Almaniya münaqişənin sülh yolu ilə həllinin tərəfdardır

04/10/2018 [22:43] - Gündəm (332)



Alman Birliyi Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
İstiqlal.az xəbər verir ki, səfir Mixael Kindsqrab çıxış edərək Alman Birliyi Gününün tarixindən söz açıb. 

Deyib ki, Alman Birliyi  Günü Almaniya Federativ Respublikasınn milli bayramıdır və bu bayram 3 oktyabr 1990-cı ildə şərqi və qərbi Almaniyanın rəsmi olaraq yenidən birləşməsinin rəmzidir: “Almaniyanın birləşməsi İkinci Dünya Müharibəsindən sonra dörd onlillik davam edən Soyuq  Müharibə dövrünün nəticəsi olan Almaniyanın bölünməsinə son qoyub”.  

Ölkələrimiz arasındakı əlaqələrə toxunan diplomatın sözlərinə görə, bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq mövcuddur, siyasi, iqtisadi layihələr həyata keçirilir, Almaniya Cənub Qaz Dəhlizi layihəsində iştirak edir. 

M.Kindsqrab Almaniyanın Federal Kansleri Angela Merkelin avqust ayında  Azərbaycana rəsmi səfərinə toxunaraq səfərin əhəmiyyətindən, Almaniya Federativ Respublikası və Azərbaycan  Respublikası arasında siyasi dialoqun hökumətlər, parlamentlər səviyyəsində davam etdiyini xatırladıb. Alman-Azərbaycan Xarici Ticarət Palatasısın fəaliyyət göstərdiyini xatırladan səfir, ölkəmizdə alman investisiyalarının həcminin artdığını vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat deyib ki, Almaniya münaqişənin sülh yolu ilə həllinin tərəfdardır və hazırkı status-kvon qəbuledilməzdir.

Azərbaycan hökuməti adından alman xalqını bayram münasibəti ilə təbrik edən xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Azərbaycanda əsrlərlə mövcud olan tolerantlıq xalqlarımız və ölkələrimiz arasında dostluq, əməkdaşlıq əlaqələri üçün münbit zəmin yaradıb: “Buna bir misal da XIX əsrin əvvəllərində almanların Azərbaycanda məskunlaşmalarıdır”. 

O, hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndiyini vurğulayıb, beynəlxalq təşkilatlarda  ölkələrimizin uğurla əməkdaşlıq etdiyini qeyd edib. 

Nazir müavini əlavə edib ki, Azərbaycan Almaniya və onun Avropa İttifaqındakı tərəfdaşlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün əllərindən gələni əsirgəməyəcəyinə ümid edir. 
Səmla
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..
Jurnalist şeyxin müdafiəsinə qalxdı - böhtan atmaq kişi işi deyil
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin