İlham Əliyev yeni Fərman imzalayıb

13/09/2018 [01:02] - Siyasət (458)



Prezident İlham Əliyev “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” təsdiq edilib. Dövlət informasiya ehtiyatları və sistemlərində müvafiq sahə üzrə toplanan məlumatların sistemliyini təmin etmək, dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə Elektron Hökumət İnformasiya Sisteminin ilkin olaraq aşağıdakı altsistemləri yaradılıb:

Kommunal sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi;

Sosial xidmətlər sahəsində idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Sosial Xidmətlər Vahid İnformasiya Sistemi;

Kənd təsərrüfatı sahəsində idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Aqrar Xidmətlər Vahid İnformasiya Sistemi.

Bu Fərmana əsasən yaradılan Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Energetika Nazirliyi, Sosial Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Aqrar Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.

Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələbləri iki ay müddətində təsdiq etməli, dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestri – “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”ni təşkil və aparılmasını təmin etməli, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi üzrə tələbləri və belə elektron xidmətlərin qeydiyyatı qaydalarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməli, dövlət informasiya ehtiyatları və sistemlərinin rəsmi statistik məlumatlarla təmin olunması məqsədilə Dövlət Statistika Komitəsinin müvafiq informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya edilməsini həmin Komitə ilə birlikdə təşkil etməlidir.

Fərmanda Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə də bir sıra tapşırıqlar verilib.
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
Azərbaycan nefti bahalaşdı
Xəbər lenti
21/04/2019 [13:56]:
"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub
21/04/2019 [12:07]:
Trampın reytinqi rekord həddə qədər aşağı düşüb
21/04/2019 [10:14]:
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
21/04/2019 [00:11]:
Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır
20/04/2019 [22:24]:
Naxçıvanda axtarışda olanların hamısı tutulub
20/04/2019 [20:58]:
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
20/04/2019 [19:20]:
Aprelin 21-ə hava proqnozu
20/04/2019 [17:44]:
Türkiyə Ordusu İraqla sərhəddə itki verdi
20/04/2019 [16:23]:
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
20/04/2019 [14:51]:
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
20/04/2019 [13:26]:
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20/04/2019 [11:48]:
Azərbaycan nefti bahalaşdı
20/04/2019 [10:17]:
Artıq hakimiyyətdən doymuşam… – Lukaşenko
19/04/2019 [23:33]:
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19/04/2019 [23:26]:
Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib
19/04/2019 [22:41]:
Ermənistanla sərhəddə Türkiyə vətəndaşı saxlanıldı
19/04/2019 [21:33]:
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
19/04/2019 [20:54]:
Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazırlanır
19/04/2019 [19:13]:
Putin Paşinyanla görüşəcək
19/04/2019 [18:29]:
Aprelin 20-ə hava proqnozu
19/04/2019 [17:47]:
Kolleclərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb
19/04/2019 [17:18]:
Xorvatiyalı nazir Azərbaycana gəlir
19/04/2019 [16:31]:
Ərdoğan seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb
19/04/2019 [15:37]:
Keçmiş nazirə məxsus şirkət borcunu ödəyə bilmir
19/04/2019 [14:34]:
Ermənilər 34 azərbaycanlı uşağı öldürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka həbs cəzası verilib - yenilənib
Nəsiminin yeni əlyazma nüsxələri tapıldı - təfsilat
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən açıqlama
DTX-ya yeni səlahiyyət verildi - fərman
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı - yenilənib
Milli Şuranın mitinqinə razılıq verilməyib
Nazirlər Kabinetində yeni təyinat
Avroliqada yarımfinalçılar müəyyənləşdi
İlham Əliyev 4 sərəncam, 11 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin