Azərbaycanlı alimlər: Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşür

13/09/2018 [12:33] - Cəmiyyət (113)



Son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb. Bu barədə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, qeyd olunan müddətdə Salyan düzünün dəniz sahili ərazilərində relyef xüsusiyyətlərindən asılı olaraq, dəniz Züd-Ost Kultuk körfəzi sahillərində 1200-1500, bəzi sahillərdə isə 200-300 m-ə qədər geri çəkilmiş və nəticədə, geniş ərazi kontinental rejimə keçib.

Dənizin geri çəkilməsi ilə yeni yaranan landşaftların evolyusiyası, struktur-dinamiki xüsusiyyətləri öyrənilmiş və 1:25000 miqyaslı xəritə tərtib edilib. Məlum olub ki, dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib. Məlumata görə, dənizin geri çəkilməsi ilə qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsiri zəifləyib. Xəzər dənizinin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək və sosial-iqtisadi sahələrdə ciddi fəsadlara səbəb olacaq.

Coğrafiya İnstitutundan bildirilib ki, Kür-Araz ovalığında landşaftların struktur-ərazi dinamikasında suvarma sistemlərinin və su anbarlarının rolu böyükdür. Son zamanlar iqlimdə baş verən dəyişmələrə ən tez reaksiya verən kiçik çayların quruması hövzə landşaftlarında səhralaşma meylini gücləndirib: "Məsələn, Bolqarcay üzərində yaradılmış su anbarında son 6-7 il ərzində su yığmaq mümkün olmamış və hazırda su anbarı öz funksiyasını itirib".

Qeyd olunub ki, Kür dağarası çökəkliyində bəzi qurumuş göl və bataqlıq sahələrinin su rejimi kollektorlar hesabına bərpa edilir. Bu isə yolverilməzdir. Çünki kollektorların suyu kimyəvi cəhətdən təsərrüfat üçün yararsızdır. Quraqlığa qarşı bu cür mübarizə gələcəkdə Kür-Araz ovalığında şoranlıqların və bataqlaşma sahələrinin artmasına və son nəticədə, səhralaşmış yararsız torpaqların genişlənməsinə səbəb olacaq.

Son zamanlar Kür çökəkliyində pambıqçılığın sürətlə inkişafı kimyəvi dərmanlardan istifadəni intensivləşdirib. Nəticədə ərazidəki qrunt sularında və onlarla qidalanan kollektorlarda zəhərli kimyəvi elementlərin miqdarı artıb. Bu da kollektorların suyundan hər hansı bir məqsədlə istifadəni təhlükəli həddə çatdırır.

Qarabağ düzünün unikal landşaftlarından olan Sultanbud saqqız ağacı meşələri acınacaqlı vəziyyətə düşüb. (Report)
İlham Əliyevin işdən çıxartdığı nazir müavini kimdir? - bioqrafiya
“Brent” neftinin qiyməti 66 dollardan aşağı düşüb
Azərbaycanda Slovakiyanın səfirliyi açılacaq
BEA 2025-ci ilə qədər neftin qiymətinin artacağını proqnozlaşdırır
Azərbaycanın axtarışa verdiyi biznesmen Ukraynada saxlanıldı
Xəbər lenti
14/11/2018 [00:03]:
İlham Əliyevin işdən çıxartdığı nazir müavini kimdir? - bioqrafiya
13/11/2018 [23:23]:
“Brent” neftinin qiyməti 66 dollardan aşağı düşüb
13/11/2018 [22:39]:
Bakıda keçmiş icra məmuru həbs edilib
13/11/2018 [21:26]:
Azərbaycanda Slovakiyanın səfirliyi açılacaq
13/11/2018 [20:21]:
İran Mərkəzi Bankı SWIFT sistemindən kənarlaşdırıldı
13/11/2018 [19:19]:
BEA 2025-ci ilə qədər neftin qiymətinin artacağını proqnozlaşdırır
13/11/2018 [18:23]:
Azərbaycanın axtarışa verdiyi biznesmen Ukraynada saxlanıldı
13/11/2018 [17:59]:
Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində - yenilənib
13/11/2018 [17:27]:
“Bakıda sürücü və avtobus çatışmazlığı var” – Vüsal Kərimli
13/11/2018 [17:02]:
“Bakcell”in dəstəyilə M.A.P. Beynəlxalq Teatr Festivalı keçirilib
13/11/2018 [16:31]:
Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” keçid məntəqəsi bağlanır
13/11/2018 [15:19]:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
13/11/2018 [14:41]:
“Nəsimi bazarı” sökülür - Yerində binalar tikiləcək
13/11/2018 [13:27]:
Tacikistanda İŞİD-in Rusiyada terror planlaşdıran üzvləri saxlanılıb
13/11/2018 [12:31]:
Lionel Messi mövsümün ən yaxşı oyunçusu mükafatını alıb
13/11/2018 [11:38]:
Nazirlər Kabineti toyuq əti ilə bağlı qərar verdi
13/11/2018 [10:58]:
Azərbaycanda mikroavtobus qəzaya düşüb – 10-a yaxın yaralı var
13/11/2018 [10:46]:
Azərbaycanda 267 nəfər saxlanıldı
13/11/2018 [09:59]:
Azərbaycan nefti ucuzlaşdı
13/11/2018 [00:13]:
İcra başçısının fotoları məktəbli kitabçalarında - fotolar
13/11/2018 [00:03]:
İlham Əliyev səfiri geri çağırdı: 5 sərəncam, 3 fərman
12/11/2018 [23:37]:
Azərbaycan Kubokunun püşkü atılacaq
12/11/2018 [22:46]:
Yol polisi yük maşınlarının sürücülərinə müraciət etdi
12/11/2018 [21:57]:
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
12/11/2018 [21:06]:
Putin Türkiyəyə gedir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Daha bir nazir oğlunun Londonda mülkləri aşkarlandı - sənədlər
İlham Əliyevdən yeni təyinatlar - siyahı
Azərbaycanın sabiq naziri Türkiyəyə buraxılmadı
Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində - yenilənib
İlham Əliyev 4 sərəncam, 5 fərman imzaladı - yenilənib
Həbs edilən İlkin Məmmədli kimdir? - gizli detallar
İlham Əliyev sərəncam imzaladı
İcra başçısının fotoları məktəbli kitabçalarında - fotolar
Yaşar İsakova DTX-də vəzifə verildi
İlham Əliyev yeni sərəncam verdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin