Qüdrət Həsənquliyev: “Növbədənkənar seçkilərə gedilsə, dəstəkləyəcəyik”

21/09/2018 [16:21] - Siyasət (328)



“Uzun illər ərzində yalnız bir dəfə mərhum prezident Heydər Əliyev Qarabağ məsələsini parlamentin müzakirəsinə çıxarıb. Tək mən yox, millət vəkillərinin çoxu dəfələrlə parlamentdə məsələ qaldırıblar ki, yenidən bu məsələnin parlamentin müzakirəsinə çıxarılmasına çox böyük ehtiyac var”.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirib. Parlamentdə Qarabağ dinləmələrinin keçirilməsini zəruri sayan BAXCP sədri qeyd edib ki, artıq 25-ci ildir atəşkəs elan olunub və sülh danışıqlarının heç bir nəticəsi yoxdur: “Ona görə də xarici işlər naziri parlamentə dəvət olunmalıdır və o, millət vəkilləri qarşısında hesabat verməlidir. Bilirsiniz, parlamentdə belə bir dinləmənin keçirilməsi iqtidarın nüfuzuna xələl gətirmir. Parlamentdə də iqtidar çoxluq təşkil edir. Odur ki, ali nümayəndəli orqan qarşısında hökumətin bir üzvünün hesabat verməsi iqtidara başıaşağılıq gətirmir. Bəzi nazirlər hesab edirlər ki, parlamentə gəlib hökumətin hesabatında iştirak etmək, deputatların suallarına cavab vermək onların nüfuzunu aşağı salır, yaxud aşağılayıcı addımdır. Əksinə, bu, iqtidarın həm xalq arasında nüfuzunu qaldırar, həm də dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna müsbət təsir göstərər. Ona görə də biz parlament dinləmələrini nəhayət ki, komitələrdə, plenar iclasların özündə adiləşdirməliyik”.

Q.Həsənquliyev qeyd edib ki, parlamentin səlahiyyət müddətinin bitməsinə iki il qalır: “Bu müddət ərzində Qarabağ dinləməsini keçirməliyik və parlamentin hazırkı tərkibinin səlahiyyəti başa çatana qədər ən azından Qarabağın azad olunması üçün müəyyən radikal və qəti qərarlar qəbul edib, ciddi addımlar atmalıyıq”.

Q.Həsənquliyev növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi barədə səslənən iddialara da münasibət bildirib: “Bəziləri deyir növbədənkənar parlament seçkiləri payızda ola bilər. Bu gün Azərbaycan parlamentində  6 boş yer var. Bu dəqiqə parlamentdə olması xüsusi əhəmiyyət kəsb edən insanlar varsa, konstitusiyaya uyğun olaraq həmin yerlərə seçkilər keçirib, onları boş qalan dairələr seçmək olar”.

Amma BAXCP sədri bu istiqamətdə addım atılacağı təqdirdə dəstək verəcəyini də vurğulayıb: “Hökumət növbədənkənar parlament seçkilərinə getmək istiqamətində addım atmaq istəsə, biz partiya olaraq buna dəstək verəcəyik”.
5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Şamaxıda tədbir
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan xalqından üzr istəyib
Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir
Azay Quliyev: "QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək
Xəbər lenti
25/06/2019 [16:52]:
5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Şamaxıda tədbir
25/06/2019 [16:41]:
Prezident Ramil Usubovu qəbul edib
25/06/2019 [16:24]:
Robert Köçəryan yenidən həbs olundu
25/06/2019 [15:38]:
İnquşetiyanın rəhbəri istefaya gedir
25/06/2019 [14:23]:
"Qarabağ"ın ikinci oyununun saatı açıqlandı
25/06/2019 [13:07]:
İran Azərbaycanı dollardan imtina etmək üçün dilə tutur
25/06/2019 [11:42]:
Azərbaycan Rusiyanın Avropa Şurasına qayıtmasına səs verəcək?
25/06/2019 [10:26]:
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan xalqından üzr istəyib
24/06/2019 [23:28]:
80 dövlət əmlakı hərraca çıxarılacaq
24/06/2019 [23:26]:
Azercell-dən #Hədiyyə
24/06/2019 [22:49]:
Türkiyədə daha 32 hərbçi saxlanıldı
24/06/2019 [22:01]:
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib
24/06/2019 [21:47]:
II Avropa Oyunları: 4 cüdoçumuz bürünc uğrunda yarışacaq
24/06/2019 [20:26]:
Almaniyada iki qırıcı təyyarə toqquşub
24/06/2019 [19:33]:
Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir
24/06/2019 [18:58]:
Sami Yusuf Bakıya gəlib
24/06/2019 [18:41]:
Azay Quliyev: "QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”
24/06/2019 [18:09]:
İlham Əliyev 6 nəfərə genreal rütbəsi verdi - sərəncam
24/06/2019 [17:03]:
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək
24/06/2019 [16:29]:
BMT ilə əmək nazirliyin birgə layihəsi
24/06/2019 [16:12]:
Polisi güvənc yerinə çevirməliyik… - Daxili İşlər naziri
24/06/2019 [15:21]:
Neft bahalaşır
24/06/2019 [14:17]:
“Ovod” filmindən tanınan aktyor vəfat edib
24/06/2019 [13:18]:
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayıb
24/06/2019 [12:16]:
Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən yeni təyinat
Minimum aylıq əməkhaqqı kəskin artırıldı - yenilənib
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
Pensiyalar da artırılır
Minimum əmək haqqının artımından 950 min insan faydalanacaq - təhlil
Özgür Honça: Növbəti xatirə avronun üzərində Elçibəyin şəkli olacaq
Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər – Deputatdan sensasiyalı açıqlama
General rəisi işdən çıxardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin