“Keçi”nin motalından çoxlu bakteriya çıxdı - Agentlik istehsalı dayandırmağı tələb etdi

13/09/2018 [17:37] - İqtisadiyyat (1009)



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkənin tanınmış pendir istehsalçısı olan “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsullarında bakterioloji çirklənmə aşkarlayıb. Agentlikdən virtualaz.org-a verilən məlumata görə, çirklənmə faktı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında yoxlanarkən ortaya çıxıb.

Agentlikdən bildirilir ki, “BMS Aqro” MMC-yə “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib.

Paytaxtın demək olar ki, bütün marketlərində satışı həyata keçirilən “Ketchi” məhsulları əhali tərəfindən geniş istifadə olunur. Sağlamlıq üçün təhlükəli bakteriyalar firmanın məhsullarına necə yol tapıb? Bunu araşdırma aparmaq üçün “BMS Aqro" MMC-nin təsisçisi Mülhazil Balakişiyevlə əlaqə saxladıq. Şirkət rəhbəri virtualaz.org-a ona məxsus fermadan nümunələr götürüldüyünü təsdiqləsə də, bakterial çirklənmənin  Agentliyin  əməkdaşları tərəfindən nümunələr götürülən zaman “sanitar normaların pozulması” səbəbindən yarana biləcəyi versiyasını irəli sürüb. Yəni onun cavabından belə çıxır ki, yeni fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyinin işçiləri özləri qida təhlükəsizliyi normalarını pozub?

Balakişiyev bu sualla bağlı deyib ki, nümunəni Agentliyin işçiləri yox, onun fermasının işçisi götürüb verib. 

“Bizim fermada bir həftə əvvəl Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət 10 nəfərlik komissiyanın iştirakı ilə yoxlama aparılıb. Mən hesab edirəm ki, nümunə götürülən zaman sanitar-gigiyenik normalar pozulub və o səbəbdən məhsulda bakteriya aşkarlanıb. Nümunəni götürən bizim fermanın işçisi olub. Onun əlində əlcək olmayıb, nümunəni götürəzdən əvvəl əllərini yuyub-yumaması bəlli deyil. Ola bilər ki, nümunə götürülən qab natəmiz olsun”-Balakişiyev belə deyib.

Bundan əlavə, şirkət sahibi qeyd edib ki, ona laborotoriyanın nəticələri ilə bağlı rəsmi məlumat verilməyib və rəsmi şəkildə xəbərdarlıq olunmaylıb: “Mənə ancaq zəng ediblər, heç bir rəsmi məlumat və ya xəbərdarlıq edilməyib. Bu cür təqdim olunmada tələskənliyə yol verilib. Şirkətin məsul şəxsi mənəm və mənim də haqqım var. Mənə deyilməli idi və mən komissiya təşkil edərdim, lazım olsa, məhsulları yoxlamaq üçün beynəlxalq laborotoriyalara göndərərdim”.

M. Balakişiyev həmçninin bildirib ki, pendiri motalda məhz uzun müddət və təhlükəsiz qalması üçün tuturlar. Ən dözümlü bakteriyalar da  duzda 40-42 gün qalandan sonra məhv olur. Firmada istehsal olunan pendirlər isə 20 gün duzda saxlanır və yetişdikdən sonra motala yığıb 90 gün də orada saxlanır. Ona görə də, həmin məhsullarda mikrob olma ehtimalı yoxdur.  

“Ketchi” firması Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı kredit güzəştli kredit hesabına Ağcabədi rayonunun Ağabəyli kəndində 2014-cü ildə tikilib. Həmin vaxt ölkəyə Fransa və Hollandiyadan 1330 baş “Saanen” və “Alpin” cinsli südlük keçi gətirilib. Hazırda fermada heyvanların syı 10.000 başdır. Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram, südünün yağlılığı 4-4,5 faiz və südvermə dövrü 300-320 gün olan bu keçilərin hər birindən gündəlik 3-5 litr süd verir.

Bu həmin Balakişiyevdir ki, bir müddət əvvəl dələduzluqda ittiham edilmişdi və barəsində cinayət işi qaldırılmışdı. Belə ki, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək, 2015-ci il tarixində Ağcabədi rayon sakini Mülhazil Balakişiyevin ondan 500 min ABŞ dolları aldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Balakişiyev indi bu hadisə haqda danışmaq istəmir...
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
Bakıda qadın itkin düşüb
Xəbər lenti
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
22/01/2021 [16:19]:
Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq
22/01/2021 [15:50]:
Latviyanın yüz illik yubileyi, beynəlxalq səviyyədə tanınır
22/01/2021 [15:28]:
“Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” sərgisinin açılışı olub
22/01/2021 [14:56]:
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb
22/01/2021 [14:33]:
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
22/01/2021 [13:24]:
Cins mal-qara və cücə idxalı 2023-cü ilədək gömrük rüsumundan azad edilib
22/01/2021 [13:06]:
Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapılıb
22/01/2021 [12:17]:
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
22/01/2021 [11:28]:
Türkiyədə İŞİD-in edam dəstəsinin üzvləri saxlanılıb
22/01/2021 [10:34]:
SMS-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
22/01/2021 [09:09]:
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
22/01/2021 [00:46]:
Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər
21/01/2021 [23:24]:
Bakıda qadın itkin düşüb
21/01/2021 [23:16]:
Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək
21/01/2021 [22:28]:
Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Bakıda qadın itkin düşüb
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
Yanvarın 21-ə hava proqnozu
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İran XİN başçısı Azərbaycana səfər edəcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin