“Açıq Hökumət Təşəbbüsü islahatlar hərəkatıdır” - Əliməmməd Nuriyev

07/07/2018 [23:07] - Açıq hökümət (779)



Açıq Hökumət Platformasının koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev QHT-lərin hazırkı problemlərindən və Azərbaycanda Açıq Hökumət Təşəbbüsü ilə bağlı görülən işlərdən danışır:

- Əliməmməd müəllim, Açıq Hökumət Təşəbbüsü adı altında böyük bir proses başlasa da, geniş ictimaiyyət bundan xəbərsizdir. Nədir Açıq Hökumət Təşəbbüsünün mahiyyəti?

- Biz çalışırıq ki, mütəmadi olaraq Açıq Hökumət Təşəbbüsü ilə bağlı cəmiyyəti maarifləndirək. Azərbaycan hökuməti 2011-ci ilin sentyabrında Açıq Hökumət Təşəbbüsünə qoşulub. Azərbaycan 2011-ci ildə “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulub. Məqsəd şəffaflığın artırılması və “Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və ən yaxşı praktikanın formalaşmasıdır. Hökumət Açıq Hökumət Təşəbbüsünə qoşulmaqla Açıq Hökumətin təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib.

Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (AHT) yaradılması ideyası 2011-ci ildə Vaşinqtonda 8 ölkə təmsilçiləri və bir sıra beynəlxalq QHT-ləri tərəfindən irəli sürülüb. Bundan sonra ABŞ və Brazilyanının rəhbərlik etdiyi İşçi Qrup AHT-nin struktur və prinsiplərini işləyib hazırlayıblar. 2011-ci ilin iyul ayında Vaşinqtonda ABŞ dövlət katibi Hilları Klinton rəsmən Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünü (Open Government Partnership- OGP) elan edib. 2011-ci ilin sentyabrında isə “Açıq Hökumət İdarəçiliyi Haqqında Bəyannamə” dərc olunub. BMT-nin 66-cı sessiyasında rəsmi olaraq bu təşəbbüs qəbul olundu.

 
Bunu Qlobal İslahatlar Hərəkatı da adlandırırlar. Hazırda beynəlxalq Açıq Hökumət Təşəbbüsü (Open Government Partnership (OGP)) 6 ildir ki, 2500-dən artıq islahatlar, öhdəliklər və 100-dən çox fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi üçün 75 milli hökumətlə işləyir. Artıq Açıq Hökumət Təşəbbüsünə qoşulan dövlətlərin sayı 75-ə çatıb. Azərbaycan da bu prosesə ilk qoşulanlardandır.

Təşəbbüsə qoşulandan dərhal sonra biz növbəti ildə sentyabrın 5-də Açıq Hökumətlə bağlı Milli Fəaliyyət Planı qəbul etdik. Bu plan 2012-2015-ci illəri əhatə edirdi. Bu fəaliyyət planında 9 istiqamət üzrə 43 tədbirin həyata keçirilməsini nəzərdə tuturdu. Milli Fəaliyyət Planı üzrə tədbirlərin bir çoxu həyata keçirildi. 2016-cı ilin hesabatlarında qeyd olundu ki, QHT-lərin müstəqil hesabat vermə mexanizmində irəliləyişə nail olunub. Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondunun birgə tərəfdaşlığı çərçivəsində həmin fəaliyyət planının və Korrupsiyaya qarşı mübarizə üzrə yeni Mili Fəaliyyət Planı (2012-2015) monitorinqini həyata keçirdik. Monitorinqin nəticəsində bəlli oldu ki, Açıq Hökumət Təşəbbüsü üzrə Milli Fəaliyyət Planının icra səviyyəsi 71 faiz olub, hökumət isə bunun 82 faiz olduğunu deyir. Amma Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının icra səviyyəsi isə 83 faiz olub. Hökumət isə bunun 86 faiz icra olunduğunu deyir. 2016-cı ildə Açıq Hökumət Təşəbbüsü ilə bağlı ikinci Milli Fəaliyyət Planı qəbul olundu. Bu dəfə korrupsiyaya qarşı mübarizə üzrə yeni fəaliyyət planı qəbul edilmədi. Açıq Hökumət Təşəbbüsü ilə bağlı Milli Fəaliyyət Planının tərkibində korrupsiyaya qarşı mübarizə tədbirləri nəzərdə tutuldu.

Əsas məsələ o idi ki, bu Milli Fəaliyyət Planında real icra oluna bilən tədbirlər nəzərdə tutulsun. Çünki çox nəhəng tədbirlər planlaşdırıla bilər, lakin icrası qeyri-mümkün olar. Ona görə də optimal yanaşma ortaya qoyulmalı idi. Həm də Açıq Hökumət Təşəbbüsü ilə bağlı Milli Fəaliyyət Planı geniş müzakirələrdən keçməliydi. Bu planın qəbul olunmasında vətəndaş cəmiyyəti geniş formatda iştirak etdi. 2016-cı ilin mart ayında QHT Şurası Avropa Şurası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə birgə geniş dinləmələr təşkil etdi. Burada 300-dən artıq QHT təmsilçisi, hökumət nümayəndələri, o cümlədən OGP-nin həmsədrləri də iştirak edirdi. Bu müzakirələr nəticəsində 2016-cı ilin 27 aprelində prezident sərəncamı ilə ikinci 2016-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Planı təsdiqləndi. Burada da 11 istiqamət üzrə 59 tədbir nəzərdə tutulur. 59 tədbirdən 32-də vətəndaş cəmiyyətinin təklifləri nəzərə alınıb.

Əsas məsələ o idi ki, bu Milli Fəaliyyət Planında real icra oluna bilən tədbirlər nəzərdə tutulsun”
Yeni plan çox böyük potensiala malikdir. Bu planın icrası islahatlar proqramının aktuallığını təmin etməyə kömək edəcək, vətəndaşlar, vətəndaş cəmiyyəti üçün yeni imkanlar açacaq. Xüsusən şəffaflıq, məlumatlara əlçatanlıq, dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi, vətətəndaşların idarəetməyə cəlb olunması istiqamətində yeni irəliləyişlər əldə etməyə imkan verəcək.

Bu planın uğurla icrası xeyli dərəcədə vətəndaş cəmiyyətinin fəal mövqe tutmasından da asılı olacaq. Vətəndaş cəmiyyəti institutlarının islahatları gündəlikdə saxlaması, müvafiq dövlət qurumlarını müstəqil dəyərləndirmə ilə təmin etməsi və AHT təşəbbüsləri üçün vacib olan ictimai etimad mühitinin yaradılması istiqamətində təşəbbüsləri çox mühüm əhəmiyyətə malikdir.


- Açıq Hökumət Təşəbbüsünün fəaliyyət istiqamətləri, prinsipləri nələrdir?

- AHT-nin missiyası belədir, hökumətlər daha şəffaf, daha hesabatlı, vətəndaşlara münasibətdə daha məsuliyyətli olmalıdır.

“Açıq Hökumət Bəyannaməsi”ni Bəyannaməni imzalyan ölkələr 4 istiqamət üzrə öz üzərlərinə öhdəlik götürblər:

1) hökumətlərin fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlğın artırılması;
2) idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi;
3) dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi;
4) hökumətin daha hesabatlı və açıq olması üçün yeni nəsil texnologiyaların tətbiq olunması.

Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşəbbüsünə üzv olmaq niyyətində olan ölkələr üçün 4 meyar üzrə minimum tələb müəyyənləşdirilib:

1) fiskal şəffaflıq;
2) məlumatlara əlçatanlıq;
3) dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi;
4) vətətəndaşların idarəetməyə cəlb olunması.


Təşəbbüsə qoşulan ölkələr bir qayda olaraq iki illik fəaliyyət planı hazırlayır. AHT Rəhbər Komitəsi isə sonradan bu Fəaliyyət Planını monitorinq edir və rəyini açıqlayır.

Mövcud tələblərə görə Fəaliyyət Planı koordinasiyaya cavabdeh müvafiq dövlət qurumu tərəfindən də monitorinq olunmalı və nəticələr ictimaiyyət üçün açıqlanmalıdır.

Bütün bunlarla yanaşı, korrupsiyaya qarşı mübarizə də yer alır. Korrupsiyaya qarşı mübarizə aparılmadan heç bir islahatdan tam nəticə əldə etmək mümkün deyil. Mədən sənayesində şəffaflığın artırılması, maliyyə şəffaflığının gücləndirilməsi, ictimai vəsaitlərin xərclənməsi üzərində nəzarətin gücləndirilməsi buraya daxil idi. Ən vacib və OGP-nin Azərbaycanla bağlı qərarında da vurğulanın məsələ o idi ki, vətəndaş cəmiyyəti üçün mühit yaxşılaşdırılmalıdır. Bu da qanunvericilik aktlarının hazırlanmasında təkliflərin nəzərə alınması ilə özünü göstərir. Milli Fəaliyyət Planı qəbul olunduqdan sonra bu istiqamətlərdə işlərə başlanıldı. Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı addımlar atıldı.

2016-cı ilin 9 sentyabrında Azərbaycanda Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması yaradıldı. Hazırda platformada 34 QHT, 9 dövlət orqanı və parlament nümayəndəsi təmsil olunur. Çünki ictimai iştirakçılığının real olaraq təminatı odur ki, hökumətlə vətəndaş cəmiyyəti daimi dialoq mühitində olsun. Bu platformanın təsis prosesində texniki tərəflər QHT Şurası tərəfindən həyata keçirildi.

Platformanın məqsədi “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinə hərtərəfli dəstək verilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiq edilməsi, bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin təmin edilməsi, habelə hökumət-vətəndaş cəmiyyəti dialoqunun inkişaf etdirilməsi


- Bu platformaya daxil olan hökumət qurumları hansılardır?

- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət), Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə milli koordinatoru, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, parlamentin nümayəndəsi kimi Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri təmsil olunur. Bunlar, sadəcə, üzvlər deyil, onlar qərar qəbuletmə prosesində iştirak edən şəxslərdir.

- Bəs QHT-lərdən...?

- Platforma Azərbaycanın vətəndaş cəmiyyətinin bütün spektrini əhatə etməklə, ixtisaslaşmış, öz sahəsində nüfuzlu 34 QHT-ni birləşdirir. Platformada üzvlük açıqdır. Bu təşəbbüsü dəstəkləyən vətəndaş cəmiyyəti təşkilatları, parlament və hökumət nümayəndələri platformaya üzv ola bilərlər. Bəzi QHT-lər OGP-nin katibliyinə bizdən şikayət edir ki, platforma qapalıdır, biz onları qəbul etmirik. Ancaq əslində belə deyil. Biz bir çox QHT-lərə müraciət etdik ki, üzv olmaq istəyirsinizsə, gəlib platformaya qoşula bilərsiniz. Hətta elektron qaydada məktub da göndərdik. Onlardan bəziləri dərhal reaksiya verdi ki, üzv olmaq istəyirik. Bəziləri dedi ki, biz hazır deyilik. Mən bu Platformanın koordinatoru olaraq deyirəm ki, hər kəsə açıqdır. Hamı üzv olmaq üçün müraciət edə bilər. Ancaq əlbəttə ki, burada üzvlüyə qəbul zamanı müəyyən kriteriyalar da nəzərə alınır. Üzvlərin qəbul olunması prosesi davamlı olacaq. Dövlət orqanlarının nümayəndələri də platformaya üzv olmaq üçün bizə müraciət edirlər. Məsələn, Xarici İşlər Nazirliyinin nümayəndəsi də üzvlük üçün müraciət edib. Dövlət Neft Fondu və digərləri də bizimlə birgə fəaliyyət göstərməyə hazırdırlar. Onlar həm də Milli Fəaliyyət Planında nəzərdə tutulmuş bir çox tədbirlər üzrə cavabdeh olan qurumlardır. Onların Milli Platformada iştirak etməsi çox vacib məsələdir.



QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
Xəbər lenti
03/12/2020 [11:57]:
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
03/12/2020 [11:47]:
Azərbaycanda qızıl və gümüş bahalaşıb
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin