iclası başlayıb
19/11/2019 [12:10]:
Fransa və Rusiya prezidentləri Ukraynadakı vəziyyəti müzakirə ediblər
19/11/2019 [11:44]:
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
19/11/2019 [11:30]:
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19/11/2019 [11:22]:
Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
19/11/2019 [10:42]:
400 əlil təlimlərə cəlb olunacaq
19/11/2019 [10:00]:
Keçmiş məhkumlar 5 evi soydu
19/11/2019 [09:50]:
Deputatlar müzakirəyə toplaşacaq
18/11/2019 [23:59]:
Xüsusi təyinatlı dəstələr etirazçıları dağıtmağa başlayıb
18/11/2019 [22:22]:
Ronaldo üzr istəyəcək
18/11/2019 [21:51]:
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
18/11/2019 [21:35]:
Azərbaycan vətəndaşları Türkiyədə 900-dən çox daşınmaz əmlak əldə edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - FOTOLAR
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin