"Qarabağ"ın dəyərini və nə demək olduğunu yaxşı bilirəm" - Ozobiç

05/09/2018 [21:27] - İdman (409)



Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkəsinin mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, 27 yaşlı futbolçu söhbətə Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Şerif”in qapısına vurduğu möhtəşəm qoldan başlayıb.

-Rəqibi keçdikdən dərhal sonra qapıya doğru zərbə haqda düşündüm. Ancaq qarşımda heç kimin olmadığını görüb, bir az da irəlilədim. Ardınca isə topu qapıya göndərdim. Hesab 3:0 oldu. Bu, artıq mərhələni keçmək demək idi. “Şerif” yaxşı komandadır, amma iki oyunun nəticəsinə görə qrupa düşməyə biz layiq idik.

- Bu, adi qol deyildi. İki il öncə “Qəbələ”nin heyətində “Lill”ə də belə qol vurmuşdunuz...

- Hə, yadımdadır. Ümid edirəm ki, sonuncu olmayacaq.  Azərbaycan çempionatında da bu cür qollarım olub. Bunların sayı daha çox olsa, pis olmaz (gülür).

- Niyə “Qarabağ”ı seçdiniz?

- “Qarabağ” 5 qat çempiondur. Baxmayaraq ki, “Qəbələ” əla klubdur, “Qarabağ” daha sabitdir. Hər şey yüksək səviyyədə təşkil olunub. “Qəbələ” ilə müqaviləm baş çatmışdı. Onlar qalmağımı istəyirdilər. Ancaq mənə daha yaxşı şərtlər təklif olunmuşdu. Ona görə də “Qarabağ”a keçdim. 

- Çindən də təklif aldığınız doğrudur?

- Bəli, onların iki il hər həftə sonu məni izləmək şanları var idi. Əlbəttə, mənimlə maraqlandıqları üçün şad olmuşdum.

- Bir çox ölkələrdə futbolçular bir iddalı klubu digərinə dəyişəndə əvvəlki komanda ilə səfər oyununa gedəndə problem yaşayır. Siz, “Qəbələ”nin stadionuna rahat gedə bilirsiniz?

- Onlar mənə görə üzülmüşdülər. Amma peşəkar futbolda bu, normal şeydir. Düşünürəm ki, Qəbələyə rahat gedə biləcəyəm. Amma hələ ki, onlarla səfər oyunumuz olmayıb.

- Milliyə yenə dəvət almadınız. Deyəsən, artıq bir daha yığmaya çağırılmayacağınızı düşünürsünüz və artıq bununla barışmısınız...

- “Qarabağ”ın dəyərini və nə demək olduğunu bilirəm. Təklif gələndə heç düşünmədim, dərhal qəbul etdim. Burda hər şey əladır. Milliyə dəvət almamağım iddalı olmamağım demək deyil. “Qarabağ” əla komandadır və şərtləri də çox yaxşıdır. Xorvatiya klubları futbolçulara belə dəyər vermir. “Dinamo” və “Riyeka” ilə qarşılaşsaq, onları necə keçəcəyimizi görəcəksiniz. İnanıram ki, “Qarabağ” Avroliqada qrupdan çıxacaq və yoluna davam edəcək.

- Düşdüyünüz qrupu necə dəyərləndirirsiniz?

- Qrupumuzda “Arsenal” və “Sportinq” kimi çətin və Çempionlar Liqası səviyyəsində komandalar var. “Vorskla” isə zəifdir. Qrupdan çıxmaq istəyirik. Bunun üçün mümkün xalın hamısını toplamağa çalışacağıq.
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Xəbər lenti
25/11/2020 [00:18]:
Vergi Məcəlləsində dəyişiklik edildi
24/11/2020 [23:29]:
Ramin Musayev: Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik
24/11/2020 [22:42]:
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - rəsmi
24/11/2020 [22:09]:
İlham Əliyev Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib
24/11/2020 [21:58]:
Xalq artisti Əjdər Həmidov vəfat edib
24/11/2020 [21:16]:
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
24/11/2020 [20:37]:
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
24/11/2020 [20:11]:
“Brent” markalı neft 47 dollar həddini keçdi
24/11/2020 [19:36]:
Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi
24/11/2020 [19:01]:
Yeni tikilən binalara niyə qaz verilmir?
24/11/2020 [18:47]:
Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək
24/11/2020 [18:20]:
9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb
24/11/2020 [18:09]:
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
24/11/2020 [17:35]:
Noyabrın 25-ə hava proqnozu
24/11/2020 [16:38]:
Azərbaycan kubokunun püşkü atılıb
24/11/2020 [15:49]:
Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"
24/11/2020 [15:01]:
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
24/11/2020 [14:24]:
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötdü
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Faiq Qarayev: “Dağlıq Qarabağda beynəlxalq yarışlara ev sahibliyi edəcəyik”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin