Dünyada kompüter elmi sahəsində ən nüfuzlu
yarışlardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında ölkəmiz də təmsil
olunur. Yaponiyanın Tsukuba şəhərində keçirilən 85 ölkədən 340 şagirdin
qatıldığı olimpiadada ölkəmiz adından Fizika, Riyaziyyat və Informatika təmayüllü
Respublika Liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhər 4
nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, Akademik Zərifə
Əliyeva adına
liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin
XI sinif şagirdi Rəfail Səddatimov iştirak edirlər.
Korporativ
Sosial Məsuliyyət strategiyasında təhsilimizin
və gələcəyimiz olan uşaqların inkişafına yönəlik layihələri ilə hər zaman seçilən
Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC bu dəfə
də nüfuzlu olimpiadada şagirdlərimizin uğur qazanmasına dəstək göstərir.
Belə ki, məktəblilər olimpiadaya Respublika Beynəlxalq
Olimpiadalara hazırlıq mərkəzində Təhsil Nazirliyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi
ilə hazırlaşıblar. Məşğələlərdə əsas
məqsəd şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması,
onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş
etdirilməsi üçün şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş
istedadlı şagirdlərlə səmərəli hazırlığın həyata keçirilməsi olub.
2019-cu ildə Bakı şəhərində keçiriləcək
Beynəlxalq İnformatika
Olimpiadasında Azərbaycan məktəbliləri ilk dəfə hələ
1994-cü ildə, iştirak edib. Bu beynəlxalq tədbirdə Azərbaycan bu günə qədər 1
gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb. Beynəlxalq
İnformatika Olimpiadasının keçirilməsində məqsəd kompüter bilikləri sahəsində xüsusi
qabiliyyətli gəncləri tanıtmaq, informatika elminin önəmini gənclərə
çatdırmaqdır.
Azercell
Telekom şirkəti ölkəmizi Yaponiyada keçirilən olimpiadada təmsil edən şağirdlərimizə
uğurlar arzulayır!