Ərdoğan Bakıya gəlir – Türkiyə səfiri vaxtı açıqladı

13/09/2018 [16:28] - Siyasət (236)



İki gün sonra – Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü günündə Bakıda Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə, dövlət başçılarının qatılacağı çox böyük tədbirlər olacaq. Bununla da bu ildönümünü birlikdə qeyd etmiş olacağıq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi” mövzusunda keçirilən simpoziumda bildirib.

Onun sözlərinə görə, həm Türkiyə, həm də Azərbaycan üçün 100-cü ildönümün təntənəli şəkildə keçirilməsinin əsas məqsədi baş verənləri xalqa anlatmaq, xüsusilə də gələcək nəsillərə hansı səbəbdən bir yerdə, qardaş olduğumuzu, tariximizdə nələrin baş verdiyini çatdırmaqdır: “Biz bütün həqiqətləri xalqa çatdırmalıyıq. Onlar türkün tarixində utanılacaq heç bir şeyin olmadığını öyrənməlidirlər”.

E.Özoral 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan olunmasının 100-cü ildönümünün olduğunu da xatırladıb: “Təbii ki, bunda Türkiyənin də payı var. Bu da 1918-ci il 15 sentyabr tarixində Qafqaz Islam Ordusunun Azərbaycan torpaqlarında həyata keçirdiyi əməliyyatların nəticəsində Bakını işğaldan azad etməsidir. Bu, bizim qardaşlıq münasibətlər baxımından çox önəmli bir yer tutur. Bu hadisənin 100 illik bir tarixi olsa da, o, hazırkı müstəqil Azərbaycanın yolunu açan çox önəmli bir hadisə olub. Bizim verdiyimiz bu dəstək Türkiyə üçün də qürur qaynağıdır. Hər birimizə qürur verən bu günün qeyd olunması üçün uzun müddətdir ki, hazırlıqlar aparırıq. Bu ilin əvvəlindən səfirlik tərəfindən Qafqaz İslam Ordusunun 100-cü ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib”.
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
Azərbaycan nefti bahalaşdı
Xəbər lenti
21/04/2019 [13:56]:
"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub
21/04/2019 [12:07]:
Trampın reytinqi rekord həddə qədər aşağı düşüb
21/04/2019 [10:14]:
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
21/04/2019 [00:11]:
Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır
20/04/2019 [22:24]:
Naxçıvanda axtarışda olanların hamısı tutulub
20/04/2019 [20:58]:
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
20/04/2019 [19:20]:
Aprelin 21-ə hava proqnozu
20/04/2019 [17:44]:
Türkiyə Ordusu İraqla sərhəddə itki verdi
20/04/2019 [16:23]:
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
20/04/2019 [14:51]:
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
20/04/2019 [13:26]:
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20/04/2019 [11:48]:
Azərbaycan nefti bahalaşdı
20/04/2019 [10:17]:
Artıq hakimiyyətdən doymuşam… – Lukaşenko
19/04/2019 [23:33]:
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19/04/2019 [23:26]:
Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib
19/04/2019 [22:41]:
Ermənistanla sərhəddə Türkiyə vətəndaşı saxlanıldı
19/04/2019 [21:33]:
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
19/04/2019 [20:54]:
Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazırlanır
19/04/2019 [19:13]:
Putin Paşinyanla görüşəcək
19/04/2019 [18:29]:
Aprelin 20-ə hava proqnozu
19/04/2019 [17:47]:
Kolleclərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb
19/04/2019 [17:18]:
Xorvatiyalı nazir Azərbaycana gəlir
19/04/2019 [16:31]:
Ərdoğan seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb
19/04/2019 [15:37]:
Keçmiş nazirə məxsus şirkət borcunu ödəyə bilmir
19/04/2019 [14:34]:
Ermənilər 34 azərbaycanlı uşağı öldürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka həbs cəzası verilib - yenilənib
Nəsiminin yeni əlyazma nüsxələri tapıldı - təfsilat
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən açıqlama
DTX-ya yeni səlahiyyət verildi - fərman
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı - yenilənib
Milli Şuranın mitinqinə razılıq verilməyib
Nazirlər Kabinetində yeni təyinat
Avroliqada yarımfinalçılar müəyyənləşdi
İlham Əliyev 4 sərəncam, 11 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin