Bakıda sahibsiz itlərin problemi həll olunur

06/09/2018 [09:58] - Cəmiyyət (478)



Sentyabrın 5-də Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair birgə layihəsinin təqdimatı olub.

Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir və bu sahədə işlərə may ayından etibarən başlanılıb.

Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.

Sahibsiz itlərlə bağlı mövcud vəziyyət, problemin təsviri, layihə çərçivəsində görüləcək işlər, təkliflər, atılan addımlar barədə məlumat verən Heydər Əliyev Fondunun layihə koordinatoru Sabiq Abdullayev bildirib ki, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri həyata keçiriləcək.

Burada beynəlxalq norma və tələblərə uyğun qəfəslər qurulacaq. Eyni zamanda, mərkəz müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıqlar və preparatlarla təchiz olunacaq.

Layihə müddətində əhalinin məlumatlandırılması məqsədilə təbliğat aksiyalarının keçirilməsi planlaşdırılır. Sosial videoçarxların, animasiya filmlərinin çəkilişi, veb-saytın yaradılması, ictimai tədbirlər, sərgilər və s. keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, problemin həllinə dair əhalinin mövqeyini öyrənilməsi məqsədilə sosial sorğu da keçiriləcək.

S.Abdullayev sahibsiz itlərin tutulduqdan sonra mərkəzə yerləşdiriləcəyini, burada müəyyən müddət ərzində saxlanılacağını, müayinədən keçiriləcəyini, sterilizasiya və peyvənd olunacağını, onlara mikroçip yerləşdiriləcəyini də diqqətə çatdırıb.

Bu mərhələlərin ardınca müəyyən müddət keçdikdən (karantindən) sonra sağlam sahibsiz itlər sərbəst buraxılacaq. Mərkəzin gələcək fəaliyyəti sahibsiz itlərlə bağlı aparılan monitorinqə əsaslanacaq.

Gələcəkdə mərkəzə gün ərzində 30-dan 50-dək sahibsiz itlərin tutulub gətirilməsi planlaşdırılır. Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri başlanıldığından hazırda burada olan heyvanlar müvəqqəti olaraq IDEA Heyvanlara Qayğı Mərkəzində saxlanılacaq.

Ağır yaralı, müalicələri mümkün olmayan, əhali üçün aqressiv və təhlükəli olan sahibsiz itlərin isə sivil qaydada zərərsizləşdiriləcəyi nəzərdə tutulur.

“Yeni mərkəzdə sahibsiz itlərin sterilizasiyası və peyvəndlənməsini həyata keçirəcək baytar həkimlər, onların tutulmasını təşkil edəcək xüsusi mütəxəssislər çalışacaqlar. Mərkəzdə sahibsiz itlər üçün təcili tibbi yardım fəaliyyət göstərəcək. Həmçinin küçə itlərinin aşkar edilməsi və onlara müvafiq yardım göstərilməsi məqsədilə “Qaynar xətt” yaradılacaq.

Sahibsiz itlərin ovlanması ilə məşğul olan briqada xüsusi avadanlıqlarla təmin ediləcək. Mərkəzdə peyvənd və sterilizasiya olunan itlər üçün xüsusi zonanın yaradılması nəzərdə tutulub. Buradan arzu edən hər kəs onları himayəyə götürə biləcək. Baytar həkimlər heyvanlara qayğı və peyvənd barədə onları sahiblənən şəxslərə məlumat verəcəklər.

Mərkəzə daxil olan bütün itlərlə bağlı məlumatlar - tutulduğu tarix və ünvan, heyvanın vəziyyəti, həyata keçirilmiş tibbi yardımlar və mikroçipin nömrəsi xüsusi informasiya bazasına daxil ediləcək. Sərbəst buraxılan və sahiblərini tapan itlər barədə də bazaya müvafiq məlumatlar yerləşdiriləcək”, - deyə S.Abdullayev vurğulayıb.

Paytaxtda həyata keçirilən pilot layihənin gələcəkdə regionları da əhatə etməsi nəzərdə tutulur. Üç il müddətində davam etdirilməsi planlaşdırılan layihə çərçivəsində, həmçinin yeni qanunvericilik də hazırlanacaq.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov layihənin əhəmiyyətindən danışıb və bu sahədə öz dəstəklərini əsirgəməyəcəklərini deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə pilot layihəni yüksək qiymətləndirib. O, sahibsiz itlərlə bağlı problemin humanist üsullarla həllinin vacibliyindən danışıb. Departament direktoru məsələnin həllində məişət tullantılarının idarə olunmasının əhəmiyyətini də vurğulayıb.

Sonda kütləvi informasiya nümayəndələrinin sualları cavablandırılıb.
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Xəbər lenti
25/11/2020 [00:18]:
Vergi Məcəlləsində dəyişiklik edildi
24/11/2020 [23:29]:
Ramin Musayev: Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik
24/11/2020 [22:42]:
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - rəsmi
24/11/2020 [22:09]:
İlham Əliyev Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib
24/11/2020 [21:58]:
Xalq artisti Əjdər Həmidov vəfat edib
24/11/2020 [21:16]:
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
24/11/2020 [20:37]:
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
24/11/2020 [20:11]:
“Brent” markalı neft 47 dollar həddini keçdi
24/11/2020 [19:36]:
Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi
24/11/2020 [19:01]:
Yeni tikilən binalara niyə qaz verilmir?
24/11/2020 [18:47]:
Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək
24/11/2020 [18:20]:
9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb
24/11/2020 [18:09]:
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
24/11/2020 [17:35]:
Noyabrın 25-ə hava proqnozu
24/11/2020 [16:38]:
Azərbaycan kubokunun püşkü atılıb
24/11/2020 [15:49]:
Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"
24/11/2020 [15:01]:
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
24/11/2020 [14:24]:
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötdü
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Faiq Qarayev: “Dağlıq Qarabağda beynəlxalq yarışlara ev sahibliyi edəcəyik”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin