Kəmaləddin Heydərovu sürgün, türmə, yoxsa təqaüdçü həyatı gözləyir? – təhlil

18/09/2018 [11:38] - Gündəm (2223)



Repressiya illərində gecə NKVD polkovnikinin qapısı döyülür. Polkovnik qapını açır və qarşısında əməliyyatçıları görür.  Polkovnik əməliyyatçıların “bizimlə getməlisən” əmrinə dərhal tabe olur və geyinməyə başlayır. Xanımı həyəcandan qışqırmağa başlayanda polkovnik soyuqanlı halda deyir: İndiyə qədər yüzlərlə insanı da bu şəkildə mən evdən aparmışam, onların da xanımları sənin kimi fəryad edirdi, ancaq bu, heç nəyi dəyişmirdi,  çünkü mən öz işimi görürdüm, indi onlar da öz işini görür, sakit ol!

Vaxtilə Namiq Abbasov, Əli İnsanov, Fərhad Əliyev, Eldar Həsənov, Heydər Babayev kimi rəqiblərini zərərsizləşdirməyi bacaran, bəzilərinin türməyə, bəzilərini isə sürgünə (diplomatik fəaliyyətə) göndərilməsinə vasitəçilik edən, əmlaklarına əl qoyan fövqəladə hallar naziri Kəmaləddin Heydərov indi NKVD polkovnikinin durumundadır. Bu dəfə onun qapısını döyürlər. Təbii ki, cənab Heydərov qapısını döyənləri də, onları yollayanları da yaxşı tanıyır və yaxşı bilir ki, istənilən müqavimət daha ağır nəticələrə səbəb ola bilər. Ona görə də yaxın ətrafının fəryadına rəğmən “müqavimət” sözünü lüğətindən çıxarıb.

Yaxın keçmişdə siyasi hakimiyyətin dayaqlarından sayılan K.Heydərov indi yeni siyasi reallıqlarda hakimiyyətə maneə, kobud desək, kötük kimi görünür.  İndi siyasi hakimiyyət ona maneə olan kötüyü kənara tullamağa və yolunu təmizləməyə çalışır. K.Heydərovla bağlı prosesləri diqqətlə izləyən müşahidəçilərdən biri vəziyyəti çox dəqiq ifadə edib: Hər gün ondan nəyisə alırlar...

Ölkədə oliqarxlar dövrü bitir, daha dəqiq desək, oliqarxiya da inhisara alınır. İndi oliqarxiya yalnız bir nəfərin maraqlarına xidmət etməlidir. Eldar Mahmudov,  Ziya Məmmədov, Fazil Məmmədov, Etibar Pirverdiyev kimi oliqarxlar vurulub. Yaxın keçmişin möhtəşəm fiqurları artıq təqaüdçü həyatnı yaşayırlar – kimi Quranı öyrənir, kimi də xatirələrini yazır.  Növbənin cənab Heydərova çatması tam məntiqli və qanunauyğundur. Çünki feodal-oliqarxlar imtiyazlar  tələb edirlər, yeniləşən siyasi rəhbərliyə isə imtiyazlı feodallar yox, tapşırıqları can-başla icra edən menecerlər lazımdır.  O menecerlər ki, özünü hakimiyyətin uğurlaının şəriki saymır və istisnasız olaraq hakimiyyətin mərhəmətinə sığınır.

Dövlət içində dövlət qurmağı bacaran C.Heydərovun himayəsində olan “Gilan-holdinq”in əvvəlki əzəmətindən əsər-əlamət qalmayıb. Holdinqə daxil olan “Gilan-inşaat” şirkətinin inşa etdiyi yaşayış binalarında mənzilləri satmaq hüququna belə qeyri-rəsmi qadağa qoyulub, holdinqin otel biznesi əlindən alınıb. Holdinqə daxil olan 300-ə yaxın şirkətin hər birinə ayrı-ayrılıqda problemlər yaradılır. “K.Heydərovun rayonu” tanınan Qəbələ isə artıq  bu adla tanınmır.

Hazırda K.Heydərovun inzibati gücünün əsasını təşkil edən gömrük xidməti sürətlə onun nəzarətindən çıxarılır. Növbədənkənar prezident seçkisi ərəfəsində Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi gündəmdə olsa da, seçkidən sonra bu mövzu qapadıldı. Müşahidəçilər bu ideyanın arxivə ötürüldüyünü düşünsələr də, hakimiyyət dəhlizlərində məsələnin yenidən müzakirəyə çıxarılması ilə bağlı məlumatlar var. 

Birləşmənin Vergilər Nazirliyinin bazasında baş tutacağı ilə bağlı müzakirlər gedir. Gömrük xidmətinin bir deprtament olaraq Vergilər Nazirliyinə birləşdirilməsi nəzərdən keçirilir. Belə nümunələr artıq var. Nəqliyyat Nazirliyi ləğv edilib, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Nəticədə nəqliyyat sektoru nazirlikdə şöbələr səviyyəsində təmsil olundu (nəqliyyat siyasəti və nəqliyyat sahəsinin tənzimlənməsi şöbələri). İndi eyni aqibət Gömrük Komitəsini gözləyir. 

İdxal monopoliyasının başında duran və son vaxtlara qədər rəqiblərini “gömrük silahı” ilə cəzalandıran Heydərovun tərki-silah edilməsi başlanılıb.  Divin canı şüşədə olduğu kimi Heydərovun da canı idxal monopoliyasında idi.  Məsələn, “Gilan Tekstil Parkı”nın rentabelli işləməsini təmin etmək üçün tekstil məhsullarının ölkəyə idxalı qeyri-rəsmi qadağan edilmişdi.  

Vergi və gömrük xidmətinin birləşməsinin ləngiməsinin əsas səbəbi gömrükdəki Kəmaləddin Heydərov klanının hələ də güclü olması ilə bağlıdır. Gömrük sistemində aparıcı fiqurlar son dövrlərə qədər cənab Heydərova sadiq kadrlar olub. Ancaq Səfər Mehdiyevin Gömrük Komitəsinə sədr təyin olunmasından stiuasiya tam dəyişib və Heydərovun kadrları xidmətdən uzaqlaşdırılır və hətta onlara cinayət işi də açılır.  Məsələn, ötən ay  Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevə qarşı rəsmi ittiham elan olunub. Belə ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi açılıb. Sadiq Abduyev cənab Heydərovun həyat yoldaşının əmisi oğludur.

Başqa bir fakt. Səfər Mehdiyev  cənab Heydərovun komitədəki ən yaxın qohumunu – bacısının həyat yoldaşı Faiq Şahbazovu İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıb. Onun yerinə artıq təyinat da olub. S.Mehdiyev bu vəzifəni özünün tələbə yoldaşı olan Fərhad Babayevə həvalə edib.  Bir sözlə, S.Mehdiyev K.Heydərovun həssas nöqtələrinə zərbələr endirməklə məşğuldur. 

S.Mehdiyevin karyerasının K.Heydərovla bağlı olması sirr deyil. S.Mehdiyev cənab Heydərovun arxalandığı və böyük etimad göstərdiyi Nehrəm qruplaşmasının ən parlaq fiqurlarından biridir. Ancaq bu ilin əvvəlində Heydərovun Mehdiyevi acılaması onların münasibətini sərinləşdirib.  Bu fakt Mehdiyevin Gömrük Komitəsinin sədri postuna yiylənməsini stimullaşdırıb. Heydərovu sevməyən qruplaşma Heydərov klanını dağıtmaq üçün Mehdiyevlə müttəfiqlik münasibəti qurublar. Mehdiyev də gömrükdə Heydərov klanını dağıtmaq öhdəliyi götürüb.  Hazırda Heydərova sadiq kadrların gömrükdən uzaqlaşdırılması prosesi gedir və bu tendensiya yaxın vaxtlarda daha güclənəcək. 

Mehdiyevin Heydərova asi çıxması həm də monolit  Nehrəm qruplaşmasının parçalanması deməkdir. Artıq gömrükdə Nehrəm qruplaşmasının əsas simalarından sayılan Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Növruzov işdən çıxarılıb. Özü də Növruzovun işdən çıxarılması çox təhqiramiz formada həyata keçirilib – gömrük generalına işdən çıxarılacağı ilə bağlı heç bir məlumat verilməyib. Yalnız Kadrlar İdarəsindən ona zəng edilib və işdən azad olunmasını bildiriblər. Halbuki Mehdiyevin karyera yüksəlişində Novruzovun vazkeçilməz xidmətləri olub. 

Beləliklə, K.Heydərov erası başa çatır. Aqibətini proqnozlaşdırmaq çətindir – sürgün  (diplomatik fəaliyyət), türmə, yoxsa dinc təqaüdçü həyatı? Seçim etmək imkanları təkcə Heydərova məxsus deyil. 

Hətta onu narıncı inqilabın lideri kimi təsəvvür edən təbəqə də var. Ancaq vaxtında etiraz etməyi bacarmayanlar inqilab lideri ola bilməzlər.  İndiyə qədər hakimiyyətdən uzaqlaşdırılanlar arasında ən cəsarətlisi Rəsul Quliyev idi ki, o da ABŞ-da yerini möhkəmləndirəndən sonra siyasi hədəfini açıqladı. 
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
Azərbaycan nefti bahalaşdı
Xəbər lenti
21/04/2019 [13:56]:
"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub
21/04/2019 [12:07]:
Trampın reytinqi rekord həddə qədər aşağı düşüb
21/04/2019 [10:14]:
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
21/04/2019 [00:11]:
Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır
20/04/2019 [22:24]:
Naxçıvanda axtarışda olanların hamısı tutulub
20/04/2019 [20:58]:
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
20/04/2019 [19:20]:
Aprelin 21-ə hava proqnozu
20/04/2019 [17:44]:
Türkiyə Ordusu İraqla sərhəddə itki verdi
20/04/2019 [16:23]:
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
20/04/2019 [14:51]:
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
20/04/2019 [13:26]:
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20/04/2019 [11:48]:
Azərbaycan nefti bahalaşdı
20/04/2019 [10:17]:
Artıq hakimiyyətdən doymuşam… – Lukaşenko
19/04/2019 [23:33]:
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19/04/2019 [23:26]:
Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib
19/04/2019 [22:41]:
Ermənistanla sərhəddə Türkiyə vətəndaşı saxlanıldı
19/04/2019 [21:33]:
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
19/04/2019 [20:54]:
Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazırlanır
19/04/2019 [19:13]:
Putin Paşinyanla görüşəcək
19/04/2019 [18:29]:
Aprelin 20-ə hava proqnozu
19/04/2019 [17:47]:
Kolleclərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb
19/04/2019 [17:18]:
Xorvatiyalı nazir Azərbaycana gəlir
19/04/2019 [16:31]:
Ərdoğan seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb
19/04/2019 [15:37]:
Keçmiş nazirə məxsus şirkət borcunu ödəyə bilmir
19/04/2019 [14:34]:
Ermənilər 34 azərbaycanlı uşağı öldürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka həbs cəzası verilib - yenilənib
Nəsiminin yeni əlyazma nüsxələri tapıldı - təfsilat
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən açıqlama
DTX-ya yeni səlahiyyət verildi - fərman
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı - yenilənib
Milli Şuranın mitinqinə razılıq verilməyib
Nazirlər Kabinetində yeni təyinat
Avroliqada yarımfinalçılar müəyyənləşdi
İlham Əliyev 4 sərəncam, 11 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin