İlham Əliyev 4 fərman imzaladı - yenilənib

06/09/2018 [01:27] - Siyasət (771)



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb.

İstiqlal..az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (bundan sonra – MEİS) yaradılsın.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə "e-sosial" internet portalının (bundan sonra – Portal) üç ay müddətində yaradılmasını təmin etsin;

2.2. məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEİS-də məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;

2.3. Portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görsün;

2.4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla üç ay müddətində:

2.4.1. MEİS haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4.2. Portal haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4.3. pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. bu Fərmandan irəli gələn digər tədbirləri görsün.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Portalın və bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onlarla digər dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlərin göstərilməsinin “elektron hökumət” portalı vasitəsilə təşkili üçün tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi və pensiya təyinatının tam elektronlaşdırılmasına keçidlə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Portalın və bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan altsistemin yaradılması və saxlanması ilə bağlı xərclərin maliyyələşdirilməsini iki ay müddətində təmin etsin;

4.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunub:

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610; 2001, № 10, maddə 646; 2002, № 5, maddələr 273, 279, № 7, maddə 413, № 8, maddə 478, № 9, maddə 563; 2003, № 8, maddə 434; 2004, № 1, maddə 19, № 5, maddə 345; 2005, № 1, maddə 18, № 4, maddə 299, № 9, maddə 799, № 12, maddə 1101; 2006, № 8, maddə 676, № 11, maddə 935; 2007, № 1, maddə 10, № 3, maddə 223, № 9, maddə 865, № 12, maddə 1247; 2008, № 1, maddələr 7, 10; 2009, № 7, maddələr 531, 534; 2010, № 7, maddə 615; 2011, № 11, maddə 999; 2013, № 5, maddə 509, № 6, maddə 649, № 8, maddə 900; 2014, № 4, maddə 348, № 6, maddə 625; 2015, № 12, maddələr 1450, 1461; 2016, № 4, maddələr 667, 669, № 10, maddə 1644; 2017, № 3, maddə 353, № 5, maddə 814, № 7, maddə 1321; 2018, № 3, maddə 444, № 4, maddə 680, № 6, maddə 1219) 4-cü hissəsində “Vergi” sözü “Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını” sözləri ilə əvəz edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 iyun tarixli 604 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunub:

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 iyun tarixli 604 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 461; 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsinin ikinci abzasında “və 41-ci maddəsinin 12-ci bəndində” sözləri “, 41-ci maddəsinin 12-ci bəndində və 41-1-ci maddəsinin 1-ci hissəsində” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.4-cü, 7.0.6-cı, 7.0.7-ci, 12.3-cü, 20.5-ci maddələrində, 21.11-ci maddəsinin birinci cümləsində (hər iki halda), 21.13-cü maddəsində, 22.16-cı maddəsinin ikinci cümləsində (hər iki halda), 24.7-ci, 28.1-ci, 32.3-cü və 33.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7.0.4-cü, 7.0.6-cı, 7.0.7-ci, 20.5-ci maddələrində, 21.11-ci maddəsinin birinci cümləsində (hər iki halda), 21.13-cü, 22.16-cı maddəsinin ikinci cümləsində (hər iki halda), 24.7-ci, 28.1-ci və 32.3-cü maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Qanunun 12.3-cü və 33.4-cü maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Xəbər lenti
25/11/2020 [00:18]:
Vergi Məcəlləsində dəyişiklik edildi
24/11/2020 [23:29]:
Ramin Musayev: Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik
24/11/2020 [22:42]:
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - rəsmi
24/11/2020 [22:09]:
İlham Əliyev Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib
24/11/2020 [21:58]:
Xalq artisti Əjdər Həmidov vəfat edib
24/11/2020 [21:16]:
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
24/11/2020 [20:37]:
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
24/11/2020 [20:11]:
“Brent” markalı neft 47 dollar həddini keçdi
24/11/2020 [19:36]:
Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi
24/11/2020 [19:01]:
Yeni tikilən binalara niyə qaz verilmir?
24/11/2020 [18:47]:
Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək
24/11/2020 [18:20]:
9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb
24/11/2020 [18:09]:
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
24/11/2020 [17:35]:
Noyabrın 25-ə hava proqnozu
24/11/2020 [16:38]:
Azərbaycan kubokunun püşkü atılıb
24/11/2020 [15:49]:
Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"
24/11/2020 [15:01]:
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
24/11/2020 [14:24]:
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötdü
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Faiq Qarayev: “Dağlıq Qarabağda beynəlxalq yarışlara ev sahibliyi edəcəyik”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin