“ASAN İmza”dan istifadə tariflərini hökuməti müəyyən etməlidir

20/06/2018 [22:26] - Açıq hökümət (603)



Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması “ASAN İmza” xidmətinin abunə haqqının artırılması ilə bağlı  Bəyanat verib.

 “ASAN İmza”nın operatoru “Best Solutions”   MMC və üç mobil operator bu xidmət  üzrə aylıq abunə haqqının 2.5 dəfə artırıldığını açıqlayıblar. 15.08.2018-ci il tarixindən etibarən “Asan İmza” xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları əməkdaşları olan abunəçilər üçün hər faktura dövrünə görə abunə haqqı ƏDV daxil 2.50 AZN məbləğində təyin edilib. Hazırda aylıq abunə haqqı 1   AZN təşkil edir.

Aylıq abunə haqqının artırılmasını   mobil operatorlar “Asan İmza” xidmətinin birbaşa təminatçısı   “Best Solutions” MMC-nin təklifi ilə baş verdiyini açıqlayıblar. “Best Solutions” MMC isə bu təklifini xidmətin maya dəyərini təşkil edən zəruri xərclərin əhəmiyyətli artmasıyla izah edib.

Məlum olduğu kimi “ASAN İmza”   dövlət layhəsidir.  Bu xidmət Vergilər Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) “Best Solutions” şirkətinin mobil operatorlarla birgə əməkdaşlığı ilə yaradılıb.

Bu dövlət qurumları   qiymət artımından məlumatsız və prosesdən xəbərsiz olduqlarını bildirblər. Buradan belə qənaətə gəlmək olur ki, kifayət qədər ictmai əhəmiyyət kəsb edən, kütləvi xarakterli bir xidmətin qiymətinin artırılması yalnız “Best Solutions” MMC-nin təkidi, mobil operatorların razılığı ilə həyata keçirilib.

Nəzərə almaq lazımdır ki,   mobil “ASAN imza   xidməti ölkədə yalnız bir qurum tərəfindən təklif olunur.  Bu sahədə rəqabət yoxdur.  Məhz bu səbədən hər üç mobil operator da qiymətləri eyni anda qaldırdıqlarını bildiriblər.

Platforma bəyan edir ki, “ASAN imza”   operatorunun qiymət artımı ilə bağlı irəli sürdüyü arqumentlərin heç bir əsası yoxdur.  Bu xidmətlərin hazırlanması və istismarı üçün hökumət tərəfindən də xeyli vəsait ödənilib.  İlkin dövrlərdə yalnız “Azercell”  şirkəti ilə birgə istifadəyə verilən xidmət üçün kifayət qədər yüksək abunə haqları müəyyən edilmiş və çəkilən xərclərin ödənilməsi üçün hökumət tərəfindən yetərli imkanlar yaradılmışdır.

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması hesab edir ki,   minlərlə hüquqi və fiziki şəxslərin mənafeyinə toxunan, dövlət layihəsi çərçivəsində yaradılan  bir ictimai xidmətin  haqqının kəskin artması ilə bağlı bu çür açıqlama yetərli ola bilməz. Bu cür qərarın verilməsinin bir cümlə izah edilməsinə cəhd göstərilməsi, ətraflı məlumat açıqlanmaması   yolverilməzdir.

Mütəxəssislərin və ekspertlərin rəyləri də göstərir ki,   artıq qurulmuş və işə salınmış bir platformada bu tip xidmətlərin göstərilməsi hər hansı əlavə xərclər yaratmır.

Platforma bəyan edir ki,   əsassız   formada   qadırılan aylıq abunə haqları ölkədə elektron hökumət quruculuğunun, elektron xidmətlərin  inkişafına mənfi təsir göstərir, vətəndaşların elektron mühitə marağının azalmasına gətirib çıxarır.

Platforma yuxarıda qeyd olunanları nəzərə alaraq, bu məsələyə müvafiq dövlət orqanlarının münasibət bildirməsini, abunə haqlarının artırılması prosesinin dərhal dayandırılmasını vacib hesab edir.

Platforma müvafiq dövlət orqanlarını bu məsələnin araşdırılmasına, qanunvericilik çərçivəsində, ictimai maraqlar əsas götürülməklə tədbirlər görülməsinə çağırır.
Plaforma hesab edir ki,  adı çəkilən xidmətin ictimai əhəmiyyət kəsb etməsi, hələlik bu sahədə rəqabətsiz mühitin mövcudluğunu, dövlət  layihəsi olması, minlərlə sahibkarın və dövlət qurumlarının bu imzadan istifadə etməsi nəzərə alınaraq, “ASAN İmza”   xidmətlərindən istifadə ilə bağlı tariflər, digər məsələlər  hökumət tərəfindən müəyyən olunmalıdır.
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Xəbər lenti
03/12/2020 [11:57]:
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
03/12/2020 [11:47]:
Azərbaycanda qızıl və gümüş bahalaşıb
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin