Zərdüşt Əlizadə: “Paşinyan anlayır ki, Rusiya onu devirəcək…”

11/09/2018 [11:39] - Siyasət (407)



“Ermənistan baş nazirinin Rusiya səfərinin nəticəsiz başa çatdığını düşünürəm. Paşinyan anlayır ki, Rusiya onu devirəcək. Bu səbəbdən Rusiya ilə münasibətləri nizama salmağa, Kremlə itaət göstərməyə getmişdi. Hətta Rusiya prezidenti Putinə yaltaqlanaraq bildirdi ki, baxın görün, qısa vaxtda neçənci görüşümüzdür, bizim hətta xüsusi insani münasibətlərimiz də var. Paşinyan belə deyəndə Putinin çöhrəsi dəyişmədi”.

Bu fikirləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfərini şərh edərkən deyib.

Politoloq xatırladıb ki, əslində Paşinyana ciddi ismarıclar edilib: “Onu məcbur etdilər ki, general Yuri Xaçaturovu həbsdən buraxsın. Sonra məcbur etdilər, sabiq prezident Robert Köçəryanı azadlığa buraxdı. Daha sonra Prezident Putin Robert Köçəryana zəng vuraraq onun ad gününü təbrik etdi. Bununla Paşinyana “sən mənim dostuma toxunsan, ciyərini çıxararam” mesajı verildi. Bundan əvvəl Kremli Paşinyana bəzi işarələr vurmuşdu. Məsələn, Şirak vilayətinin Panik kəndində rus hərbçilər avtomatdan atəş açdılar. Paşinyana mesaj verildi ki, sən xalqa çox güvənirsən, amma biz xalqı sənə qarşı çevirə və səni aşıra bilərik.

İndi Paşinyan dərk edir ki, mövqeyi laxlayır. Odur ki, gedib ağası Rusiyanın könlünü almağa. Ancaq Moskva göz yaşlarına inanmır. Moskvaya itaət lazımdır. İtaət üçün gərək Rusiyaya sadiq dövlət başçısı olasan. Xalqına söykənən erməni hakimiyyəti Rusiya istəmir”.

Zərdüşt Əlizadə Nikol Paşinyanın Moskvada “bir-birimizin daxili işlərinə qarışmayaq” ifadəsini işlətməsini də uğursuz gediş adlandırıb: “Bu, gülünc ifadədir. Əslində Paşinyanın dediyi bu fikir beynəlxalq hüququn müddəasıdır. Amma beynəlxalq hüququn müddəaları dövlətlərin gücündən asılıdır. ABŞ dünyada bütün ölkələrin işlərinə qarışır. Məsələn, Suriya hökumətinin dəvəti olmadan orada qoşun yerləşdirib və deyir ki, çıxmıram. Əfqanıstana BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan daxil oldu. Eləcə də İraqa girdi, Yuqoslaviyanı bombaladı. ABŞ bütün dünyada seçkilərə qarışır, sonra da şivən salır ki, Rusiya onun seçkilərinə müdaxilə edib.

Paşinyanın “bir-birimizin daxili işlərinə qarışmamaq” bəyanatı gülüncdür. Ermənistan Rusiyanın daxili işlərinə qarışması üçün hansı imkanlara malikdir? Rusiyada yaşayan 2 milyona yaxın erməni rus hakimiyyətinin xidmətində durub hökumətə yalvarır ki, bizim pul qazanmağımıza mane olma. Lazımdırsa, biz Ermənistanı da, Qarabağı da satarıq, təki bizim pul qazanmağımıza mane olmayasan. Samvel Karapetiyan və digər erməni milyonçular var ki, onlar ancaq rus hakimiyyətinin mərhəmətindən istifadə edərək nələrsə qoparıblar. Onlar rusların xoşuna gəlməsələr əllərindən hər şey alına bilər.

Z. Əlizadənin sözlərinə görə, Ermənistanın Rusiyanın daxili işlərinə qarışmasına heç bir imkanı yoxdur, Rusiyanın Ermənistanın daxili işlərinə qarışması üçün 100 faiz imkanı var: “Hərbi bazasından tutmuş, erməni iqtisadiyyatındakı payı, erməni cəmiyyəti daxilindəki beşinci “kolon”u, casus şəbəkəsi, sərhədlərin qorunmasına qədər hər cür imkanlara malikdir”.

Politoloq qeyd edib ki, Ermənistanın qərbə yönəlməsi nağıldır: “Paşinyanın bütün nazirləri qərbyönlü olsa belə, indiki siyasi sistem daxilində heç nə edə bilməz. Bunun üçün Paşinyan xalqa söykənərək sistemi dəyişməlidir. Hansı xalqa söykənir? Beyni tamamilə çaşmış, səhv düşünən xalqa? Bu xalq “Arsax” bağırır. Nə qədər ki, “Arsax, Arsax” deyə qışqırırlar, Ermənistan qəfəsdən çıxa bilməyəcək”.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
21/09/2020 [11:12]:
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
21/09/2020 [10:35]:
Donald Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”
21/09/2020 [10:00]:
İran ABŞ-ı öhdəliklərinə əməl etməyə çağırıb
21/09/2020 [00:19]:
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin