Bakıda Qara Qarayevin ev muzeyi açıldı

01/10/2018 [23:34] - Mədəniyyət (381)



Oktyabrın 1-də dahi bəstəkar Qara Qarayevin paytaxtın Nizami küçəsində yerləşən ev muzeyinin açılış mərasimi olub.

Tədbirdə dövlət və hökumət rəsmiləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ev muzeyinin açılması münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu gün Qara Qarayevin ev muzeyinin açılması dahi bəstəkarın yaradıcılığına böyük bir hədiyyədir. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq bu il Qara Qarayevin 100 illik yubileyi geniş qeyd olunur, silsilə tədbirlər keçirilir. Məşhur bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini, o cümlədən “Yeddi gözəl” baletini burada yaradıb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib ki, böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını burada atıb: “Onun tələbələri belə böyük bir bəstəkardan dərs aldıqları üçün fəxr edirlər. Ondan yalnız bəstəkarlıq deyil, mənəviyyat dərsi alıblar. Qara Qarayev çox təvazökar, ziyalı insan idi. Ölkəmizi dünya miqyasında şərəflə təmsil edən dahi bəstəkar öz tələbələrinin xatirəsində həmişə yaşayacaq”.

Azərbaycan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Anar böyük bəstəkarı həm keçmişin, həm də gələcəyin sənətkarı adlandırıb: “Qarayev dünyada Azərbaycan musiqisinin elçisi idi. Onun bu evdə yaratdığı “Yeddi gözəl” baleti və başqa əsərləri dünyanın müxtəlif ölkələrində səsləndirilib. Onun əsərlərində Albaniya, Vyetnam, İspaniya və digər ölkələrin musiqi motivləri duyulurdu. Qara Qarayev Azərbaycan musiqisində çox böyük izlər qoyub”.

Sonra Qara Qarayevin ev muzeyinin açılışı olub. Bəstəkarın qızı Züleyxa Qarayeva mərasim iştirakçılarını ev muzeyi ilə tanış edib.

Tədbirdə, həmçinin Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitab və disk təqdim olunub. Kitabın elmi redaktoru professor Kərim Tahirov nəşr haqqında məlumat verib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, xalq artisti Tofiq Bakıxanov və başqaları Qara Qarayevin yüksək sənətkarlıq məharətindən, Azərbaycan musiqi sənətinə bəxş etdiyi əvəzsiz musiqi əsərlərindən danışıblar.

Mərasimdə, həmçinin Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görülmüş dahi bəstəkarın oğlu Fərəc Qarayevə yüksək fəxri adın vəsiqəsini və döş nişanını təqdim edib.

Tədbir bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri ilə yekunlaşıb.
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
14/07/2020 [15:43]:
Rusiyanın xarici borcu 20 milyard dollara yaxın artıb
14/07/2020 [14:50]:
C vitaminini təbii olaraq hansı qidalardan alaq?- SİYAHI
14/07/2020 [14:41]:
Azərbaycanın Tovuz rayonu sahəsində atəşkəsin pozulması Ermənistanın növbəti təxribatıdır
14/07/2020 [13:47]:
Dünyanın əksər ölkələri Azərbaycanın təşəbbüsünü dəstəkləyir
14/07/2020 [13:33]:
Gürcüstan xarici dövlətlərə olan borcunun həcmini açıqlayıb
14/07/2020 [13:28]:
Düşmənin növbəti uğursuzluğu
14/07/2020 [13:27]:
Daha 7 şəhidimiz var olub SİYAHI
14/07/2020 [13:19]:
YA BATAQLIQDA GÜL AÇIB, YA DA DÜNYA DƏYİŞİB?
14/07/2020 [13:15]:
Dünya dövlətləri pandemiyaya qarşı birgə mübarizə aparmalıdırlar
14/07/2020 [13:09]:
Ordumuzun qələbə çalacağı gün uzaqda deyil
14/07/2020 [12:53]:
Pakistan Ermənistanın təxribatını pisləyib
14/07/2020 [12:49]:
Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb
14/07/2020 [12:49]:
Koronavirus qızıl pasportları da dəyərsizləşdirib
14/07/2020 [12:15]:
Göyçayda güclü külək və leysan yağışı fəsadlar törədib
14/07/2020 [11:46]:
"Mançester Yunayted" qələbəni son dəqiqədə əldən verib
14/07/2020 [11:12]:
Braziliyada bir sutkada 20,2 mindən çox insanda koronavirus aşkar olunub
14/07/2020 [10:40]:
"Türk Hava Yolları" beynəlxalq uçuşlarının sayını artırır
14/07/2020 [10:00]:
Kriştianu Ronaldo "Yuventus"da qalacaq
13/07/2020 [23:57]:
Ölkədə 76 obyektdə qayda pozuntuları aşkarlanıb
13/07/2020 [22:45]:
“Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” – Ukrayna XİN-dən bəyanat
13/07/2020 [22:40]:
Azərbaycandan Ukraynaya 171 milyon dollarlıq neft ixrac edilib
13/07/2020 [21:39]:
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub
13/07/2020 [21:23]:
Azərbaycan peşəkar milli teatrı 147-ci mövsümə yekun vurub
13/07/2020 [21:11]:
Qazaxstan Tovuzda baş vermiş təxribatla bağlı bəyanat verdi: “Yardım göstərməyə hazırıq”
13/07/2020 [20:38]:
2025-ci ildə Bakıda Avropa çempionatı olacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
Hikmət Hacıyev: "Çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu"
Koronavirus xəstəliyinin ağırlıq dərəcəsi açıqlandı
Kukla Teatrı “Çəkməli pişik” tamaşasını onlayn nümayiş etdirəcək
Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
Kukla Teatrı “Qızıl balıq” tamaşasını onlayn nümayiş etdirəcək
David Silva "Mançester Siti" ilə vidalaşdı
Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin