İlham Əliyev xalq artisti ilə bağlı sərəncam verdi

13/09/2018 [17:12] - Siyasət (323)



Prezident İlham Əliyev Arif Məlikovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov “Şöhrət” ordeni ilə təltif edilsin.

Azərbaycan Prezidenti Arif Məlikovu həm də təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli Arif müəllim! Sizi – Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Sizin geniş diapazonlu rəngarəng yaradıcılığınız müasir musiqi mədəniyyətimizin parlaq hadisələrindəndir. Qara Qarayev məktəbinin layiqli davamçısı kimi xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyiniz çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətləriniz vardır. Özünəməxsus əlvan musiqi çalarları, dərin koloriti və yüksək bədiiliyi ilə seçilən əsərləriniz professionallığın zirvələri olub, musiqisevərlərin daim rəğbətini qazanmışdır. Fəlsəfi düşüncələr və bəşəri duyğularla aşılanmış ecazkar musiqiniz mənəvi kamilliyə can atmaqda insanlara yaxından kömək edir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən qiymətli əsərləriniz ölkəmizin hüdudlarından kənarda, dünyanın ən məşhur teatrlarında uğurlu səhnə təcəssümünü tapmışdır.

Biz, eyni zamanda, gənclərin hamisi və mahir pedaqoq olaraq Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının müdiri kimi zəngin təcrübənizdən bəhrələnən istedadlı musiqiçilər nəslinin yetişdirilməsində uzun illərdən bəri böyük xidmətlər göstərirsiniz. İctimai-siyasi həyatımızda cərəyan edən mühüm hadisələrə və taleyüklü məsələlərə münasibətdə Siz həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, vətənpərvər və aydın düşüncəli ziyalı kimi də xalqımızın hörmətini qazanmısınız.

Səmərəli, məhsuldar və mənalı həyat yolunuz sənətə sonsuz bağlılığın və xalqa xidmətin bariz nümunəsidir. Yaradıcılığınız dövlət tərəfindən daim lazımınca qiymətləndirilmişdir. Siz müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – Heydər Əliyev mükafatına, “Heydər Əliyev” və “İstiqlal” ordenlərinə layiq görülmüsünüz.

Əminəm ki, Siz bundan sonra da bütün qüvvə və bacarığınızı Azərbaycan mədəniyyətinin inkişafı naminə sərf edəcəksiniz".
Azərbaycan nefti ucuzlaşıb
İlham Əliyev Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
Daha 300 məcburi köçkün ailəsinə ev verildi
Rusiyanın "Gazprom" şirkəti Azərbaycanda nümayəndəlik açdı
İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı
Xəbər lenti
24/01/2019 [12:03]:
Azərbaycan nefti ucuzlaşıb
24/01/2019 [11:50]:
İlham Əliyev Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
24/01/2019 [10:46]:
Daha 300 məcburi köçkün ailəsinə ev verildi
24/01/2019 [09:15]:
Rusiyanın "Gazprom" şirkəti Azərbaycanda nümayəndəlik açdı
24/01/2019 [01:10]:
İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı
24/01/2019 [00:08]:
Venesuela müxalifətinin lideri prezident vəzifələrini ələ keçirdi
23/01/2019 [23:09]:
MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
23/01/2019 [21:37]:
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23/01/2019 [20:06]:
AzTV-də kadr islahatına və audit yoxlamalara başlanılıb
23/01/2019 [18:29]:
İran Almaniyanı təxribatlara uymamağa çağırdı
23/01/2019 [17:03]:
Avropa ordusunu qurmaq üçün ilk addım atıldı
23/01/2019 [15:34]:
Klublarımızın qış transferləri
23/01/2019 [14:16]:
Gürcüstanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
23/01/2019 [12:47]:
Bakıda qanunsuz parklanmaya nəzarət üçün 98 kamera quraşdırılıb
23/01/2019 [11:04]:
“Qaçqınkom”un bir neçə müəssisəsi ləğv edildi
23/01/2019 [09:37]:
Qulamhüseyn Əlibəyli Mehman Hüseynovun cinayət işinə xitam verilməsindən danışdı
22/01/2019 [23:48]:
İlham Əliyev və Nikol Paşinyan Qarabağı müzakirə etdilər - yenilənib
22/01/2019 [22:11]:
Bu il Azercell daha 25 tələbəni sevindirdi
22/01/2019 [21:16]:
Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır
22/01/2019 [19:51]:
Axtarışda olan 15 nəfər saxlanıldı
22/01/2019 [18:19]:
Belarus boru kəmərləri ilə neft nəqli tariflərini artırıb
22/01/2019 [16:48]:
Azərbaycan əhalisinin sayı açıqlanıb
22/01/2019 [15:23]:
Kollegiya 3 vəkilin fəaliyyətini dayandırdı
22/01/2019 [13:59]:
Afaq Məsudun kitabı Misirdə nəşr olunub
22/01/2019 [12:13]:
Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
Deputat: Azərbaycanda elə proseslər baş verər ki, tüklərimiz biz-biz olar...
Müxalifətin mitinqi başa çatıb - yenilənib
Zamirə Hacıyevaya iki order təqdim edildi
Ramil Usubov polis rəisinin yerini dəyişdi
Vergilər Nazirliyində ixtisarlar olacaq - fərman
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin