İlham Əliyev sərəncam imzaladı

03/10/2018 [20:50] - Siyasət (655)



Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Sərəncam imzalayıb.

Sərəncamda Dövlət Turizm Agentliyinə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Bundan başqa, Agentlik “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Həmçinin qoruğun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun qurulması ilə bağlı təkliflər Prezidentə təqdim olunacaq.

Sərəncamda bildirilir iki, Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan İsmayıllı rayonunun Basqal qəsəbəsi özünün memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrümüzə qədər çatdırmış unikal yaşayış məskənlərindən biridir. Burada salınmış Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar və digər qədim məhəllələr, IX-XIX əsrlərə aid istehkamlar, məscidlər, su və kanalizasiya şəbəkələri, hamam, bulaqlar, mülklər və 300 ildən artıq yaşı olan çinar ağacı kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Basqalda ipəkçilik, dəmirçilik kimi sənətlər əhalinin əsas məşğuliyyəti olub. Burada hazırlanan kəlağayılar XII-XIII əsrlərdə Qafqazda, Şərq və Avropa ölkələrində böyük maraq doğurub.

1989-cu ildə yaradılmış “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı ilə bağlı son dövrdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən qəsəbə təbii qazla təmin olunub, Basqal çayı üzərində yeni körpü tikilib, abadlıq işləri görülüb, qədim küçələr qismən çay daşı ilə döşənib, bulaqlarda müəyyən bərpa işləri aparılıb.

Bununla belə, hazırda qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, mühəndis-kommunikasiya təminatı sistemlərinin və xətlərinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqətin yetirilməsi zərurəti yaranıb.
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
11/07/2020 [20:32]:
Fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb
11/07/2020 [18:42]:
NASA və Yaponiya Ayı birgə tədqiq edəcək
11/07/2020 [17:57]:
ABŞ analoqundan 17 dəfə sürətli olan raket hazırlayır
11/07/2020 [16:41]:
İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
11/07/2020 [16:40]:
IEA ABŞ-da neft hasilatının artacağını proqnozlaşdırır
11/07/2020 [16:28]:
İsmayıllıda 1 tona yaxın narkotik vasitə məhv edilib
11/07/2020 [15:49]:
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan VİDEO
11/07/2020 [15:33]:
Yaş corab geyinməyin faydaları - VİDEO
11/07/2020 [15:02]:
Hindistan 123-dən çox ölkəni zəruri dərman preparatları ilə təmin edib
11/07/2020 [15:01]:
Prezident bu icra başçısını işdən çıxardı - Sərəncam
11/07/2020 [14:51]:
10 minə yaxın məhkum azad ediləcək
11/07/2020 [13:30]:
ABŞ-ın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib
11/07/2020 [12:46]:
FİFA DÇ-2022-nin seçmə mərhələsini təxirə salıb
11/07/2020 [12:14]:
Azərbaycan da Rusiya kimi maska rejimini ləğv edə bilərmi?
11/07/2020 [11:44]:
Liviya limanlarla neft ixracını bərpa edir
11/07/2020 [11:14]:
İMF: Dünyada dövlət borcları ÜDM-i üstələyir
11/07/2020 [10:47]:
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlanıb
11/07/2020 [10:19]:
“Mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər...”
11/07/2020 [10:00]:
Rusiya iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa edəcək
10/07/2020 [23:57]:
"Keşlə" anqolalı hücumçusu ilə müqaviləni yeniləyib
10/07/2020 [22:39]:
TAP kəmərinin İtaliya hissəsinə qazın vurulmasına avqustda başlanacaq
10/07/2020 [21:47]:
Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq
10/07/2020 [21:38]:
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin