Çində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb

28/09/2018 [23:37] - İqtisadiyyat (294)



Çinin Lucou şəhərində “Azərbaycan Ticarət Evi” açılıb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Çinin ticarət və biznes qurumlarının nümayəndələrinin, Lucou şəhər rəhbərliyinin, iş adamlarının, sərgiyə qatılan 16 ölkənin təmsilçisinin iştirak etdiyi tədbirdə Çin Ərzaq Məhsullarının İxracı və İdxalı üzrə Ticarət Palatasının vitse-prezidenti Su Siaoxu qeyd edib ki, ölkələrimiz arasında tarixən yaranmış münasibətlər hazırda müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Çində yeni açılan “Azərbaycan Ticarət Evi” də iqtisadi-ticari əməkdaşlığımızda yeni mərhələ olmaqla yanaşı, Azərbaycan məhsullarının Çin alıcılarına tanıdılması baxımından əhəmiyyətli rol oynayacaq.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycanda Çin ilə əlaqələrin inkişafına önəm verildiyini vurğulayıb. Səfir “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin əlaqələrinin inkişafında yeni imkanlar açdığını, Azərbaycanın Çinin vilayətləri ilə də əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb. Çinin Siçuan vilayətinin Lucou şəhərindəki Azad Ticarət Zonasında “Azərbaycan Ticarət Evi”nin açılması bunun bariz nümunəsidir. Bu ticarət evi Azərbaycan məhsullarını təqdim etməklə yanaşı, ölkəmizin iqtisadi potensialı, turizm, nəqliyyat və logistika imkanlarına dair məlumatların Lucouda geniş yayılmasına imkan yaradacaq.

Sonra mərasim iştirakçıları “Azərbaycan Ticarət Evi” ilə tanış olublar.

Qeyd edək ki, Yancı çayının üzərində yerləşən və liman şəhəri olan Lucouda açılan “Azərbaycan Ticarət Evi”nin ümumi sahəsi 600 kvadrat metrdir. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Səfirliyinin və Ticarət Nümayəndəliyinin, Lucou şəhər hakimiyyətinin və “Eastern Allfriends” şirkətinin təşkilatçılığı ilə açılan “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən çay, mineral sular, spirtli içkilər, meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları), və s. nümayiş olunur. Azərbaycan memarlıq nümunələrinin elementləri əsasında dizayn edilmiş ticarət evində məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Bundan başqa, ticarət evi Azərbaycan məhsullarının Çin bazarında daha çox tanıdılmasına, ixracın təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir. Ticarət evini ziyarət edənlər stendlər, fotoşəkillər vasitəsilə Azərbaycanın investisiya imkanlarına, biznes mühitinə, nəqliyyat-logistika imkanlarına, turizm və kənd təsərrüfatı potensialına dair geniş məlumat əldə edəcəklər. Azərbaycan xalqının əsrlər boyunca yaratdığı mədəni irsin də təbliğ olunduğu ticarət evində nümayiş edilən eksponatlar, xalça nümunələri, milli geyimlər və suvenirlər, müxtəlif nəşrlər xalqımızın zəngin mədəniyyəti haqqında geniş təsəvvür yaradır.

Tədbir iştirakçıları Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara həsr olunan filmə də baxıblar.

Ticarət evinin açılması ilə yanaşı, Çinin qərb hissəsində 34 marketi əhatə edən “EAF” şəbəkəsində “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərab və nar şirələrinin satışına başlanılıb.

Bu gün həmçinin, Çinin Lucou şəhərində Cənub-Qərb məhsullar sərgisi açılıb. Bu il 6-cı dəfə keçirilən “Çin Lucou Cənub-Qərb məhsullar sərgisi”ndə 16 ölkə təmsil olunub. Sərgidəki Azərbaycan milli pavilyonunda “Made in Azerbaijan” brendi ilə istehsal olunan meyvə şirələri, şərab və spirtli içkilər nümayiş olunur.

Qeyd edək ki, 5,5 milyon əhalisi olan Lucou şəhəri aid olduğu Siçuan, habelə Yunnan və Quycou vilayətlərinin, Çinin ən böyük bələdiyyəsi olan Çunçin şəhərinin arasında yerləşməklə, əhəmiyyətli nəqliyyat-ticarət qovşağı hesab olunur.
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Xəbər lenti
17/11/2019 [23:59]:
Ürəyi vaxtsız qocaldan amillər
17/11/2019 [22:23]:
Qazaxda qəza - 350 abonent qazsız qaldı
17/11/2019 [21:41]:
Netanyahu: "Qəzza ilə bağlı öhdəlik götürməmişik"
17/11/2019 [20:50]:
Əfqanıstanda İŞİD-in 615 üzvü təslim olub
17/11/2019 [19:29]:
Azərbaycan buğda idxalını kəskin artırıb
17/11/2019 [18:34]:
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
17/11/2019 [17:42]:
Çaylarda sululuq səviyyəsi dəyişdi
17/11/2019 [16:27]:
ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib
17/11/2019 [15:53]:
Daha 4 ölkə AVRO-2020-yə vəsiqə qazanıb
17/11/2019 [15:30]:
Boliviyada baş verən toqquşmalarda 23 nəfər həlak olub
17/11/2019 [14:25]:
Belarusda parlament seçkiləri keçirilir
17/11/2019 [13:48]:
Helsinkidə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə tədbir keçirilib
17/11/2019 [13:19]:
Türkiyə Andorra ilə üz-üzə gələcək
17/11/2019 [12:42]:
İraq İranla sərhəd keçidini bağladı
17/11/2019 [12:22]:
Honkonqda etiraz aksiyaları artıq 6 aydır ki, davam edir
17/11/2019 [11:42]:
Hindistan ballistik raketi sınaqdan keçirib
17/11/2019 [11:18]:
Siqaret kötüyünü yerə atanlar 200 avro cərimələnəcək
17/11/2019 [10:35]:
İdmançımız beynəlxalq turnirin qalibi oldu
17/11/2019 [10:00]:
Füzulidə hərbi təyinatı olmayan metal əşya aşkarlanıb
17/11/2019 [09:46]:
Birinci vitse-prezident Mehriban Əliyeva xalqı təbrik edib
16/11/2019 [23:59]:
Parisdə polis "sarı jiletlilər"ə qarşı qaz və tüstü şaşkalarından istifadə edib
16/11/2019 [22:17]:
Azərbaycan və Uels komandalarının start heyətləri açıqlanıb
16/11/2019 [21:31]:
İraqda İŞİD-in iki lideri məhv edilib
16/11/2019 [21:26]:
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
16/11/2019 [20:23]:
AQTA-nın əməkdaşları vəzifədən azad olundular
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
“Bakcell”dən tamamilə yeni İnternet paketləri
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - FOTOLAR
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq! - layihə
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
Xətaiyə yeni icra başçısı təyin edildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin