Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təqdimatı keçirilib

04/06/2018 [21:22] - Açıq hökümət (577)



QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təqdimatı və Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı (AHT) Beynəlxalq Təşəbbüsündə iştirakı ilə bağlı məlumatlandırma məqsədilə regionlarda tədbirlər keçirilir.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran, Sabirabad və Xaçmaz rayonlarında keçirilən tədbirlərdə yerli dövlət qurumlarının, QHT-lərin təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Platformanın koordinatoru Əliməmməd Nuriyev “Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi: Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” mövzusunda məruzə ilə çıxış edərək görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə ətraflı məlumat verib.

Ə.Nuriyev çıxışında 31 QHT-nin və 10 dövlət qurumunun iştirakı ilə yaradılan Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının missiyası və fəaliyyət istiqamətlərinə də geniş yer ayırıb. Qeyd edib ki, Platformanın yaradılması Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsündən irəli gələn islahatların həyata keçirilməsinə, bu istiqamətdə mümkün çətinliklərin dəf olunmasına, islahatlara ictimai etimadın artırılmasına əhəmiyyətli şəkildə yardım göstərməyə imkan verəcək. Eyni zamanda Platforma Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünün ideya və məqsədlərinin geniş auditoriya tərəfindən aydın, düzgün qavranılması, daha səmərli nəticələrə nail olunması üçün vacib əlverişli mühitin yaradılmasına köməklik göstərəcək.

Ə.Nuriyev həmçinin çıxışında “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illəri üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsinin nəticələri, Prezidentin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiqlənən növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərdən də söz açıb.

Platformanın koordinatoru qeyd edib ki, vətəndaşların Azərbaycanda Açıq Hökumətin təşviqi ilə bağlı həyata keçirilən işlərdə fəal iştirakı mühüm əhəmiyyətə malikdir. Çünki bu səylərin hədəfi məhz vətəndaşların qərarların qəbulu prosesinə daha geniş cəlb edilməsi, onların dövlət orqanlarının fəaliyyəti barədə daha asan məlumat əldə edə bilməsi, hesabatlılıq və şəffaflığın daha yüksək səviyyədə təmin olunmasıdır.

Toplantılarda iştirakçıların sosial, iqtisadi, hüquqi mövzulara aid sualları da cavablandırılıb.

Analoji tədbirlərin Gəncə və Şəmkirdə də keçirilməsi planlaşdırılır.
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
Xəbər lenti
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
02/12/2020 [13:01]:
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - sərəncam
02/12/2020 [12:48]:
Anar Kərimov "France 24" müsahibə verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin