Açıq hökümət (açıq dövlət) dövlət idarəetmə üsuludur

11/07/2018 [23:23] - Açıq hökümət (585)



Açıq hökümət (açıq dövlət) dövlət idarəetmə üsuludur və əsasən dövlətin qəbul etdiyi qərarlar,
habelə onun fəaliyyəti haqqında məlumatların vətəndaşlar tərəfindən əldə edilməsi hüququnu
dəstəkləyir və dövlət tənzimləməsinə səmərəli ictimai nəzarətin təmin edilməsi məqsədini daşıyır.

Açıq hökümət geniş mənada dövlət qurumlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını, məlumatların açıqlanmamasının qarşısının alınmasını nəzərdə tutur. Çox zaman dövlətin fəaliyyətinin şəffaf olması hesabatlılığın təmin edilməsi ilə bağlıdır. Bu isə demokratik ölkə vətəndaşlarının hökümətin fəaliyyətinə ictimai nəzarət etmələrinə və beləliklə də ölkədə korrupsiya, rüşvət və digər vəzifə cinayətlərinin azaldılmasına imkan verir.

Dünyanın müxtəlif ölkələrində açıq hökümətin təşviqi üzrə iş aparılır və bunun üçün aşağıdakı
prioritet istiqamətlər müəyyən edilir:

İnformasiya azadlığı - vətəndaşların dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə dair informasiyaları sərbəst əldə etmələri;

Açıq məlumatlar - dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə dair məlumatların, informasiyaların
təhlil edilməsi üçün uyğun formatda hazırlanaraq nəşr və təqdim edilməsi. Onlardan tədqiqatçıların, QHT-in sərbəst istifadə etmə imkanının təmin edilməsi;

Açıq müzakirələr - dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə vətəndaşlar arasında açıq
müzakirələrin təmin edilməsi və vətəndaşların dövlət qurumlarının fəaliyyətinə təsir etmə
imkanlarının mövcudluğu;
Açıq büdcə - dövlət xərcləri, o cümlədən büdcə, dövlət satınalmaları, dövlətin bağladığı müqavilə
(kontrakt), verilmiş qrant və subsidiyalar haqqında məlumatların açıq olması;

Açıq parlament –parlament fəaliyyətinə dair informasiyalarının əlçatan, qanun layihələrinin
işlənib hazırlanması və qəbulu prosedurunun ictimaiyyət üçün açıq olması.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 05 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.
Dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə vətəndaşlar arasında ünsiyyət zamanı ən
çox yaranan problem informasiyaların siravi vətəndaşlar üçün aydın olmamasıdır ki, bunun da
həlli yolu kimi “açıq məlumatlar”ın təqdim olunması irəli sürülür.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrəKomissiya açıq
hökümətin təşviqi istiqamətində bir sıra tədbirlər görür. İnformasiya əldə edilməsinin asanlaşdırılması üçün Komissiya tərəfindən informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilmiş və informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları qəbul edilmişdir. Komissiya ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün Əməkdaşlıq Şəbəkəsi yaradılmışdır.

Komissiya fəaliyyətiyyətinin aşağıdakı istiqamətlərində məlumat açıqlığını təmin edir: 

- Müsabiqə və müsahibə prosesinə;
- Etik davarnış qayda larına nəzarətdə;
- Normativ aktların layihələrinin hazırlanmasında;
- İctimai əhəmiyyət kəsb edən qərarların qəbulu prosesində;
-Əməkdaşlıq Şəbəkəsinin fəaliyyətində.
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Xəbər lenti
03/12/2020 [11:57]:
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
03/12/2020 [11:47]:
Azərbaycanda qızıl və gümüş bahalaşıb
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin