YAP-ın Gədəbəy təşkilatının sədri həbs oluna bilər - prezidentə sensasion müraciət

13/09/2018 [00:30] - Cəmiyyət (694)



YAP-ın Gədəbəy təşkilatını yaradanlardan olan, uzun müddət təşkilatın sədri olmuş Ramazan Muradov ölkə prezidenti və  YAP sədri İlham Əliyevə müraciət ünvanlayıb.    
 
Müraciətdə deyilir: 

“YAP Gədəbəy rayon təşkilatı ölkədə  yaranmış ilk rayon təşkilatlarından biridir. YAP-ın Gədəbəy rayon təşkilatının yaradıcılarından biri olmuşam. 12 il təşkilat sədrinin müavini, 8 il təşkilatın sədri olmuşam. Lakin 2013-cü ildə mən təşkilatın rəhbərliyindən və təşkilatdakı fəaliyyətimdən o zaman yeni təyin edilmiş icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun qurduğu məkrli oyunlar nəticəsində kənarlaşdırıldım. Məndən sonra rayon təşkilatına əvvəllər Müsavat partiyasının üzvü olmuş, saxta ali təhsil diplomlu  Rüstəm Nağıyev sədr seçildi. Daha doğrusu Ramiz  Yediyarovun istəyi ilə təyin edildi. Bu təyinat o zaman mənim və təşkilatın qurulmasında əməyi olan bütün YAP üzvülərinin kəskin narazılığına səbəb oldu. Yeni Azərbaycan Partiyasının qurulmasında və inkişaf etməsində heç bir əməyi olmayan Ramiz Yediyarovun bir savadsız müxalifətçini rayon təşkilatına sədr seçdirməsi tək YAP üzvlərinə və partiyaya deyil, eyni zamanda ümummilli lider, YAP-ın əbədi lideri mərhum Heydər Əliyevin ruhuna hörmətsizlik idi. 

Hörmətli cənab sədr, 

Təəssüf ki, o zamankı düşüncələrimizdə biz yanılmadıq.  Həm Ramiz Yediyarov, həm də Rüstəm Nağıyev sizin, partiya üzvlərinin və Gədəbəy əhalisinin etimadını doğrultmadı. Ramin Nağıyev Ramiz Yediyarovun rayona rəhbərlik etdiyi 6 il ərzində rayon təşkilatının yerli qərargahını icra başçısının korrupsiya əməllərinin həyata kecirildiyi məkana çevirdi. Təzə təyin edilən kadrlardan, yaylaqlara çıxan fermerlərdən, pay torpaqlarında qanunsuz  ev tikənlərdən, sahibkarlardan və idarə, müəssisə rəhbərlərindən Ramin Nağıyevin külli miqdarda rüşvət almasına bu qərargah şahid oldu. Ramin Nağıyev bu müddətdə qardaşının adına rəsmiləşdirməklə, qeyri- qanuni yollarla onlarla torpaq sahəsi və daşınmaz əmlak ələ kecirdi. H.Əliyev mərkəzinin qarşısında tikilmiş, uşaq gənclər mərkəzi yerləşən, dağıdılmış obyektinin əvəzinə sahibkara tikilmiş 2 mərtəbəli bahalı binanı anasının adına rəsmiləşdirdi. H.Əliyev partiyasının rayon təşkilatının sədri “bəyin bacısı” ləqəbi  ilə tanınaraq  insanların lağ və nifrət obyektinə çevrildi. Təsadüfi deyil ki, Yediyarovun fəaliyyətini araşdıran Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin  istintaq qrupu Ramin Nağıyevi və İdarə Heyətinin üzvlərinin əksəriyyətini istintaqa cəlb edib. 

Hörmətli cənab sədr,

Mən və rayon təşkilatının yaradılmasında əməyi olan şəxslər, rayon təşkilatının üzvləri təşkilatımızın bu acınacaqlı vəziyyətə salınmasından  dərin narahatlıq hissi keçiririk. Eyni zamanda minlərlə YAP üzvünün əmək haqqı  hesabına formalaşan təşkilatın büdcəsinin bu cür korrupsiyyaya bulaşmış  şəxslərə həvalə etməyin də doğru olmadığını düşünürük. Biz hesab edirik ki, ən qısa zamanda rayon təşkilatının üzərindən bu ləkə götürülməlidir. Ona görə sizdən xahiş edirik ki, YAP rayon təşkilatının növbədənkənar konfransının çağrılması üçün qərar qəbul edəsiniz”.
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
Vasif Talıbovdan yeni təyinat
Xəbər lenti
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
16/02/2019 [00:02]:
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
15/02/2019 [23:29]:
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
15/02/2019 [22:37]:
Lukaşenkonun Almaniya səfərindən imtinasının səbəbi açıqlandı
15/02/2019 [21:42]:
Avropa İttifaqının nümayəndə heyəti Bakıya gələcək
15/02/2019 [20:31]:
İlham Əliyev 4 sərəncam imzaladı
15/02/2019 [19:27]:
UEFA-nın yeni reytinqi
15/02/2019 [18:25]:
Makron yenə Ermənistana gələcək
15/02/2019 [17:48]:
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
15/02/2019 [16:19]:
200 manatlıq yeni təqaüd təsis olunub
15/02/2019 [15:53]:
Kənd Təsərrüfatı texnikasının güzəştli şərtlərlə satılacağı ünvanlar
15/02/2019 [14:19]:
Vasif Talıbovdan yeni təyinat
15/02/2019 [12:47]:
Muğam Mərkəzində gənc istedadlar aşkar edilir
15/02/2019 [12:40]:
Evlənmək istədiyi qızı öldürdü, anasını yaraladı...
15/02/2019 [12:36]:
İkinci qrup əlil: “Özümü prokurorluğun qarşısında yandıracağam...”
15/02/2019 [11:21]:
Türkiyədə daha bir PKK terrorunun qarşısı alındı
15/02/2019 [09:59]:
Azərbaycan nefti bahalaşdı
15/02/2019 [02:01]:
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir - təhlil
14/02/2019 [23:32]:
Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək
14/02/2019 [22:48]:
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
14/02/2019 [21:57]:
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
14/02/2019 [21:03]:
Çempionlar Liqasında həftənin rəmzi komandası
14/02/2019 [20:16]:
Hava yenə dəyişəcək
14/02/2019 [19:26]:
Azərbaycanda Vergi Ombudsmanı İnstitutu yaradılacaq
14/02/2019 [19:18]:
Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ziya Məmmədovun məşhur oteli söküldü
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
İlham Əliyev 5 sərəncam imzaladı - yenilənib
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
Ramiz Mehdiyev sərəncam verdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyasını dəyişdi
“10 dollarlıq sensora görə gömrükdə 125 dollar ödəniş etmişik” – Sahibkar
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin