Eldar Əzizov: “Baş Plan hazır olan kimi müzakirəyə çıxarılacaq”

01/10/2018 [18:40] - Cəmiyyət (378)



Ölkə başçısı İlham Əliyev 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.

Komitə Bakı şəhərinin Baş Planının hazırlanması üçün "Böyük Üçlük" adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini - "The Boston Consulting Group" ("Boston Konsaltinq Qrup") şirkətini bu işə cəlb edib.

Məsələ ilə bağlı modern.az-a danışan Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov bu istiqamətdə işlərin davam etdirildiyini açıqlayıb: "Bu gün dünya çox böyük sürətlə inkişaf edir. Azərbaycan da buna ayaq uyduraraq, yüksək inkişaf nümayiş etdirir. Artıq bütün sahələrdə işinin peşəkarları çıxış etməlidirlər. Bu səbəbdən Bakının Baş Planının hazırlanmasına da peşəkar mütəxəssislər cəlb olunub. İşin ümumi keyfiyyətinin yüksəldilməsi üçün həm xarici ekspertlər dəvət olunub, həm də yerli memarlar prosesə cəlb edilib".

BŞİH rəsmisi hazırda konseptual xarakterli tələblərin hazırlandığının vurğulayıb: "Tələb edilən məsələlər hazır olandan sonra müzakirəyə çıxarılacaq. Biz də ümumi olaraq öz tövsiyələrimizi vermişik. Amma əsas olan, təbii ki, mütəxəssislərin rəyidir".

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "The Boston Consulting Group" şirkəti ilə birgə Bakı şəhərinin Baş Planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırır.

Birinci mərhələdə paytaxtla bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən "Böyük Bakının Regional İnkişaf Planı" və "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı" layihələrinin təhlil edilməsi nəzərdə tutulur.

İkinci mərhələdə Komitə "The Boston Consulting Group" şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın Baş Planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır.

Yeni Baş Plan - "Böyük Bakının Regional İnkişaf Planı" isə 2035-cu ilədək dövrü əhatə etməlidir.

Xatırladaq ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" İnstitutu tərəfindən hazırlanmış "Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş Plan" layihəsinin müzakirəsi keçirilib.

Daha sonra sənəd təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq Baş Plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
14/07/2020 [17:38]:
Səhiyyə naziri maska taxmadığına görə üzr istəyib
14/07/2020 [17:35]:
“Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik”-” Türkiyənin Müdafiə naziri
14/07/2020 [17:26]:
Ukraynalı deputatlar Azərbaycanı dəstəkləyən bəyanat qəbul ediblər
14/07/2020 [16:50]:
“Semaşko”nun direktoru vəzifədən getdi- Yeni təyinat
14/07/2020 [16:37]:
Moldova XİN Azərbaycana dəstək bəyanatı yaydı
14/07/2020 [16:35]:
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
14/07/2020 [16:26]:
Dövlət Xidməti: Səfərbərliklə bağlı yayılan SMS-lər həqiqətə uyğun deyil
14/07/2020 [16:26]:
"Zirə" daha 3 futbolçusu ilə yollarını ayırıb
14/07/2020 [16:25]:
"Sərhəddə yaranan gərginlik Ermənistanda vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir"
14/07/2020 [16:13]:
"FlyDubai" Bakıya uçuşlar həyata keçirməyə başladı
14/07/2020 [16:12]:
Ermənistan Ukraynaya etiraz bildirib - Azərbaycanı müdafiə etdiyi üçün
14/07/2020 [15:43]:
Rusiyanın xarici borcu 20 milyard dollara yaxın artıb
14/07/2020 [14:50]:
C vitaminini təbii olaraq hansı qidalardan alaq?- SİYAHI
14/07/2020 [14:41]:
Azərbaycanın Tovuz rayonu sahəsində atəşkəsin pozulması Ermənistanın növbəti təxribatıdır
14/07/2020 [14:00]:
"BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamələri yerinə yetirilməlidir"
14/07/2020 [13:47]:
Dünyanın əksər ölkələri Azərbaycanın təşəbbüsünü dəstəkləyir
14/07/2020 [13:33]:
Gürcüstan xarici dövlətlərə olan borcunun həcmini açıqlayıb
14/07/2020 [13:28]:
Düşmənin növbəti uğursuzluğu
14/07/2020 [13:27]:
Daha 7 şəhidimiz var olub SİYAHI
14/07/2020 [13:19]:
YA BATAQLIQDA GÜL AÇIB, YA DA DÜNYA DƏYİŞİB?
14/07/2020 [13:15]:
Dünya dövlətləri pandemiyaya qarşı birgə mübarizə aparmalıdırlar
14/07/2020 [13:09]:
Ordumuzun qələbə çalacağı gün uzaqda deyil
14/07/2020 [12:53]:
Pakistan Ermənistanın təxribatını pisləyib
14/07/2020 [12:49]:
Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb
14/07/2020 [12:49]:
Koronavirus qızıl pasportları da dəyərsizləşdirib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
Hikmət Hacıyev: "Çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu"
Koronavirus xəstəliyinin ağırlıq dərəcəsi açıqlandı
Kukla Teatrı “Çəkməli pişik” tamaşasını onlayn nümayiş etdirəcək
Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
Kukla Teatrı “Qızıl balıq” tamaşasını onlayn nümayiş etdirəcək
David Silva "Mançester Siti" ilə vidalaşdı
Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin