Qüdrət Həsənquliyev: Daha 25 il də mənasız danışıqlara vaxt sərf etməyəcəyik

27/09/2018 [11:02] - Siyasət (301)



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan “Qarabağ mitinqi”nə münasibətini açıqlayıb. 

Qüdrət Həsənquliyev həm mitinq təşəbbüsünə, həm də mitinqə icazə verilməsinə müsbət yanaşdığını bildirib: “Hökumət də, cəmiyyətin fəal siyasi hissəsi də qəti qərarların qəbul olunmasının vaxtının çatdığının fərqindədirlər. Biz dünya birliyinə, o cümlədən Ermənistana göstərməliyik ki, artıq səbrimiz tükənib və daha 25 il də mənasız danışıqlara vaxt sərf etməyəcəyik. Bunu etməyimiz üçün isə xalq mitinqə gəlməlidir. Əgər xalqımız kənar seyrçi mövqə tutsa bu mitinqin ziyanı xeyrindən daha çox olacaq”.

Qüdrət Həsənquliyev “Sizin Qarabağın azadlığı qarşılığında Rusiyanın liderliyi ilə yaradılmış ittifaqlara qoşula biləcəyimiz barədə açıqlamanıza yenə də bəlli şəxslər tərəfindən qeyri-ciddi münasibət bildirilib, bu barədə nə deyə bilərsiniz?” sualını belə cavablandırıb: “Həmin insanlar Rusiyanın adamlarıdır. Mənim danışıqların Ermənistanla yox, Rusiya ilə aparılmalı olduğu barədə söylədiklərim onları qıcıqlandırır. Mən həqiqəti birbaşa deyirəm. Yəni münaqişənin arxasında Rusiya dayanıb və torpaqlarımızın işğal altında qalmasının səbəbkarı Rusiyadır. Bəs onlar nə deyir?! Onlar 2016-cı ilin aprel savaşı zamanı bəyan etdilər ki, biz hücumu davam etdirməli idik və bunu edərdiksə Rusiya bu münaqişəyə qatılmayacaqdı. Soruşa bilərsiniz ki, bu adamlar niyə utanmazcasına belə yalan danışa bilirlər!? Onların istəyi Azərbaycanı Rusiyanın tərkibində bir quberniya, özlərini isə qubernator görməkdir. Rusiya aprel savaşı zamanı 3 gün ona görə susdu ki, Sarkisyanın xarizmasının sındırılmasını istəyirdi və buna da nail oldu. O zaman bizim maraqlarımız üst-üstə düşürdü. İndi də çalışmalıyıq ki, Paşinyanın qovulmasında da iştirak edək və torpaqlarımızı azad edək. Rusiya Paşinyanı qərbpərəst siyasətçi kimi hakimiyyətə həmin qüvvələri gözdən salıb qovmaq üçün gətirib. Mütəllibovu təyyarəyə qoyub aparmaqla Azərbaycanda bu senari uğurla sınaqdan çıxarılıb. Ancaq təkcə Paşinyana görə Rusiya Qarabağ kartından imtina etməz. Biz Rusiyanın yaratdığı regional ittifaqlara qoşulmaqla burada onun maraqlarını qoruyacağımıza təminat verə bilərik. Həmin qüvvələr isə düşünürlər ki, Azərbaycanı Ermənistan -Rusiya ittifaqına qarşı riskli müharibəyə təhrik edib məğlubiyyətə düçar etsələr bu, mütləq onların hakimiyyətə yolunu açar. Rusiya bölgəyə sülh göyərçini kimi gəlib, onların başına qonmaqla, nəhayət ki, gözlərində qalmış arzularına çatdırar. Məsələnin sadə təsviri bundan ibarətdir”.
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Xəbər lenti
17/11/2019 [23:59]:
Ürəyi vaxtsız qocaldan amillər
17/11/2019 [22:23]:
Qazaxda qəza - 350 abonent qazsız qaldı
17/11/2019 [21:41]:
Netanyahu: "Qəzza ilə bağlı öhdəlik götürməmişik"
17/11/2019 [20:50]:
Əfqanıstanda İŞİD-in 615 üzvü təslim olub
17/11/2019 [19:29]:
Azərbaycan buğda idxalını kəskin artırıb
17/11/2019 [18:34]:
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
17/11/2019 [17:42]:
Çaylarda sululuq səviyyəsi dəyişdi
17/11/2019 [16:27]:
ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib
17/11/2019 [15:53]:
Daha 4 ölkə AVRO-2020-yə vəsiqə qazanıb
17/11/2019 [15:30]:
Boliviyada baş verən toqquşmalarda 23 nəfər həlak olub
17/11/2019 [14:25]:
Belarusda parlament seçkiləri keçirilir
17/11/2019 [13:48]:
Helsinkidə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə tədbir keçirilib
17/11/2019 [13:19]:
Türkiyə Andorra ilə üz-üzə gələcək
17/11/2019 [12:42]:
İraq İranla sərhəd keçidini bağladı
17/11/2019 [12:22]:
Honkonqda etiraz aksiyaları artıq 6 aydır ki, davam edir
17/11/2019 [11:42]:
Hindistan ballistik raketi sınaqdan keçirib
17/11/2019 [11:18]:
Siqaret kötüyünü yerə atanlar 200 avro cərimələnəcək
17/11/2019 [10:35]:
İdmançımız beynəlxalq turnirin qalibi oldu
17/11/2019 [10:00]:
Füzulidə hərbi təyinatı olmayan metal əşya aşkarlanıb
17/11/2019 [09:46]:
Birinci vitse-prezident Mehriban Əliyeva xalqı təbrik edib
16/11/2019 [23:59]:
Parisdə polis "sarı jiletlilər"ə qarşı qaz və tüstü şaşkalarından istifadə edib
16/11/2019 [22:17]:
Azərbaycan və Uels komandalarının start heyətləri açıqlanıb
16/11/2019 [21:31]:
İraqda İŞİD-in iki lideri məhv edilib
16/11/2019 [21:26]:
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
16/11/2019 [20:23]:
AQTA-nın əməkdaşları vəzifədən azad olundular
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
“Bakcell”dən tamamilə yeni İnternet paketləri
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - FOTOLAR
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq! - layihə
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
Xətaiyə yeni icra başçısı təyin edildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin