İkinci DokuBaku beynəlxalq sənədli film festivalı keçiriləcək

21/09/2018 [12:18] - Mədəniyyət (109)



DokuBaku beynəlxalq sənədli film festivalının ikinci buraxılışı 4-9 oktyabr tarixlərində baş tutacaq.

Festivalın builki əsas proqramında 15 uzunmetrajlı və 15 qısametrajlı filmin nümayişi nəzərdə tutulub.

Bu il uzunmetrajlı filmlərdən bir neçəsi müsabiqəyə göndərilən filmlərin arasından seçilib. Festivalda nümayiş olunacaq filmlər kəsişmələr mövzusu altında birləşir. Kəsişmə nöqtəsi məfhumların bir-biri ilə qarşılaşdığı yerdir. Heç kəs və heç nə onların bir birini anlayıb, qəbul edəcəyinə zəmanət verə bilməsə də, kəsişmə nöqtəsində məfhumlar bir-biri ilə qarşılaşır, varlıqlarından xəbərdar olur. Qarşılaşan məfhumlar çox fərqli ola bilər, ən azından bu qarşılaşma onlara ətrafda baş verənlərə fərqli perspektivlərin pəncərisindən baxmaq şansı qazandırır. Festival təşkilatçıları deyir ki “bu il ortaya qoyduğumuz mövzularla həm fərqli məfhumların kəsişmə nöqtəsini göstərmək, həm də özümüz bir növ kəsişmə nöqtəsi olmaq istəyirik – fərqli fikirlərin səsləndiyi və dinləndiyi yer.”

Festivaldan öncə DokuBaku komandası sentyabrın 22-si, saat 18:30-da, Baku IdeaLab-də Dövlət Film Fondu ilə olan əməkdaşlıq nəticəsində Oqtay Mirqasımovun “Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev” filmini nümayiş etdirəcək. Filmdə bəstəkarın daxili aləmi, onun yaradıcılıq laboratoriyası, özünəməxsus iş üsulu, pedaqoji fəaliyyəti əks olunmuşdur. Film-essedə Qara Qarayevin ən həyəcanlı anları-onun iş zamanı musiqi aləminə uyuduğu vaxtlar "gizli kamera" ilə çəkilmişdir. Nümayiş baş tutacaq. Ənənəyə sadiq qalaraq, nümayişdən sonra rejissor Oqtay Mirqasımovla birgə müzakirə olacaq.

Festivalın əsas proqramı gələn həftə açıqlanacaq. Film nümayişlərindən əlavə professional və həvəskar rejissorlarının inkişafına təkan verilməsi məqsədi ilə festival günlərində ustad dərsləri keçiriləcək. Festival vaxtı baş verəcəklərdən xəbərdar qalmaq üçün https://www.dokubaku.org/ və https://www.facebook.com/dokubaku.idff/ səhifələrini izləyə bilərsiniz.
Sabiq nazir oğlu Londonda daha bir şirkət açıb - sənədlər
Ramil Usubov polis rəisini işdən çıxartdı - sərəncam
"Qarabağ" və "Qəbələ"dən qələbə - Azərbaycan kuboku
Azərbaycanlı investorlar Dağıstana on milyonlala vəsait yatırırlar
Yerevanda Bakıya casusluq edən 20 nəfərə hökm oxunub
Xəbər lenti
17/12/2018 [00:39]:
Sabiq nazir oğlu Londonda daha bir şirkət açıb - sənədlər
17/12/2018 [00:03]:
Ramil Usubov polis rəisini işdən çıxartdı - sərəncam
16/12/2018 [23:14]:
"Qarabağ" və "Qəbələ"dən qələbə - Azərbaycan kuboku
16/12/2018 [22:43]:
İraqın şimalında daha 10 terrorçu məhv edildi
16/12/2018 [21:12]:
Dekabrın ikinci yarısı birincidən soyuq olacaq
16/12/2018 [19:48]:
Azərbaycanlı investorlar Dağıstana on milyonlala vəsait yatırırlar
16/12/2018 [18:07]:
Oqtay Əsədov Gürcüstana səfərə gedib
16/12/2018 [16:53]:
Aİ Türkiyəni Suriyada kürdlərə qarşı hərbi əməliyyat aparmamağa çağırıb
16/12/2018 [15:17]:
Yerevanda Bakıya casusluq edən 20 nəfərə hökm oxunub
16/12/2018 [13:32]:
Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı meqa-şouda iştirak edib
16/12/2018 [11:46]:
Türkiyədə 7 terrorçu məhv edildi
16/12/2018 [09:57]:
“Neftçi” Azərbaycan Kubokunda “Sumqayıt”a uduzub
16/12/2018 [00:38]:
Qarabağda 2 erməni əsgəri ağır yaralandı
15/12/2018 [23:48]:
Ruhani diplomatiyası - Şeyxin Vazgen və Qareginlə danışıqlarının 30 illik tarixi
15/12/2018 [23:26]:
Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir
15/12/2018 [22:32]:
Çindən Azərbaycana karqo ilə mal gətirilməsi qaydaları dəyişib
15/12/2018 [21:39]:
Dekabrın 26-a hava proqnozu
15/12/2018 [20:19]:
“Azərişıq”da yeni təyinat olub
15/12/2018 [18:27]:
Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfərin məhkəməsi başlayır
15/12/2018 [17:07]:
Səbail icra başçısının müavini vəzifəsindən azad edildi
15/12/2018 [15:52]:
Ermənistanda sonuncu rusdilli televiziya proqramı bağlanıb
15/12/2018 [14:21]:
Bakıda bəzi yaşayış evləri vulkanlara yaxınlaşır - xəbərdarlıq
15/12/2018 [12:45]:
Azərbaycan nefti ucuzlaşıb
15/12/2018 [11:17]:
Daha bir deputat sərxoş halda Bakının mərkəzində dava saldı
15/12/2018 [11:14]:
Tbilisidə AXC-nin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ziyafət Əsgərovun işdən çıxan qardaşı: Nifrət olunmalı bir sistemdir...
İlham Əliyev işdən çıxartdı, Novruz Məmmədov vəzifə verdi - yenilənib
İlham Əliyev icra başçısını vəzifəsindən uzaqlaşdırdı - sərəncam
Bakının məşhur bazarı sökülür
Eldar Mahmudovun oğlunun İspaniyada milyonluq mülkləri aşkarlandı - siyahı
İlham Əliyev yeni sərəncam imzaladı
İlhan Əliyev 2 nəfərə general rütbəsi verdi - siyahı-yenilənib
İlham Əliyev 9 sərəncam, 17 fərman imzaladı - yenilənib
Umayra Tağıyeva yeni vəzifəyə təyin olundu
Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb aradan çıxdı - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin