İlham Əliyev Azərbaycan xalqını təbrik edib

26/09/2018 [13:32] - Siyasət (358)



Azərbaycanın “Azerspace-2” peyki sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edib. Dövlət başçısı deyib:

“-Əziz həmvətənlər.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün “Azərspace 2” peykimiz orbitə çıxarıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur.

Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”.

Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz “Azərspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik.

Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.

Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik.

Peyklərin, eyni zamanda, kommersiya tərəfi var. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Təsadüfi deyil ki, bu ilin səkkiz ayının göstəricilərinə görə, Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artmışdır. Eyni zamanda, “Azərsky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azərsky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk.

İnfrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün peyklərin böyük əhəmiyyəti var. Kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi – bütün bu işlərdə “Azərsky” müşahidə peykinin xüsusi rolu var.

Bir sözlə, əziz vətəndaşlar, əziz dostlar, bu gün ölkəmizin həyatında növbəti əlamətdar bir gündür. Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azərspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək.

Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun”.
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
28/05/2020 [23:58]:
Ötən il Gürcüstanın qaz tələbatının 93%-ni Azərbaycan ödəyib
28/05/2020 [22:39]:
Avropa səhiyyəsi üçün 9,7 milyard avroluq proqram hazırlanıb
28/05/2020 [21:41]:
Azərbaycan ötən il Gürcüstanın əsas qaz təchizatçısı olub
28/05/2020 [20:32]:
"Qalatasaray" "Atletiko"nun müdafiəçisini istəyir
28/05/2020 [19:30]:
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu
28/05/2020 [18:54]:
Gürcüstan koronavirus testindən keçməyən turistləri ölkəyə buraxmayacaq
28/05/2020 [18:30]:
Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi
28/05/2020 [18:12]:
Vyetnam və Laos rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblər
28/05/2020 [17:50]:
Donald Tramp sosial medianı bağlayacaqlarını istisna etməyib
28/05/2020 [17:37]:
Ərdoğan Azərbaycan xalqını təbrik etdi
28/05/2020 [16:34]:
Əhali gəzintiyə qrafiklə çıxacaq
28/05/2020 [15:56]:
Pakistanın Baş Naziri İlham Əliyevə təşəkkür etdi
28/05/2020 [15:24]:
Fransada COVID-19 xəstələrinin sayı azalır
28/05/2020 [14:36]:
Azərbaycanda quraşdırılan elektron kassaların sayı 10%-dən çox artıb
28/05/2020 [13:42]:
Braziliyada bir gündə koronavirusa on minlərlə yoluxma qeydə alındı
28/05/2020 [13:40]:
Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi
28/05/2020 [13:20]:
La Liqa üçün yeni təqvim təsdiqləndi
28/05/2020 [13:09]:
Mayk Pompeo Azərbaycan xalqını təbrik edib
28/05/2020 [12:48]:
Xəstəxanalarda koronavirusa yoluxmuş xəstə qalmayıb
28/05/2020 [12:17]:
Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı
28/05/2020 [11:53]:
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
28/05/2020 [11:31]:
COVİD-19 pandemiyası: ümid hazırda bir dərmana qalıb
28/05/2020 [11:20]:
Prezident “İstiqlal abidəsi”ni ziyarət etdi
28/05/2020 [10:45]:
4 ayda banklardan 8 milyard dollar əmanət çıxarılıb
28/05/2020 [10:00]:
Aİ Belarusla viza rejiminin sadələşdirilməsi sazişini təsdiqləyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
Sirli koronavirus insan orqanizmini necə məhv edir...
Bu Gün Beynəlxalq Çay günüdür
Oksford Universiteti koronavirusa qarşı peyvənd sınaqlarının ikinci mərhələsinə başlayıb
Aİ-nin turizm nazirləri videokonfrans keçiriblər
Məhəmməd Əmin Rəsulzadənin 1907-ci ildə çəkilmiş fotosu – Stalinlə dost olduğu, “Hümmət”ə üzv olduğu zamanlar
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə “açıq qapı” günləri təşkil olunacaq
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin