Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib - özəl

24/09/2018 [18:37] - Gündəm (1906)



Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bağlı redaksiyamıza sensasiya doğuracaq məlumatlar daxil olub. Səfirliyin blankı, Azər Xudiyevin imzası olan məktub heyrət doğurmaya bilmir. Belə ki, cənab səfir Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakyana məktub ünvanlayaraq ona olan simpatiyasından, hörməti-izzətindən ağız dolusu bəhs edir. 

Məktubdan oxuyuruq ki, səfir Azər Xudiyevin bu qədər “dil-ağız” etməsinin səbəbi Avakyanla görüşmək istəyidir. Təkcə görüşməkmi? Bir görüş üçün bu qədər dil tökmək nəyə lazım? Hər halda diplomatik yazışma, protokol da bunu tələb etmir. Əlbəttə ki, yox…

Məktubun ortasında Arsen Avakyan Ukraynada yaşayan tanınmış bir azərbaycanlını şikayət edən Azərbaycanın səfiri onun haqqında ölçü götürülməsini xahiş edir. Şikayət etdiyi adamın guya Azərbaycanın Ukraynadakı səfirliyinin vəsiqəsini gəzdirməkdə, həmin vəsiqədən  hansısa yerlərdə (!?) istifadə etməkdə ittiham edən Azər Xudiyev faktiki olaraq bu ölkədə yaşayan soydaşlarımıza qarşı “səlib yürüşü”nə çıxıb.  

Əslində erməni Avakyana şikayət olunan azərbaycanlının diplomat olduğu bildirilir. Əgər həqiqətən də (bu barədə araşdırmamız davam edir) səfirin Avakyana “danosladığı” azərbaycanlı həqiqətən də diplomatdırsa, o halda bu adam səfirliyin adından, vəsiqəsindən niyə istifadə etsin ki? Yaxşı, bu adam haqqında niyə Azərbaycan XİN-ə deyil, erməni nazirə şikayət olunsun. Bu etkidirmi? 

Əslində A.Xudiyevin şikayət etdiyi təkcə sözügedən məktubda qeyd olunan azərbaycanlı deyil. Cənab səfir başqa azərbaycanlılar haqqında da Ukraynanın hüquq-mühafizə orqanlarına şikayət məktubları göndərib.  Bir səfirin işi bundan ibarətdirmi?  Prezident Azər Xudiyevi azərbaycanlılara divan tutmaqçünmü Ukraynaya göndərib? Bu nə rəzalət? Axı nə baş verir? 

Məsələ ondan ibarətdir ki, Azər Xudiyev Ukraynaya təyin olunandan sonra bu ölkədə yaşayan azərbaycanlıların hakimi-mütləqi olmaq istəyir. Hamı ona itaət etməli, dediyi ilə oturub-durmalı, bir sözlə onun və bir-iki iş bilməz əlaltısının sözündən, hökmündən çıxmamalıdırlar. Bu isə mümkün deyil. Əlbəttə, mümkün olmayanda da zərbə sadə, vətənpərvər azərbaycanlılara dəyir. O azərbaycanlılara ki, illərdir Ukraynada yaşayır, Azərbaycan üçün təmənnasız çalışır, dövlətimizi layiqincə təmsil etməyə çalışırlar.  

Mövzunu davam etdirəcəyik. Təsdiq üçün gözlədiyimiz maraqlı video-görüntülər, fotolar, sənədlərdən ibarət faktlar var.

QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
Xəbər lenti
03/12/2020 [11:57]:
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
03/12/2020 [11:47]:
Azərbaycanda qızıl və gümüş bahalaşıb
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin