Ramiz Mehdiyev yeni rəhbəri kollektivə təqdim edib

03/09/2018 [22:34] - Gündəm (2447)



Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.

“AzPolitika.info”ya mötəbər mənbələrdən verilən məlumata görə,  AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov quruma rəhbərlik etdiyi dövrdə yol verdiyi ciddi qanunsuzluqara görə işdən kənarlaşdırılıb. Artıq onun yerinə təyinat da olub.

Mənbənin məlumatına görə, Vəli Hüseynovun yerinə  Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev təyin olunub.

Bu gün Famil Mustafayev Ali Attestasiya Komissiyasının kollektivinə də təqdim olunub. Təqdimatda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və  Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva da iştirak edib.

Mənbənin məlumatına görə,  Ramiz Mehdiyev çıxışında keçmiş rəhbərliyin fəaliyyətini kəskin tənqid edib, AAK-ın işində ciddi dönüş yaradılmasının zəruru olduğunu bildirib.

Famil Front oğlu Mustafayev 18 sentyabr 1966-cı ildə  Salyan rayonunda anadan olub. 

1983-cü ildə Salyan rayonu N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1984-1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1998-ci ildə “Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

2010-cu ildə “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını, 2014-cü ildə isə professor elmi adını almışdır.

60-dan çox məqalə, dərslik, dərs vəsaiti və proqramları, iki monoqrafiyanın müəllifidir.

famil-mustafayevFamil Mustafayev 1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim işləyib.

1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini kimi fəaliyyət göstərib.

1994–1996-cı illərdə “Azərbaycan İnvestisiya Şirkəti” SC-nin əvvəlcə vitse-prezidenti, sonra isə  prezidenti olub.

1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin əvəlcə icraçı direktoru, sonra isə prezidenti işləyib.

1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti vəzifəsində çalışıb.

2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-2” kafedrasının baş müəllimi işləyib.

2004–2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini, 2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri vəzifələrində işləyib.

2016-cı ildən bu günə qədər Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb.

2004-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professor vəzifəsində çalışır.

2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının üzvü olub.

 2013-cü ilin fevral–oktyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat və hüquq” elmləri üzrə ekspert şurasının sədri, 2013-cü ilin oktyabr ayından bu günə qədər isə “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının sədri işləyib.

2017-ci ilin sentyabr ayından Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədridir.
Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
Xəbər lenti
17/07/2019 [23:59]:
NATO baş katibinə yeni müavin təyin edildi
17/07/2019 [23:11]:
Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17/07/2019 [23:04]:
Polis gücləndirilmiş iş rejimə keçəcək
17/07/2019 [22:12]:
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
17/07/2019 [21:24]:
Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi son 1 ildə kəskin artıb
17/07/2019 [20:31]:
“Neftçi”nin baş məşqçisi: Gözəl nəticə qazanmağa çalışacağıq
17/07/2019 [20:14]:
166 nəfəri öldürən terrorçu ələ keçdi
17/07/2019 [19:47]:
İstanbulda 7,5 bal gücündə zəlzələ proqnozlaşdırıldı
17/07/2019 [18:53]:
13 alim AMEA-nın professoru seçildi
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Vilayət Eyvazovdan yeni təyinat
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Bahalaşma ilə bağlı təlaşa ehtiyac yoxdur – Nazir müavini
Şəki Xan Sarayında bədbəxt hadisə - yaralılar var - yenilənib
Vergilər Nazirliyinə yeni səlahiyyət verilib
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
İsveçrə səfiri: “İkitərəfli münasibətlər zamanla sürətlənir”
İmişlidə məktəb daxmada yerləşir - fotolar
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin