Ölkənin mobil kommunikasiya
bazarının lideri Azercell Telekom tərəfindən ölkəmizdə gənclər üçün sahibkarlıq
mühitinin inkişafına dəstək məqsədilə yaradılan Barama İnnovasiya və
Sahibkarlıq Mərkəzi daha bir yerli startapın fəaliyyətinə təkan vermis oldu. Onbranch
startapının təqdim etdiyi yeni layihəyə əsasən Azercell şirkətinin “Gənc
Ol!" loyallıq proqramı Onbranch mobil tətbiqinə inteqrasiya ediləcək. Beləliklə,
"Gənc Ol!" abunəçiləri Onbranch tətbiqini yükləməklə yaxınlıqda olan
endirimlər və aksiyalar barədə dərhal məlumat ala biləcəklər. Bununla yanaşı,
abunəçilər üzv olduqları "Gənc Ol!" platforması ilə daha sıx və
faydalı təması məhz Onbranch üzərindən qura biləcəklər.Startapın texniki
imkanları vasitəsilə loyallıq sisteminin daha çevik, effektiv və əlçatan olması
nəzərdə tutulur. Mobil tətbiq vasitəsilə loyallıq proqramına qoşulmaq və sərfəli
endirimlərdən yararlanmaq üçün “Gənc Ol!” tarifinin abunəçiləri https://onbranch.com/gencol
linkinə daxil ola bilərlər.
Xatırladaq ki, Onbranch "Baku Business Factory"-nin
dəstəklədiyi layihələrdən biridir və Azercell Telekom-un Barama İnnovasiya və
Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bank, Patent və Əmtəə Nişanları Mərkəzi,
İsveçrənin Azərbaycandakı səfirliyi, eləcə də ADA Universitetinin dəstəyi ilə
keçirilən "Seedstars World" müsabiqəsinin qalibi elan olunaraq Azərbaycanın
ən yaxşı startapı seçilib.
Azərbaycan biznes mühitində
innovasiyaları artırılması, rəqəmsal və sahibkarlıq ekosistemini inkişafı
istiqamətində fəaliyyət göstərən Barama mərkəzinin məqsədi bundan sonra da
startapların öz bizneslərini qurmasına, innovativ xidmət göstərməsinə və yeni müştəriləri
əldə etməsinə dəstək olmaqdır.