Azərbaycanlı alim Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti seçilib

14/09/2018 [21:52] - Mədəniyyət (178)



İsrailin paytaxtı Tel Əviv şəhərində 24-cü Dünya Tibbi Hüquq konqresi keçirilmişdir. Tədbir Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) tərəfindən İsrailin səhiyyə nazirliyi və Tel Əviv Universitetinin dəstəyi ilə “Dan Telaviv” otelində təşkil olunmuşdur. 

Konqresdə məhkəmə təbabəti və tibbi hüququn məhkəmə-tibbi ekspertizası, pasiyent hüquqları və pasiyent təhlükəsizliyi, səhiyyə qanunvericiliyi və tibbi etika, bioetika və insan haqları, ictimai səhiyyə və ekoloji etika, genetika, etika və hüquq, reproduktiv texnologiyaların hüquqi və etik məsələləri, eləcə də digər aktual elmi və praktiki problemləri müzakirə olunmuşdur.

2012-ci ildən etibarən Assosiasiyanın İdarə Heyətinin üzvü və vitse-prezidenti olan Azərbaycanlı alim, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri, tibb elmləri doktoru, hüquqşünas Vüqar Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin 4 üzvündən biri seçilmişdir.

Təşkilatın prezidenti, prof. Tomas Noquçi həmyerlimizi, həmçinin, Assosiasiyanın Təhsil komitəsinin rəhbəri təyin etmişdir. Həmin komitə Böyük Britaniya, Kanada, Belçika, Peru, Avstraliya, Nigeriya, İsrail və Rusiyadan olan alimlərin iştirakı ilə dünyanın bir çox ölkələrində tibbi hüquq və bioetika sahəsində təhsil proqramlarının inikişafına, həkim və tibb işçilərinin hüquqi və etik hazırlığının yüksəlməsinə aid layihələr həyata keçirir. 2019-cu ildən prof. V.Məmmədov Haaqada BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində DTHA-nı və ölkəmizi təmsil etməyə səs toplamışdır. Əlamətdar faktdır ki, konqresdə Azərbaycan həm alimlərimizlə, həm də Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə yüksək səviyyədə təmsil olunmuşdur.

Xatırladaq ki, DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılmışdır. BMT-nin YUNESKO, Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Beynəlxalq Cinayət Məhkəməsi (İCC) və bir çox milli peşəkar assosiasiyalarla əməkdaşlıq edir. Təşkilatın qərargahı ABŞ-nın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.

23-cü Dünya Tibbi Hüquq Konqresi ötən il Paşa Travel və Türk Hava Yolları şirkətlərinin dəstəyi ilə Bakıda, JW Marriott Absheron otelində keçirilmişdir.

Bakı konqresində Təşkilatın Baş Assambleyasının qərarı ilə tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva “WAML 50th GOLDEN ANNIVERSARY AWARD” mükafatı ilə təltif olunmuş, konqresin açılış mərasimində DTHA-nın Fəxri Diplomu təqdim edilmişdir. YUNESKO və İSESKOnun səfiri xanım Mehriban Əliyeva postsovet məkanda evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil, və elm sahəsində rəhbərlik etdiyi layihələri, eləcə də sulh, tolerantliq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlər arası multikultural dialoqun təmin edilib təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

25-сi Dünya Tibbi Hüquq Konqresi 2019-cu ilin 06-08 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcəkdir.
Azərbaycan nefti ucuzlaşıb
İlham Əliyev Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
Daha 300 məcburi köçkün ailəsinə ev verildi
Rusiyanın "Gazprom" şirkəti Azərbaycanda nümayəndəlik açdı
İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı
Xəbər lenti
24/01/2019 [12:03]:
Azərbaycan nefti ucuzlaşıb
24/01/2019 [11:50]:
İlham Əliyev Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
24/01/2019 [10:46]:
Daha 300 məcburi köçkün ailəsinə ev verildi
24/01/2019 [09:15]:
Rusiyanın "Gazprom" şirkəti Azərbaycanda nümayəndəlik açdı
24/01/2019 [01:10]:
İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı
24/01/2019 [00:08]:
Venesuela müxalifətinin lideri prezident vəzifələrini ələ keçirdi
23/01/2019 [23:09]:
MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
23/01/2019 [21:37]:
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23/01/2019 [20:06]:
AzTV-də kadr islahatına və audit yoxlamalara başlanılıb
23/01/2019 [18:29]:
İran Almaniyanı təxribatlara uymamağa çağırdı
23/01/2019 [17:03]:
Avropa ordusunu qurmaq üçün ilk addım atıldı
23/01/2019 [15:34]:
Klublarımızın qış transferləri
23/01/2019 [14:16]:
Gürcüstanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
23/01/2019 [12:47]:
Bakıda qanunsuz parklanmaya nəzarət üçün 98 kamera quraşdırılıb
23/01/2019 [11:04]:
“Qaçqınkom”un bir neçə müəssisəsi ləğv edildi
23/01/2019 [09:37]:
Qulamhüseyn Əlibəyli Mehman Hüseynovun cinayət işinə xitam verilməsindən danışdı
22/01/2019 [23:48]:
İlham Əliyev və Nikol Paşinyan Qarabağı müzakirə etdilər - yenilənib
22/01/2019 [22:11]:
Bu il Azercell daha 25 tələbəni sevindirdi
22/01/2019 [21:16]:
Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır
22/01/2019 [19:51]:
Axtarışda olan 15 nəfər saxlanıldı
22/01/2019 [18:19]:
Belarus boru kəmərləri ilə neft nəqli tariflərini artırıb
22/01/2019 [16:48]:
Azərbaycan əhalisinin sayı açıqlanıb
22/01/2019 [15:23]:
Kollegiya 3 vəkilin fəaliyyətini dayandırdı
22/01/2019 [13:59]:
Afaq Məsudun kitabı Misirdə nəşr olunub
22/01/2019 [12:13]:
Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
Deputat: Azərbaycanda elə proseslər baş verər ki, tüklərimiz biz-biz olar...
Müxalifətin mitinqi başa çatıb - yenilənib
Zamirə Hacıyevaya iki order təqdim edildi
Ramil Usubov polis rəisinin yerini dəyişdi
Vergilər Nazirliyində ixtisarlar olacaq - fərman
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin