Açıq hökumət təşəbbüsü Azərbaycanın regionlarında müzakirə edilir

27/05/2018 [21:14] - Açıq hökümət (543)



2009-cu ildən başlayaraq idarəetmədə yeni bir hərakət kimi başlayan “Açıq Hökumət təşəbbüsü” 2011-ci ilin sentyabrında 69 dövlətin imzaladığı “Açıq Hökumət Bəyannaməsi”i ilə rəsmiləşmişdir. Bu təşəbbüs dünyada hər bir ölkənin vətəndaşlarının i)öz hökumətindən daha açıq, effektiv, məsuliyyətli və şəffaf idarəetmə, ii) qərarların qəbulunda daha fəal iştiraka cəlb olunmasını iii) daha etibarlı və inandığı və iv) korrupsiya ilə effektiv mübarizə sistemi olan hökumət qurmağı gözlədiklərini əhatə edir.

Bu təşəbbüs 2011-ci ilin sentyabrında 69 dövlətin imzaladığı “Açıq Hökumət Bəyannaməsi”i ilə nəticələnmiş və təşəbbüsə qoşulam ölkələrdə bu bəyannamə əsasən milli səviyyədə tədbiq olunmağa başlamışdır. Azərbaycan “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə həmin il qoşulub və bu təşəbbüsə qoşulmaqda əsas məqsəd şəffaflığın artırılması, “Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və ən yaxşı praktikanın formalaşmasıdır. Azərbaycan bu təşəbbüsə qoşularaq “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı”nı hazırlamış və bu fəaliyyət planı çərçivəsində dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və yeni sosial texnologiyaların tətbiqi kimi prinsipləri bəyan etmişdir, lakin bütün dünyada olduğu kimi bu mərhələdə Azərbaycanda da fəaliyyətlər əsasən milli səviyyədə həyata keçirilmiş, mərkəzi hakimiyyət orqanları bu fəaliyyətin iştirakçıları, paytaxt və daha iri şəhərlər isə onun fəaliyyət əraziləri olmuşdur.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” 27 Aprel 2016-cı ildə təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir ki, bu tədbirlərin 25-də bələdiyyələr və yerli icra orqanlarının əsas içraçı və ya iştirakçı kimi nəzərdə tutulur. Həmçinin bu planın təsdiqi ilə əlaqadar Prezident sərəncamının 5-ci bəndində tədbirlərin həyata keçirilməsinə, dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunmağı tövsiyə olunub. Fəaliyyət Planının icrasının ilk dövründə “Açıq Hökumətin Təşviqi” üzrə Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platforması qurulmuş və müvəffəqiyyətlə fəaliyyətə başlamışdır. Bu isə onu göstərir ki, Azərbaycan hökuməti “Açıq hökumətin təşviqin”ə yerli icmaları, bələdiyyələri və yerli hökumət orqanlarını qoşmaqda israrlıdır. “Açıq hökumətin təşviqi”nin yerli səviyyədə tədbiqi isə özlüyündə bu təşəbbüsün dayanıqlığını və real tədbiqi imkanlarını artırır.

20 ildən çoxdur ki, icmalarla əməkdaşlıq edən, Azərbaycanda 300-dən çox icmanın səfərbərliyinə və institusonal inkişafına dəstək vermiş, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi bu imkanları qiymətləndirərək “Yerli səviyyədə Açıq Hökumət Tərədaşlığına başlamaq” təşəbbüsü ilə Avroasiya Əməkdaşlıq Fonduna müraciət etmişdir. Bu müraciət fond tərəfindən qiymətləndirilmiş, Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyələşdirilən “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını çərçivəsində maliyyələşdirilməsi qərara alınmışdır.  

Bu layihənin əsas məqsədi yerli açıq hökumət aktyorları arasında əlaqələri(münasibətləri) möhkəmləndirmək və “Açıq hökumətin təşviqi” üzrə Milli Fəaliyyət Planında nəzərdə tutulmuş fəaliyyətlərin icrasına tövhə verməkdir. Layihənin fəaliyyət planına uyğun olaraq 19 May 2017-ci ildə Azərbaycanın ən böyük kənd rayonlarından olan  Sabirabad rayonunda  Yerli səviyyədə “Açıq Hökumət Tərədaşlığına” başlamaq təşəbbüsü adlı tədbir keçirilmişdir. Tədbirdə “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev, Platformanın üzvü, “Ümid” SİD İB-nin icraçı direktoru İsrayıl İsgəndərov,  “Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur  İbrahimli, Sabirabad, Saatlı, İmişli RİH-nin məsul şəxsləri, yerli dövlət qurumlarının, QHT-lərin təmsilçiləri, 13 icmadan İcra Nümayəndələri, Bələdiyyə və İcma İnkişaf Şuralarının üzvləri iştirak etmişlər.  

Tədbirdə  “Yerli səviyyədə “Açıq Hökumət Tərədaşlığına” başlamaq təşəbbüsü” layihəsi barədə məlumatların verilməsi və layihə çərçivəsində “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illəri üçün Milli Fəaliyyət Planı”nın icrasının tədqiqi məqsədilə 15 hədəf icmada aparılmış tədqiqatın nəticələri müzakirə edilmişdir. Tədqiqat Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulmuş 11 istiqamətdən 6-nı əhatə etmiş və 15 İcma Əsaslı Təşkilatın, 4 yerli QHT-nin, RİH Başçısının Ərazi üzrə 15 Nümayəndəliyinin, 5 sahibkarlıq subyektinin nümayəndələri olmaqla 50 nəfəri əhatə etmişdir. Milli Fəaliyyət Planının həyata keçirilməsi prosesində qeyd olunan bəndlər üzrə fəaliyyətlərin yerinə yetirilməsi və təşviqi vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə resipondentlərin

AHT layihəsi və MFP-nı haqqında məlumatlılıq;

Electron xidmətlərin təkmilləşdirilməsi və informasiyanın əldə olunmasının təmini;

Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətlərinin genişləndirilməsi və ictimai iştirakçılığın artırılması;

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi;

Korrupsiya və ona qarşı mübarizə ilə əlaqədar maarifləndirmə tədbirlərinin keçirilməsi Ilə bağlı sualların cavablandırılması nəzərdə tutulmuşdur.

 AHT layihəsi və MFP-nı haqqında məlumatlılıq səviyyəsi 25% təşkil edir ki, bunlar da əsasən ƏİN və QHT-nümayəndələridir. Bu respondentlər məlumatları əsasən televiziya və ya mətbuatdan aldıqlarını bidirmişlər, Elektron xidmətlərin inkişaf etdirilməsi şəffaflığın təmin olunması və koorupsiyanın qarşısının alınmasının üçün əsas vasitələrdən biridir. MFP-da Elektron xidmətlərin inkişafı ilə əlaqədar Elektron Hökumət saytlarının mobil interfeysinin yaradılması, EH portalının inkişafı və vətəndaşların bu sahəyə dair maarifləndirilməsi, təhsil müəssisələrinə sənədlərin qəbulu və digər xidmətlərin regionlarda da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sorğuda iştirak edənlərin 44%-i elektron xidmətlərdən istifadə etdikləri və  məlumatlı olduqları müəyyənləşdirilmişdir. Elektron xidmətlərdən əsasən komunal xərclərin ödənilməsində, kredit və cərimələrin ödənilməsində və bir sıra xidmətlər üçün ödəmə terminallarından, bankomantlardan, bank və poçt xidmətlərindən istifadə etdiklərini bildirmişlər. Təqribən  sorğuda iştirak edənlərin 50%-dən çoxu bu xidmətlərdən özləri və ya ailə üzvlərindən kimsə istifadə etdiklərini qeyd etmişlər. Ancaq bu xidmətlərə də çıxışlar məhduddur. Sorğu aparılan 15 icmadan ancaq 2-də ödəmə terminalları quraşdırılmışdır. Əsasən belə qurğular rayon mərkəzi və böyük məntəqələrdə yerləşir. Açıq Hökumət Portalından məlumatlılıq təqribən 16% təşkil edir.

Həmçinin Dövlət orqanlarının internet səhifələrinin mobil interfeysindən respondentlərin təqribən 18%-i istifadə edir. Respondentlərin 24%-i “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”, onun vəzifələri, rolu, fəaliyyəti barədə qismən məlumatlı olduqqlarını bildirmişlər. 30% respondent İctimai Şuralar, onların fəaliyyətləri barədə  məlumatlı olduğunu qeyd etmişdir. 90-95% sorğu iştirakçıları icmalarda QHT-lər və digər qurumlar tərəfindən layihələrin həyata keçirilməsi ilə əlaqədar yaradılmış İcma Əsaslı Təşkilatların fəaliyyətləri barədə məlumatlı olduqlarını bildirmişlər. Bu qruplar isə ancaq icma və ya klaster səviyyəli məsələlərin həllində, qərarların qəbulunda İN, Bələdiyyə ilə birlikdə iştirak edirlər. Sorğulara əsasən respondentlərin 80%-nin rəyinə əsasən bələdiyyələr tərəfindən seçicilərə hesabatlar verilir. Bələdiyyələrin fəaliyyəti ilə vətəndaşlar ancaq müxtəlif yerlərdə (kəndin arasında, çayxanalarda, xeyir və yas mərasimlərində, müxtəlif görüşlərdə və keçirilən hesabatlarda məlumat əldə edə bilirlər. Sorğu aparılmış 15 icmada Bələdiyyələrin cəmi 10%-nin şəxsi sosial səhifələri vardır. Ancaq bu hesabatlar səthi xarakter daşımaqla ildə bir-iki dəfə keçirilir.  

Aparılmış sorğular təhlil edilərək MFP-nın yerinə yetirilməsi ilə əlaqədər görülmüş işlər və nəzərdə tutulmuş hədəflərə çatmaq üçün yerinə yetirilməsi lazım olan aşağıda göstərilən fəaliyyətlər tövsiyyə olunur.

AHT layihəsi və MFP haqda vətəndaşlarla, yerli icra, özünüidarə və özəl qurumların nümayəndələri ilə maarifləndirmə tədbirlərinin keçirilməsi, müxtəlif broşur və bukletlərin hazırlanıb paylanması;

İcmalarda Electron hökumət portalının imkanlarından istifadə, elektron xidmətlərdən istifadə, korrpsiyaya qarşı mübarizə və şəffalığın atırılması üzrə maarifləndirmə tədbirləri (təlimlər, dəyirmi masalar və görüşləri) keçirilməsi;

Hədəf icmalarda elektron ödəmə terminallarınını quraşdırılması;

Açıq Hökumətin Təşviqinə Dair  “Yerli səviyyəli Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” formalaşdırılması;

Bələdiyyələrin sosial media(Facebook, tweeter və s) səhifələrinin yaradılması, səhifələrin ictimayyət arasında yayılması.

Bu tədbirdə “Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur  İbrahimli Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın Reqlamentini və Anlaşma Memorandumunu təqdim etmişdir. Qeyd edilən sənədlər səsə qoyularaq qəbul edilmişdir. Beləliklə, 4 yerli QHT, 6 dövlət qurumu, 5 yerli Bələdiyyə və 8 İcma İnkişaf Şurasının iştirakı ilə   Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” formalaşdırılmışdır. Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” bir ay ərzində qərar qəbul etmə prosesində vətəndaşların fəal iştirakının təmin olunmasına, yerli hökumət orqanlarının və bələdiyyələrin hesabatlılıq və şəffaflıq səviyyəsinin artırılmasına, yerli icmaların elektron xidmətlərə çıxış imkanlarının artırılmasına dəstək məqsədilə fəaliyyət planın hazırlanmasını  nəzərdə tutulur.
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
Xəbər lenti
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
02/12/2020 [13:01]:
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - sərəncam
02/12/2020 [12:48]:
Anar Kərimov "France 24" müsahibə verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin