Sabiq nazir Türkiyədə müalicə olunur - təfsilat

08/09/2018 [21:28] - Cəmiyyət (475)



Azərbaycan Güləş Federasiyasında heç bir maliyyə problemi yoxdur. Bunu virtualaz.org-a açıqlamasında bu gün milli komandanın məşqinə baş çəkmiş Federasiya prezidentinin vəzifələrini icra edəni Namiq Əliyev deyib.

N.Əliyev bir neçə aylıq fasilədən sonra bu ilin mayında Federasiyaya, birinci vitse-prezident postuna qayıtdı. Ancaq sonra Federasiyanın prezidenti Fazil Məmmədov səhhətindəki ciddi problemlərlə əlaqədar Türkiyəyə müalicəyə getdi və N. Əliyev prezident vəzifələrini icra etməyə başladı.

“Bəli, mən bir müddət Azərbaycan Güləş Federasiyasını tərk etdim, amma bu o demək deyil ki, mən güləşi izləməyi dayandırdım. Mən Ümumdünya Güləş Birliyinin (UWW) üzvü kimi qalmaqda davam edirdim və hadisələrin mərkəzində idim”, – deyə Namik Əliyev vurğulayıb.

Fazil Məmmədovun sağlamlıq durumu haqda suala cavab verərkən Namik Əliyev qeyd edib ki, sabiq vergilər nazirinin səhhəti yaxşılaşmağa doğru gedir.

“O, əvvəlki kimi Türkiyədədir və müalicəsini orada davam etdirir”, – N.Əliyev əlavə edib.

…Son illər biz bir neçə dəfə Güləş Federasiyasında maliyyə problemlərinin olduğu barədə eşitmişdik. İş hətta Azərbaycan yığması pəhləvanlarının iştirakıı ilə etiraz aksiyasına qədər gəlib çatmışdı. İndi isə, Namik Əliyevin sözlərinə görə, vəziyyət normallaşıb: “Bizdə heç bir maliyyə problemi yoxdur. Hər şey qaydasındadır. Komandanın hazırlığı, təlim-məşqlər… Hər şey plan üzrə gedir. Bizə hətta, birgə məşq prosesində iştirak etmək üçün xarici komandalar gəlir…”.

Onu da qeyd edək ki, sabiq vergilər naziri Fazil Məmmədovun  müavini işləmiş Namiq Əliyev həm də onun qudasıdır. “AzPolitika.info” xatırladır ki, ötən il avqustun 11-də vergilər naziri Fazil Məmmədovun qızı Selcanxatunla Namiq Əliyevin oğlu Əbdül ailə həyatı qurub. Bu haqda saytımızda məlumat verilib. 

Məlumatda o da qeyd edilirdi ki, Namiq Əliyevin oğlu əsasən Londonda yaşayır və orada bizneslə məşğul olur.

Fazil Məmmədovun qızının isə nazirin ailə holdinqi kimi tanınan “Synergy Group” Şirkətlər Qrupuna rəhbərlik etdiyi qeyd edilir. Yeri gəlmişkən qeyd edək ki, “Synergy Group”un rəsmi veb səhifəsində Şirkətlər Qrupunun icraçı direktoru haqda məlumat verilsə də, baş direktoru və rəhbərlikdəki digər şəxslərlə bağlı hər hansı məlumata rast gəlmək mümkün deyil.

Qeyd edək ki, Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. Nəcməddin Sadıkov isə, məlum olduğu kimi, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bibisi oglu Elçin Muradovla qudadır. 


Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
12/07/2020 [20:25]:
Ədəbiyyatımızın Mirzə Fətəli əsri
12/07/2020 [18:58]:
Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı
12/07/2020 [17:24]:
Lionel Messi daha bir tarixi rekorda imza atıb
12/07/2020 [16:52]:
“Türk Hava Yolları” İstanbul-Bakı aviareyslərinin sayını artırır
12/07/2020 [16:43]:
Koronavirusun üçüncü dalğası da gözlənilir
12/07/2020 [16:37]:
Qazaxda minik və yük avtomobili toqquşub
12/07/2020 [16:27]:
Ermənilər təxribat törədib, itkilər var - Müdafiə Nazirliyi
12/07/2020 [15:49]:
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
12/07/2020 [15:41]:
Meksikada koronavirusa yoluxanların ümumi sayı 295,2 mini ötdü
12/07/2020 [15:38]:
Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”
12/07/2020 [15:28]:
Luminar Bug fotomüsabiqəsi elan olunub
12/07/2020 [14:40]:
Almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
12/07/2020 [14:04]:
Ronaldinyonun apelyasiya şikayəti təmin olunmayıb
12/07/2020 [13:26]:
Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır?
12/07/2020 [12:48]:
"Yuventus" "Atalanta" ilə məlubiyyətdən son dəqiqələrdə xilas olub
12/07/2020 [12:14]:
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
12/07/2020 [11:55]:
Leysan yağışlar selə səbəb olub - Faktiki hava
12/07/2020 [11:43]:
Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı
12/07/2020 [11:28]:
Zidanın dövründə 500-cü qol
12/07/2020 [10:42]:
Braziliyada yeni virus təşvişi
12/07/2020 [10:00]:
Koronavirusdan sonra ağciyərləri necə sağaltmaq olar?
12/07/2020 [09:57]:
Aya Sofyanın adı dəyişdirilir? - Rəsmi açıqlama
12/07/2020 [09:38]:
Bir Dünya, Bir Günəş, Bir Şəbəkə
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin