Şeyx: Mən də uşaq vaxtı ələm dalınca getmişəm....

06/09/2018 [20:57] - Mədəniyyət (777)



Şeyxülislam Allahşükür Paşazadə ilə Masallıda görüş keçirib.  “İlqarPlaza” Şadlıq Sarayında keçirilən görüşə rayonda fəaliyyət göstərən dini icmaların, imamların, imam müavinlərinin, eləcə də rayondakı idarə və təşkilatların 100-dən artıq təmsilçisi toplaşmışdı. Həmçinin tədbirdə 2 millət vəkili- Cavanşir Paşazadə, Nəriman Əliyev və digər  dövlət rəsmiləri iştirak edirdi.

Məlumat üçün bildirək ki, eyni görüş bir gün öncə Lənkəran şəhərində keçirilmişdi. Onu da xatırladaq ki, Şeyx istər Lənkəranda, istər Masallıda icra başçıları səviyyəsində, xüsusi kortejin müşayiəti ali çox yüksək səviyyədə qarşılanmışdır.

Şeyx Masallı səfərində şəhər cümə məscidindəki dini icma üzvləri ilə də görüşmüşdür.

Tədbirin rəsmi adı “Dini mərasimlərdə ənənəvilik və müasirliyin vəhdətinə necə nail olmalı?”  başlıqla seminar-konfrans adlansa da, hamı  toplantıya “Şeyxlə görüş” dəvəti ilə gəlmişdi.
 
IlqarPlaza Şadlıq Sarayında çay süfrəsi arxasında keçirilən tədbirdə Masallı İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun təqdimatında sonra söz Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya verildi. Mübariz müəllim çıxışında  öncə dini dəyərlərdən, dinin həyatımızdakı rolundan danışdı. Eləcə də bir sıra rəqəmləri xatırladaraq bildirdi ki, hazırda  Azərbaycanda 2500 məscid, 843 dini icma fəaliyyət göstərir. Dövlət dinə xüsusi diqqət yetirir ki, insanlar dini inanclarını normal yerinə yetirə bilsin.

 O sovet dövrü ilə müqayisələr də apardı. Bildirdi ki, 1918-20-ci illərdə- müstəqillik dövründə dini dəyərlərə nə qədər üstünlük verilsə də, sovet dövründə, xüsusən 20-40-ci illərdə çoxlu məscidlər dağıdıldı, dindarlar həbs edildi, sürgün olundu, güllələndi. Həmin dövrdə ölkədə dini təhsil alan cəmi 10-15 nəfər var idi. Hüzr məclisləri istisna olmaqla insanlar dini inanclarını basqı  altında icra  edirdilər.

M.Qurbanlı eləcə də yaxınlaşan Məhərrəmlik ayı, onun dəyəri, eləcə də bəzi şəxslərin bu ayda ata biləcəyi səhv addımlar haqqında danışdı.

Şeyxülislam Allahşükür Paşazadənin çıxışı:

“Mən Masallıya sizinlə dərdləşməyə gəlmişəm”

Qafqaz Müsəlmanlarının Şeyxi Allahşükür Paşazadə çıxışına Mübariz Qurbanli ilə zarafatla başladı. Şeyx çıxışında Masallıya çox bağlı olduğunu, burada babaserli Şeyx Qüdrətdən dini dərs aldığını, uşaqlığının çox acınacaqlı, kasıbçılıqla keçdiyini xatırlatdı.  Bildirdi ki,  dini dərs almağa  gedib-gələrkən kənd qadınlarının  verdiyi isti təndir çörəyi,  hətta 15 qəpikli yol puluna imkanı olmadığından bir çox sürücülərin onu pulsuz aparmasını heç vaxt unutmur.

 “Dünyanın hər yerində bizi ona görə çox hörmətlə qarşılayırlar ki, güclü dövlətimiz, güclü rəhbərimiz var”

 Şeyx çıxışını maksimum səmimi çalarlarla quraraq xüsusi vurğuladı kı,  tədbir bir qədər rəsmi təqdim olunsa da, əslində mən  təhsil aldığım Masallıya masallılarla dərdləşməyə gəlmişəm. Dünyanın çox yerlərində oluram. Almaniyadan İsveçədək nüfuzlu dini tədbirlə dəvətli olunuram. Yaxın aylarda Dağıstanda onlarla millətin dini liderləri ilə görüşüm olacaq. Həmin tədbirdə Rusiyanın dövlət rəsmiləri də iştirak edəcək. Aparıcı isə mən olacağam. Dünyanın hər yerində məni ona görə belə hörmətlə qarşılayırlar ki, bizim güclü dövlətimiz, onun güclü rəhbəri var. Hansı ucalıqlara çatmışamsa bu  Azərbaycan dövlətinin, onun güclü rəhbərinin sayəsində olub.

“Hər ölkənin yerüstü sərvəti olmur”

Dünyanın bir çox ölkələrinin çoxlu yeraltı sərvətləri var. Lakin hər ölkəyə yerüstü sərvət qismət olmur. Yerüstü sərvət isə həmin ölkənin  güclü rəhbəri, lideridir.  Haradasa güclü yerüstü sərvət, güclü lider-rəhbər olmur,  orada qan-qada, özbaşınalıq olur, yeraltı sərvətlərdən də bacarıqla faydalana bilmirlər.

Şeyx daha sonra  çıxışında “ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı İlham Əliyevin” xidmətlərini , dinə qayğısını bir neçə dəfə vurğuladı.

 “Repressiya qurbanı olan din xadimləri haqqında kitab hazırlayırıq”

 Şeyx:- Bizim həmişə güclü din xadimlərimiz olub. Təəssüf ki, onların bir çox sovet dövründə repressiya məruz qaldı- sürgün edildi, həbs olundu, güllələndi, min cür işgəncələrlə üzləşdi. Bizim masallılı gözəl alim, tarix elmləri doktoru Anar İsgəndərovun rəhbərliyi həmin repressiyaya məruz qalan din xadimlərimiz haqqında kitab hazırlayırıq. Hansı ki, həmin alimlərin bəzisi ətrafındakı  satqınların güdazına gedib. Amma biz o satqınların adın çəkməyəcəyik. Kitabın hazırlanmasında arxiv  materiallarından geniş istifadə olunacaq.

“Məscid, onun həyəti  dindarlarındır, onlar qanunu pozmursa, onlara maneçilik törətmək olmaz”

 Şeyx çıxışında hüquq mühafizə orqanlarının rəhbərlərinə də müraciət etdi. Tovsiyyə edərək bildirdi ki, dini inanclılarla, dindarlarla maksimum səmimi olsunlar. Məscid, onun həyəti həmin şəxslərə məxsusdur. Hər hansı hüquq pozuntusu yoxdursa bu şəxslər üçün problem yaratmaq arzu olunan deyil. Polisin  məscidə gəlib dindara “Mikrafonu söndür deməsi, yolveriməzdir”

“Mən də uşaq vaxtı ələm gəzdirənin arxasınca getmişəm, amma bu gün belə işlər lazım deyil”

 Şeyx:- Qarşıda müqəddəs Məhərrəmlik ayı gəlir. Biz bu aydakı mərasimləri imamlarımızın  ruhuna uyğun ehtiramla yad etməliyik. Mən də uşaq olanda ələm gəzdirənin arxasınca  getmişəm. Amma bu gün  məhərrəmlik ayında belə addımlar atmaq, baş yarmaq, zəncir vurmaq, özünə işgəncə vermək düzgün deyil. İslamda, Quranda belə şey yoxdur. Yürüşlər keçirtmək isə yol verilməzdir.  Dövlət buna icazə vermir. Uşaqların məscidlərə aparılmasını məsləhət bilməzdim. Bu aylarda  qanvermə aksiyaları keçirtmək, imkansızlara əl tutmaq daha faydalı olardı.

“Mən Masallıya sizinlə dərdləşməyə gəlmişəm”

“Yalançı  işgəncə səhnələri  düzəldib, videoya alıb, düşmənlərin əlinə oynamaq olmaz”

Azərbaycan böyük dövlətlərin diqqətindədir. İslamın düşmənləri az deyil. Məhərrəmlikdə yalançı işgəncə səhnələri düzəldib, məscidə digər ölkələrin bayraqların gətirib,  dini şağırışlar, eləcə də siyasi çağırışlar edib, bunları vireya çəkmək, sonra da xarici ölkələr yollamaq olduqca xoşagəlməz haldır.

“Talış-türk söhbəti salıb ədavət yaratmaq olmaz”

 Şeyx çıxışında Ermənistanın məkrli siyasətindən tutmuş, Gəncə hadisələrinədək danışdı. Həmçinin Türk-talış söhbətinə toxunaraq separatçılığın olduqca ziyanlı bir iş olduğunu vurğuladı. Qeyd etdi ki, biz bir dəfə bunun acısını dadmışıq. Bizim bir vətənimiz var. Onu bölmək olmaz. Biz onu qorumalıyıq.

Şeyx sonda rayon rəhbərliyindən tutmuş tanıdıqları, onunla zəhməti olan insanlara, onların övladlarına minnətdarlıq etdi, salamlar yolladı.

Qonaqların yorğunluğu nəzərə alaraq hər hansı çıxış edən, sual verən olmadı. Tədbir rayon İcra Hakimiyyəti başçısının minnətdarlıq nitqi ilə yekunlaşdı.
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
Xəbər lenti
01/12/2020 [19:38]:
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
01/12/2020 [18:46]:
Hərbçilərimiz Laçını bayraqla bəzədi
01/12/2020 [18:34]:
Fransa mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri bəyanat imzalayıblar
01/12/2020 [18:13]:
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
01/12/2020 [18:07]:
Qırğızıstan işğaldan azad olunmuş ərazilərə investiya yatıra bilər
01/12/2020 [17:32]:
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
01/12/2020 [17:24]:
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq
01/12/2020 [16:53]:
Bakıda xüsusi hərəkət zolaqları yaradılır
01/12/2020 [16:11]:
“Kəpəz”in baş məşqçisi 5 oyunluq cəzalandırılıb
01/12/2020 [15:58]:
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
01/12/2020 [15:26]:
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
01/12/2020 [14:44]:
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
01/12/2020 [14:42]:
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
01/12/2020 [14:31]:
Dekabrın 2-ə hava proqnozu
01/12/2020 [13:56]:
Post-müharibə dövrünün prioritetləri – qurculuq və sosial təminatın təşkili
01/12/2020 [13:48]:
Bu il 13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib
01/12/2020 [13:22]:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
01/12/2020 [12:05]:
İlham Əliyev: Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub-yenilənib
01/12/2020 [11:48]:
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 1 il təxirə saldı
01/12/2020 [11:43]:
Türkiyə MN: Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb
01/12/2020 [11:29]:
Türkiyə Səfirliyi Azərbaycanı təbrik etdi
01/12/2020 [10:59]:
Azərbaycan humanitar yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib
01/12/2020 [10:03]:
Tramp COVID-19 peyvəndinin lisenziya məsələsini ləngitməməyə çağırdı
01/12/2020 [09:11]:
NATO Qarabağda baş verən son hadisələri müzakirə edəcək
01/12/2020 [01:59]:
Türkiyənin Müdafiə Nazirliyi Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin