Beynəlxalq Banka kim sahib çıxacaq? – təhlil

10/09/2018 [11:13] - Köşə (799)
Qadir İbrahimli


Azərbaycan hökuməti Beynəlxalq Bankın özəlləşdirilməsi prosesi ilə bağlı yeni addımlar atıb.  Sentyabrın 6-da baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə aidiyyəti qurumların iştirakı ilə iclas keçirib. İclasda bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı prezident fərmanının icrası üzrə konkret tapşırıqlar verilib.

Noyabrın 7-də maliyyə naziri Samir Şərifov bildirib ki, Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var: “Bankın özəlləşdirilməsinə ilk növbədə məsləhətçi cəlb olunmalı, bankın biznes strategiyası hazırlanmalıdır. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar Bankın aktivlərini əldə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər”.

Beləliklə, Azərbaycanın bank nəhənginin özəlləşdirilməsi ilə bağlı proses canlanıb. Bankın aktivləri 9 milyard manat həddində qiymətləndirilir və  bank sisteminin 32-33 faizinə nəzarət edir. Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin korrupsiya maraqları, konkret desək, bankın pullarını mənimsəməsi səbəbindən bank müflisləşmə həddinə gəldi, yalnız dövlətin müdaxiləsi sayəsində böhrandan xilas ola bildi. Dövlət bankın xarici borclarını öz üzərinə götürdü, daxili borcların həlli isə Mərkəzi Banka “tapşırıldı”.

Borclar isə kifayət qədər çox idi - 3 milyard dollardan çox (5 milyard manatdan çox)  xarici borc. Eyni zamanda 10 milyard manat dəyərində qiymətləndirilən bankın toksit aktivləri isə dövlətin zəmanəti əsasında Mərkəzi Bankın vəsaiti hesabına “Aqrarkredit” QSC-yə ötürüldü.
Başqa sözlə, burada ümumilikdə 15 milyard manatdan  (9 milyard dollara yaxın) söhbət gedir ki, bu da dövlət büdcəsi xərclərinin (23 milyard manat) 65 faizi deməkdir.

Təbii ki, istənilən qiymətə özəlləşdirmə bu məbləği dövlət büdcəsinə geri qaytarmayacaq – Beynəlxalq Bankın səhmələrinə iddia edən investor köhnə rəhbərliyin oğurladıqlarını görə təzminat ödəmək öhdəliyi yoxdur və ola da bilməz.  Dövlət özəlləşdirmədən yalnız o effekti əldə edə bilər ki, proses şəffaf aparılsın və bankım səhm paketinə ciddi investorlar yiyələnsin. Çünki zəifləməsinə baxmayaraq Beynəlxalq Bank yenə də ölkənin ən nəhəng bankı olaraq qalır və onun çöküşü bank sistemi üçün ağır fəsadlara səbəb ola bilər.

S.Şərifov deyir ki,  Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da Beynəlxalq Banka maraq göstərməkdə davam edir: “Düşünürəm ki, onlar fikirlərini dəyişməyiblər. Amma EBRD rəsmiləri də ilkin şərt kimi bankın yeni biznes modelinin hazırlanması fikrini səsləndirirlər”. 
Fikrimcə, maliyyə nazirinin adını açıqladığı ilk iddiaçı bizim tələblərimizə və arzularımıza cavab verir. Təbii ki, hər bir şəxs sistem əhəmiyyətli bankın məhz belə bir ciddi maliyyə qurumu-investor tərəfindən alınmasını və nəhayət dövlət büdcəsinin bu yükdən də xilas olmasını dəstəklənməlidir.

Məlum olduğu kimi, EBRD-nin bu sahədə böyük təcrübəsi var, Rumuniya, Bolqarıstan və digər ölkələrdə bank özəlləşdirilməsində analoji fəaliyyətləri olub.

Digər tərəfdən, Azərbaycanın bank bazarına yeni avropalı oyunçunun daxil olması həm də faktiki olaraq fəaliyyətləri “exchange” və lombardla məhdudlaşan bank sektorumuzun inkişafına da xidmət edər, ölkəyə yeni innovativ xidmətlər, mobil bankçılıq, distant bank xidmətləri kimi ən son yeniliklər gətirilər. 

Mərkəzi Bank sədrinin hətta iqtisadçıların belə anlamaqda çətinlik çəkdiyi açıqlamalarına rəğmən bank sistemi müştərilərinə modern xidmətlər təklif edə bilmir. EBRD tipli investorların gəlişi modern xidmətlərin tətbiqini stimullaşdıra bilər. 

Beləliklə, Beynəlxalq Bankın səhm paketinin  EBRD kimi ciddi investora keçməsini arzulayırıq, ancaq C.Hacıyev tipli yerli investorları da istisna etmək olmaz.
İlham Əliyev deputatı direktor təyin etdi - sərəncam
İlham Əliyev 8 sərəncam, 1 fərman imzaladı - yenilənib
17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı
Putin Trampla dünya neft bazarını müzakirə edib
Milli Məclis hökumətə 8 gün vaxt verdi
Xəbər lenti
16/11/2018 [00:43]:
İlham Əliyev deputatı direktor təyin etdi - sərəncam
16/11/2018 [00:01]:
İlham Əliyev 8 sərəncam, 1 fərman imzaladı - yenilənib
15/11/2018 [23:24]:
17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı
15/11/2018 [22:19]:
Putin Trampla dünya neft bazarını müzakirə edib
15/11/2018 [21:29]:
Milli Məclis hökumətə 8 gün vaxt verdi
15/11/2018 [20:31]:
UEFA VAR sistemini sınaqdan keçirəcəyi oyuna türkiyəli hakimləri təyin edib
15/11/2018 [19:39]:
Axtarışda olan 40 nəfər saxlanılıb
15/11/2018 [18:44]:
Noyabrın 16-a hava proqnozu
15/11/2018 [17:53]:
Dağlıq Qarabağda maşın dərəyə yuvarlandı: 3 erməni öldü
15/11/2018 [17:46]:
Eldar Əzizov Bakının icra başçısı təyin edildi
15/11/2018 [17:36]:
Abel Məhərrəmov Madriddə bərk içib dava saldı - işdən qovuldu
15/11/2018 [16:33]:
Məktəblərdə payız tətili başlayır
15/11/2018 [15:29]:
Azərbaycanda parlament televiziyasının açılması təklif edilir
15/11/2018 [14:37]:
Çili Azərbaycanda səfirlik açır
15/11/2018 [13:46]:
Türkiyədə güclü qar: məktəblərdə dərslər dayandırıldı
15/11/2018 [13:05]:
İlham Əliyev Təzəpir məscidinin ətrafındakı abadlıq işləri ilə tanış olub
15/11/2018 [12:59]:
Əli Həsənov 2 milyard mənimsəyib - şok iddia
15/11/2018 [12:02]:
Doğuşun sayı il ərzində 170 mindən 103 minə düşüb- Deputatdan ŞOK statistika
15/11/2018 [11:56]:
Bakıda daha bir beynəlxalq tədbir başladı
15/11/2018 [11:33]:
Avropa Parlamenti: "Avropada istehsal olunan silahlar İŞİD-in əlinə keçir"
15/11/2018 [10:46]:
Azərbaycan nefti ucuzlaşıb
15/11/2018 [09:52]:
ASAN Xidmətin səlahiyyətləri azaldıldı
15/11/2018 [00:01]:
İlham Əliyevdən yeni təyinat: 7 sərəncam, 3 fərman
14/11/2018 [23:42]:
Azərbaycanda yeni cərimələr təsdiqləndi
14/11/2018 [22:41]:
Polşa müstəqilliyinin 100 illiyi Bakıda qeyd edilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Daha bir nazir oğlunun Londonda mülkləri aşkarlandı - sənədlər
İlham Əliyevin işdən çıxartdığı nazir müavini kimdir? - bioqrafiya
Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində - yenilənib
Azərbaycanın sabiq naziri Türkiyəyə buraxılmadı
Eldar Əzizov polis rəisinin tikintisini dayandırdı - Qanunsuz olduğu iddia edilir
İlham Əliyevdən yeni təyinat: 7 sərəncam, 3 fərman
Abel Məhərrəmov Madriddə bərk içib dava saldı - işdən qovuldu
İcra başçısının fotoları məktəbli kitabçalarında - fotolar
Həbs edilən İlkin Məmmədli kimdir? - gizli detallar
İlham Əliyev sərəncam imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin