Azərbaycan və NATO arasında əlaqələrin perspektivləri müzakirə olunub

13/09/2018 [22:18] - Gündəm (227)



Xarici işlər naziri Elmar Məmmədyarov NATO Parlament Assambleyasının sədri Paolo Allini qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və NATO arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın NATO ilə etibarlı və davamlı tərəfdaşlıq əlaqələrinə malik olduğunu bildirərək ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan təkcə NATO ilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi və investisiya sahələrində əlaqələr həyata keçirir.

Nazir həmsöhbətə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı transregional nəqliyyat və enerji layihələri haqqında məlumat verərək TAP layihəsinin Avropanın enerji təhlükəsizliyinə perspektiv töhfəsini qeyd edib.

NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirən NATO Parlament Assambleyasının sədri Paolo Alli uğurlu əməkdaşlığa, xüsusilə Azərbaycanın Əfqanıstanda keçirilən əməliyyat çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyə verdiyi ardıcıl töhfəsinə görə təşəkkürünü ifadə edib.

Görüş əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. E.Məmmədyarov bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır. O, NATO-nun son Brüssel zirvə toplantısının yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ifadə edilən dəstəyin və münaqişənin bu prinsiplər əsasında həllinə çağıran mövqeyinin təqdir edildiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
İyulun 21-ə hava proqnozu
Media ilə iş bacarıqları- Orta məktəblər bu məsələdə nəyi necə etməlidirlər?- 2-ci yazı
İnzibati-İqtisad Məhkəmələri ləğv edilib, yeni məhkəmələr yaradılıb - siyahı
Azərbaycan voleybolçuları Rusiyaya uduzub
Xəbər lenti
21/07/2019 [22:48]:
“Qəbələ” və “Neftçi”nin III təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub
21/07/2019 [21:09]:
İyulun 22-ə hava proqnozu
21/07/2019 [19:37]:
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib
21/07/2019 [17:59]:
Erməni əsgərin postda meyiti tapılıb
21/07/2019 [16:18]:
Azad Rəhimov: Bakıdakı Avropa festivalına gələnlər xərclərini özləri ödəyirlər
21/07/2019 [14:43]:
Britaniya İrana qarşı sanksiyalar hazırlayır
21/07/2019 [13:36]:
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatıb
21/07/2019 [11:47]:
İstanbulda əməliyyat: 217 nəfər saxlanıldı
21/07/2019 [10:21]:
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
20/07/2019 [23:24]:
İyulun 21-ə hava proqnozu
20/07/2019 [23:15]:
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb
20/07/2019 [23:13]:
Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!
20/07/2019 [22:37]:
ADA Universitetinə qəbul qaydaları dəyişdi
20/07/2019 [20:58]:
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
20/07/2019 [19:53]:
Media ilə iş bacarıqları- Orta məktəblər bu məsələdə nəyi necə etməlidirlər?- 2-ci yazı
20/07/2019 [19:26]:
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub
20/07/2019 [19:13]:
Universiada qaliblərini mükafatlandırıldı
20/07/2019 [18:16]:
İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20/07/2019 [17:54]:
Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat başa çatıb
20/07/2019 [16:12]:
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər
20/07/2019 [14:47]:
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
20/07/2019 [13:28]:
Azərbaycanda qızıl bahalaşıb
20/07/2019 [11:49]:
Elmar Məmmədyarov Çinin Azərbaycandakı yeni səfirini qəbul edib
20/07/2019 [10:33]:
“Qəbələ”nin Avropa Liqasındakı rəqibi müəyyənləşdi
19/07/2019 [23:40]:
Ali Məhkəmənin cinayət kollegiyası hərbi işlərə də baxacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
İmişlidə məktəb daxmada yerləşir - fotolar
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
İnvestisiya yönümlü büdcədən sosial yönümlü büdcəyə keçid - təhlil
"Keşikçi dağ"-da Azərbaycanın sərhəd naryadına qarşı insident törədilib - yenilənib
Saakaşvili Azərbaycan və gürcü xalqlarına müraciət etdi
Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır - təhlil
Vətəndaş mədəniyyətinin təbliği - layihə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin