“Hesablama Palatası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib

30/06/2018 [22:44] - Açıq hökümət (599)



Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təşəbbüsü ilə “Kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi”nin (“Hesablama Palatası haqqında” qanun layihəsi) ictimai müzakirəsi keçirilib. Hesablama Palatası ilə birgə keçirilən tədbirdə Palatanın nümayəndələri,  millət vəkilləri, Platforma üzvü QHT-lər, müstəqil ekspertlər, Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Giriş nitqində Platformanın əlaqələndiricisi Əliməmməd Nuriyev “Hesablama Palatası haqqında” qanun layihəsinin beynəlxalq audit standartlarının,  Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) tələbləri nəzərə alınmaqla hazırlandığını qeyd edib. Bildirib ki, bu qanun layihəsi əvvəlkindən əhatə dairəsinə görə fərqlənir. Yeni qanun layihəsi Hesablama Palatasının həyata keçirdiyi auditin forması ilə bağlı yeniliklər də gətirib:  “Nəzərə alsaq ki, büdcə vəsiatlərindən səmərəli istifadə olunması hər birimiz çox vacibdir, deyə bilərik ki, “Hesablama Palatası haqqında” qanun layihəsi hər bir vətəndaşın marağına xidmət edir”.

Hesablama Palatasının auditoru Firsənd Qurbanov diqqətə çatdırıb ki, ictimai müzakirədə səslənən faydalı fikirlər Palatanın fəaliyyətində nəzərə alınacaq: “Zaman dəyişir, dövlət büdcəsinin xərclərinə münasibət dəyişir, hər bir xərc mütləq nəzarətdə olmalıdır. Bugünkü müzakirə Hesablama Palatası üçün faydalı olacaq. İctimai müzakirədə səslənən hər bir faydalı fikirdən qanun layihəsində və ya öz fəaliyyətimizdə bu və ya digər formada istifadə edəcəyik”.

Hesablama Palatasının hüquq və kadr məsələləri şöbəsinin müdiri Nəsir Sadıqov ““Hesablama Palatası haqqında”  yeni qanun layihəsi” mövzusunda təqdimatla çıxış edib. Qeyd edib ki, yeni layihə ilə Hesablama Palatasının statusu və kənar dövlət maliyyə nəzarəti konkret müəyyən olunub, nəzarət tədbirləri ilə bağlı məlumatların əldə edilməsi və məlumatlara çıxış imkanları genişləndirilib, auditlərin mandatı və spesifikası müəyyənləşdirilib: “Hesablama Palatasının üzvləri ilə bağlı yeni tələblər müəyyən olunub. Xüsusən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, beynəlxalq prinsiplər, xarici ölkələrin təcrübələrinin öyrənilməsi geniş şəkildə qanun layihəsində əksini tapıb. Kadr potensialının gücləndirilməsi Hesablama Palatasının fəaliyyətinin əsas istiqamətlərindən biridir.  Kadr potensialının genişləndirilməsi üçün xüsusi təlim mərkəzinin yaradılması nəzərdə tutulur”.

Platforma üzvü Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov “Səmərəli kənar nəzarət hansı qanunvericilik mühitini tələb edir?” mövzusunda təqdimatla çıxış edib. S.Bağırov Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) standartları, “Auditin Rəhbər Prinsiplərinin Lima Bəyannaməsi”ndə əks olunan məsələlər,  beynəlxalq təcrübədə ali audit qurumlarının fəaliyyəti barədə məlumat verib. S.Bağırov tövisyyələri də təqdim edib. Tövsiyyələrdə Hesablama Palatasının statusu, səlahiyyət çərçivəsi, Palatanın fəaliyyətinin maliyyələşməsi,  üzvlərinin təminatları məsələləri əks olunub.

Təqdimatlardan sonra millət vəkilləri Vahid Əhmədov və Aydın Hüseynov qanun layihəsi ilə bağlı fikirlərini bölüşüblər.  Müzakirələr zamanı  Platforma üzvləri, İqtisad Universitteninin alimləri,  müstəqil ekspertlər qanunun ayrı-ayrı maddələri ilə bağlı fikirlərini açıqlayıblar. Dövlət qurumlarının performans auditi, dövlət orqanlarının maliyyə performansı audtinin keçirilməsi, audit fəaliyyətinin əhatə dairəsi, səmərəliliyi  ilə bağlı məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Diskusiyalardan sonra Hesablama Platası nümayəndələri səslənən sualları cavablandırıblar və tövsiyyələrə münasibət bildiriblər.

Müzakirələrin sonunda Ə.Nuriyev qeyd edib ki,  səslənən təkliflər ümumiləşdiriləcək və Platforma tərəfindən Hesabalam Platasına təqdim olunacaq.

 

QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
Xəbər lenti
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
02/12/2020 [13:01]:
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - sərəncam
02/12/2020 [12:48]:
Anar Kərimov "France 24" müsahibə verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin