"Bakcell"dən abunəçilərin işini asanlaşdıran daha bir yenilik

16/08/2018 [11:49] - Cəmiyyət (184)



Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” yeni özünəxidmət tətbiqetməsi istifadəyə verib. Onun sayəsində artıq nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə, yaxud da məlumat mərkəzinə zəng etməyə ehtiyac yoxdur.

Şirkət ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq, ən innovativ və unikal müştəri xidməti alətini – “Mənim Bakcellim” applikasiyasını təqdim edib.

Abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün “Bakcell” virtual müştəri xidməti tətbiqetməsini onların ixtiyarına verib.

“Bakcell” ölkənin telekommunikasiya bazarına ən son texnologiyaların, məhsul və xidmətlərin gətirilməsi baxımından həmişə yenilikçi olub. Tam əminliklə deyə bilərəm ki, təqdim etdiyimiz yeni “Mənim Bakcellim” tətbiqetməsi mobil rabitə sahəsindəki müştəri xidmətlərində rahatlıq, şəffaflıq və innovasiyadan ibarət tam yeni dövrün başlanğıcı olacaq”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

“Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımi əməliyyatları həyata keçirməklə yanaşı, balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları müştəri xidməti mərkəzinə getmədən, növbədə gözləmədən və hətta məlumat mərkəzinə zəng vurmadan əldə edirlər.

Bu tətbiqetməni yükləyən “Bakcell” abunəçiləri çox rahat şəkildə aşağıda qeyd olunanları edə bilərlər:

- Xidmətləri, internet və rouminq paketlərini aktiv və ya deaktiv etmək;

- İstifadə olunan internet paketlərinin qüvvədən düşmə tarixini və balansını öyrənmək;

- Tariflər və bütün digər təkliflər barədə məlumat almaq və onlara qoşulmaq.

Bundan əlavə, “Mənim Bakcellim” istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malik olacaqlar. Abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti, abunəliklər, tutulmuş məbləğlər və əlavə xidmətlərdən istifadə daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edə biləcəklər.

“Yeni “Mənim Bakcellim” mobil tətbiqetməsi sayəsində bizim abunəçilərimiz müştəri xidmətinə getmək və ya məlumat mərkəzinə zəng etmək üçün vaxt itirməyəcəklər. Onlar sadəcə bu proqramı yükləməklə smartfon, planşet və ya kompüter vasitəsilə yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanırlar”, - deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Todor Dimitrovski bildirib.

“Mənim Bakcellim” mobil tətbiqetməsini “Android” və “iOS” sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda “Mənim Bakcellim” proqramının “desktop” versiyasından yararlana bilərlər.

Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər https://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.

İlham Əliyevdən yeni təyinat: 7 sərəncam, 3 fərman
Gürcüstanda prezident seçkisinin ikinci turunun tarixi elan olunub
“Azadlıq” qəzetinin ofisində oğurluq olub
Eldar Əzizov polis rəisinin tikintisini dayandırdı - Qanunsuz olduğu iddia edilir
Deputatdan çağırış: “Rüfət Aslanlının bütün əmlakı şəhid ailələrinə verilsin”
Xəbər lenti
15/11/2018 [00:01]:
İlham Əliyevdən yeni təyinat: 7 sərəncam, 3 fərman
14/11/2018 [23:42]:
Azərbaycanda yeni cərimələr təsdiqləndi
14/11/2018 [22:28]:
Gürcüstanda prezident seçkisinin ikinci turunun tarixi elan olunub
14/11/2018 [21:36]:
“Azadlıq” qəzetinin ofisində oğurluq olub
14/11/2018 [20:34]:
Eldar Əzizov polis rəisinin tikintisini dayandırdı - Qanunsuz olduğu iddia edilir
14/11/2018 [19:41]:
Deputatdan çağırış: “Rüfət Aslanlının bütün əmlakı şəhid ailələrinə verilsin”
14/11/2018 [18:54]:
Azərbaycana sərt qış gəlir
14/11/2018 [18:07]:
Bakılı İsraildə seçkilərdə qalib gəldi və mer oldu
14/11/2018 [17:31]:
Səfir: “BƏƏ bazarlarında Azərbaycan məhsulları satılır”
14/11/2018 [17:23]:
Kreml Putinin İstanbul səfərinin detallarını açıqladı
14/11/2018 [16:29]:
Gürcüstanın Azərbaycana 8 milyon dollara yaxın borcu var
14/11/2018 [15:46]:
Deputat Konstitusiya Məhkəməsinə etiraz etdi
14/11/2018 [14:59]:
Gürcüstan həbsxanalarında nə qədər Azərbaycan vətəndaşı saxlanılır? - rəsmi
14/11/2018 [14:57]:
2019-cu il dövlət büdcəsi birinci oxunuşda qəbul edildi
14/11/2018 [14:08]:
"Azerbaijan Kids Fashion Week 2018" keçiriləcək
14/11/2018 [13:16]:
Türkiyə aviasiyası İraqın şimalında daha 19 terrorçunu məhv etdi
14/11/2018 [12:52]:
Daha bir elektrik stansiyasında partlayış - yaralılar
14/11/2018 [12:27]:
Bu il Azərbaycanda yol qəzaları zamanı 527 nəfər ölüb - rəsmi
14/11/2018 [11:39]:
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
14/11/2018 [10:44]:
OPEC Azərbaycan üzrə proqnozunu açıqladı
14/11/2018 [09:58]:
Cavid Qurbanov “Hafka” və Ziya Məmmədovu məhkəməyə verdi
14/11/2018 [00:03]:
İlham Əliyevin işdən çıxartdığı nazir müavini kimdir? - bioqrafiya
13/11/2018 [23:23]:
“Brent” neftinin qiyməti 66 dollardan aşağı düşüb
13/11/2018 [22:39]:
Bakıda keçmiş icra məmuru həbs edilib
13/11/2018 [21:26]:
Azərbaycanda Slovakiyanın səfirliyi açılacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Daha bir nazir oğlunun Londonda mülkləri aşkarlandı - sənədlər
Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində - yenilənib
İlham Əliyevin işdən çıxartdığı nazir müavini kimdir? - bioqrafiya
İlham Əliyevdən yeni təyinatlar - siyahı
Azərbaycanın sabiq naziri Türkiyəyə buraxılmadı
Həbs edilən İlkin Məmmədli kimdir? - gizli detallar
İcra başçısının fotoları məktəbli kitabçalarında - fotolar
İlham Əliyev sərəncam imzaladı
Yaşar İsakova DTX-də vəzifə verildi
İlham Əliyev yeni sərəncam verdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin